Xanımlarda özünü qiymətləndirmə problemi. Özünə inamsızlıq. Problemin təhlili.

Xanımlarda özünü qiymətləndirmə problemi. Özünə inamsızlıq. Problemin təhlili.Özünü qiymətləndirmə sözünün əslində izaha ehtiyacı var. Burda insanın özünü qiymətləndirməsini desək də, əslində sual yaranır ki, bu özünü qiymətləndirmə insanda necə formalaşır? Bəli, tamamilə doğrudur, bu digər insanların bizə olan münasibətinin cəmindən formalaşır. Bir uşaq özünün "yaxşı" və ya "pis" olmasını hardan başa düşür? Valideynlərin ona olan münasibətindən. Biz ətrafdakıların bizə verdikləri qiymətləndirmə əsasında özünü qiymətləndirməmizi formalaşdırırıq.

Bəzən elə olur ki, bir xanım fərqli sahələrdə özünü fərqli qiymətləndirir. Misal üçün, mütəxəssis kimi özünə inamı var, professional həyatda özünü qiymətləndirmə yüksəkdir, lakin bir xanım, qadın olaraq özünə inamı yoxdur. Bu günün mövzusu məhz şəxsiyyət kimi özünü qiymətləndirmədir.

Qadının özünü qiymətləndirməsinin əsasını özünü dəyərli hiss etməsi və əks cins üçün cəlbedici olması təşkil edir. Özünə inamı normal səviyyədə olan bir xanım kişi diqqətindən qorxmur, özünü sevgiyə, hörmətə layiq görür, bu cür münasibəti tələb edir.

Bəs özünü qiymətləndirmə problemi olanda nələr baş verir?

1. Özünə inamsız olan xanım başqasından diqqət, kömək, hədiyyə qəbul edə bilmir. Hardasa daxildə o bu sevgiyə özünü layiq görmür. Buna görə də həmin xanımlar kimsə tanış olmağa cəhd edəndə, kompliment edib xoş sözlər deyəndə çaşbaş qalırlar, hansısa pis məqsəd axtarırlar ("Xanım, xanım, ay xanım" çıxışımda misal gətirdiyim xanımda bu problemin olduğunu ehtimal edə bilərik).

2. Özünü qiymətləndirmə səviyyəsi aşağı olanda qadın sanki özünə daxildə özünün o qədər də yaxşı olmadığını deyir. "İstənilən münasibət təklifinə razı ol!" fikri dolaşır beynində. "Bəlkə bir daha heç kim mənə diqqət etmədi, münasibət təklif etmədi?" kimi suallar, şübhələr çoxluq təşkil edir.

Hörmətli xanımlar, Sizlər bu cür fikirləşməyə davam edəcəyiniz təqdirdə, məhz layiq olmadığınız münasibətlərlə üzləşməli olacaqsınız. Özünə inamı olmayan xanım layiqli kişinin diqqətini özünə cəlb edə bilməyəcək.

Bu cür problemi olan xanımlar özünün kişini seçmək haqqına malik olmadığını düşünür və çox vaxt əslində uzaq durmalı olduğu insanlarla münasibətdə olurlar.

3. Daha bir göstərici xanımın öz hisslərini, arzularını birbaşa və açıq şəkildə deyə bilməməsi, bundan çəkinməsidir. Təsəvvür edin, kişi xanıma dürüst şəkildə xoş bir şey etmək istəyəndə, onun nə istədiyini soruşur, özünü qiymətləndirməsi aşağı olan xanım isə həmişə cavabında ya tapmacalarla danışır, ya da cavabdan yayınır. Beləliklə, Sizin partnyorunuz Sizdən sözləri, cavabları "kəlbətinlə" çıxarmağa çalışır və əvvəl axır bu cür "oyunlar" onu, normal kişini bezdirməyə başlayıb, soyudur.

Digər hallarda isə, Sizin fikrinizi və arzularınızı heçə sayacaq kişilər üçün Sizin belə özünə inamsız olmağınız, susmağınız onlara sərf edəcək.

Özünü qiymətləndirmə aşağı olan xanımlar kişinin "qaçmasından" qorxurlar (Bu haqqda ətraflı "Kişilərin Sizdən qaçmasının 4 səbəbi" məqaləsində oxuya bilərsiniz). Ona elə gəlir ki, onu ancaq o halda sevəcəklər ki, o kişinin bütün arzu və istəklərinə "uyğunlaşacaq", özü üçün heç nə istəməyəcək, kişi üçün "rahat" biri olacaq.

Şüuraltı şəkildə xanım inanır ki, sevgini qazanmaq lazımdır, və o xanım özünü ifadə etsə, ondan imtina edəcəklər. Bu cür yanaşma münasibətlərdə xanımı bütün güzəştlərə getməyə məcbur edir, "təki kişi yanında qalsın", təki onu "atmasınlar" fikri əsas olur. Bu isə öz növbəsində həmin xanımın hörmət və sevgi görmədiyi yerdə olmasına gətirib çıxarır. Bütün bunlar isə öz növbəsində asılı münasibətlər formalaşdırır. Gələcəkdə bu mövzuya toxunacam.

