Virusa yoluxmuş hamiləyə sistem və antibiotik təyin etmək olmaz- Həkim ginekoloq

Virusa yoluxmuş hamiləyə sistem və antibiotik təyin etmək olmaz- Həkim ginekoloqSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova COVID-19 infeksiyasının hamilə və yeni ana olmuş qadınlara təsiri ilə bağlı nazirliyin Mətbuat Xidmətinin suallarını cavablandırıb.
Həkim koronavirusun hamilələrə və dölə təsirindən danışıb.
"Hamilə qadınlar yüksək hərarət, ümumi halsızlıq, boğaz ağrıları, ürəkbulanma, dadbilmə və iybilmə qabiliyyətinin itməsi, bəzən isə ishal əlamətləri olduğu halda mütləq koronavirus testi verməlidirlər. Bəzən bu əlamətlərdən yalnız birinin olması koronavirusdan şübhələnməyə əsas verir. Belə ki, əgər yüksək hərarət bir neçə gün davam edərsə və öskürək müşahidə olunarsa, o zaman hamilə qadın dərhal həkimə müraciət etməli və ya təcili yardım çağırmalıdır. Hamilələrdə koronavirusun əsas əlamətləri qrip infeksiyası kimi özünü göstərir.
Son vaxtlar koronavirusun klinik əlamətləri bir qədər dəyişib. Əvvəlki dövrlərlə müqayisədə son vaxtlar dadbilmə və iybilmə qabiliyyətinin müvəqqəti itirilməsi koronavirus zamanı demək olar ki, rast gəlinmir. Hamilələr arasında virusa yoluxma halları bu gün kifayət qədər mövcud olsa da, xəstəliyin gedişatı nisbətən yüngülləşib.
Hamilələrdə COVID-19 infeksiyasının klinik gedişi hamilə olmayanlardan kəskin fərqlənmir. Lakin hamilələrdə koronavirus daha ağır fəsadlara səbəb ola bilər. Çünki hamilə qadınların xəstəliyə müqaviməti aşağı olur və hamilələr xəstəliyə daha tez tutulur və xəstəli daha ağır keçirir. Hamilələrin immun sistemi daha zəif olduğundan və hamilələrin bətnində döl inkişaf etdiyindən koronavirus həm hamilələr, həm də döllər üçün təhlükə hesab edilir.
Hamiləlik zamanı antiviral (yəni, virus əleyhinə) preparatların qəbulu əks-göstərişdir. Təəssüf ki, bəzən hamilə qadınlara koronavirus infeksiyasının müalicəsində səhvən venadaxili infuziya və antibiotiklər təyin edilir. Bu hallar qətiyyən yolverilməzdir. Bu preparatlar virusun müalicəsində təsirsiz olmaqla yanaşı, hətta xəstəliyin gedişatını da ağırlaşdırır. Virus əleyhinə preparatlar çox güclü yan təsirə malik olduğundan həm ana, həm də döl üçün çox təhlükəli hesab olunur.
Virusa yoluxmuş hamilələrin bol maye və həkim məsləhəti ilə dərmanlar qəbul etmələri məsləhət görülür.
Bəzi araşdırmaların nəticələrinə görə, koronavirus infeksiyası şəxsin orqanizmində simptomsuz cərəyan edə bilər. Ola bilsin ki, anada COVID-19 infeksiyasının olması bətndaxili infeksiyaya gətirib çıxara bilir ki, bu da körpədə koronavirus infeksiyasının yaranmasına səbəbi ola bilər. Eyni zamanda, koronavirus infeksiyasının anadan uşağa keçmə riski nisbətən aşağıdır. Çünki ciftin qoruyucu funksiyası infeksiyanın anadan dölə keçməsinin müəyyən qədər qarşısını ala bilər".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 863   Tarix: 26 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozu

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

turlar.az

sonxeber.az geyim seçimi kosmetoloq geymler 2024 qara gavali salati saclarin yigilmasi kompot zirincin faydaları kosmetika itburnu rus dilini oyrenek 2ci ders qardasa aid haxistalar ariqlamaq mikayıl abdullayev