4. Qadının özünü qiymətləndirməsinin aşağı olmasının daha bir göstəricisi onun yaxın ətrafının ona hörmət etməməsidir. Adətən Sizin ətrafınız Sizin özünüzü necə qiymətləndirmənizi əks etdirir. Siz özünüzə necə münasibət bəsləyib, qiymət verirsinizsə, ətrafdakılar da onu Sizə qarşı təkrarlayacaqlar. Hər birimizin ətrafında elə insanlar var ki, onlara qarşı heç kim kobudluq edə bilməz. Elələri də var ki, çox insan onlara qarşı pis davranır. Bu nə ilə bağlıdır? Təbii ki, həmin insanların özünü qiymətləndirməsinin aşağı və ya yuxarı olması ilə. Əgər insan daxilən özünü layiqli sayırsa, özünə hörmət edib, özünü sevirsə, həmin insan digərlərinə özünə qarşı aşağılayıcı, kobud rəftar etməsinə imkan verməyəcək.

Diqqət yetirin, biz bütün bunları birbaşa ailə zorakılığı ilə qarşılaşan xanımlara aid edə bilərik (Bu haqqda ətraflı "Ailə zorakılığı" məqaləsini oxuya bilərsiniz). Özünə inamı olmayan xanımlar illərlə zorakılığa göz yumur, onun qurbanı olurlar. Özünə inamı olan xanımlar isə dərhal zorakılığa qarşı mübarizə aparmağa başlayırlar, nəticə olmayanda isə həmin ailəni haqlı olaraq tərk edirlər.

5. Qadının özünə inam hissinin olub olmamasını onun başqa xanımlara necə münasibət göstərməsində görmək olar. Özünü qiymətləndirmə aşağı olanda xanım özünü digər xanımlarla müqayisə edir, ətrafdakı hər kəsi özünə rəqib görür. Əgər Siz öz daxilinizdə Sizdə olan keyfiyyətlərin, dəyərlərin cəminin başqa birisində olmamasını anlayırsınızsa, Siz heç kimlə rəqabət aparmayacaqsınız. Sizin öz üstün cəhətləriniz var, digər xanımların öz.

Hər bir xanım konkret həmin dəyər və göstəriciyə qiymət verən kişi üçün dəyərli olacaq. Misal üçün, mənim boyum 1.87 olduğu üçün istər istəməz hündür boylu xanıma diqqət yetirəcəm. Başqa bir kişi isə gözəl səsi sevdiyi üçün ancaq səsini bəyənəcəyi xanıma diqqət yetirəcək. Bu halda nə hündür boylu xanım, nə də səsi gözəl olan xanım bir birindən üstün və ya aşağı olurlar. Hər ikisi özünə məxsus, fərqləndirici xüsusiyyətlərə malikdirlər. Misallar fiziki göstəricilərə aid idi, lakin eynisi dəyər və keyfiyyətlər üçün də keçərlidir. Siz təkrarolunmaz insansınız, bunu unutmayın.

Əgər xanım digərlərini özünə rəqib görürsə, deməli özünü dəyərli hiss etmir. Hər zaman özünü başqaları ilə müqayisə edəcək. Fərq etməz, bu müqayisədə "qalib" çıxır, yoxsa "məğlub". Bu cür problemi olan xanımın özünü necə hiss etməsi həmin an onun ətrafında olan konkret insandan asılı olacaq. Bu isə ciddi problemdir.

Özünü qiymətləndirməni yüksəltməyə nə mane olur? Problemləri necə həll edəcəyimizlə bağlı video çıxışımı xatırlayırsınız? Orda bizə imkan verməyən bir hissdən danışmışdım. Bəli, yenə də qorxulara toxunuruq. Burda pis olmaq, eqoist görünmək, rəfiqələr, kişi tərəfindən tərk edilmək qorxuları olduğu üçün bir çox hallarda xanımlar özünü qiymətləndirmə problemini həll etmirlər. Sanki Siz özünüzü sevib, hörmət etməyə başlayanda bu kiminsə xoşuna gəlməyəcək, kimlərsə buna əsəbiləcək, Sizi sevməyəcəklər. Bir tərəfdən bəli, Siz özünüzü dəyişməyə çalışanda bəzi "qüvvələr" bunu bəyənməyəcək. Niyə? Çünki onların "eqoist" adlandıracağı Siz artıq "öz başınızla" düşünüb, öz xeyrinizə qərarlar verəcəksiniz. Bu isə öz növbəsində Sizin ətrafınızda olan bəzi insanlara sərf etməyəcək.

Sual: Sizə ətrafınızda belə insanlar lazımdır?

Bizim bir çoxumuza elə gəlir ki, biz özümüzə hörmətli münasibət tələb etsək, özümüzü sevib, qorumağa çalışsaq, ətrafdakı insanların gözündə "pis" olarıq. Qorxmayın. Bu belə deyil. Özünüzü müdafiə etməklə Siz "pis" yox, sağlam ŞƏXSİYYƏT olursunuz.

Siz bunu tədbiq etməyə başlayanda ancaq layiqli insanlarla əhatə olunacaqsınız. Gözəl, layiqli həyatınız olacaq.

Gözəl, layiq olduğunuz həyatı yaşamağa hazırsınız?

Psixoloq Nizami Orucov.

Maraqlı     Baxılıb: 2153   Tarix: 16 aprel 2019
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

AMEA-da nə baş verdi və daha nələr olacaq? – Detallar

Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu. Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbata

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

.

Eynşteyn yenə haqlı çıxdı - Kainatın modeli dəyişir

Xəbər verdiyimiz kimi, kainatda qara dəlik aşkar edilmişdi. Lakin bu dəfə kəşf edilən qara dəlik qeyri-adidir. Kainat modelinə sığmayan bu qara dəlik indiyə qədərki kainat haqqında təsəvvürləri kökündən dəyişə bilər. -a istinadə

.

Raqif Hüseynova yüksək vəzifə verildi

Azərbaycan Texnologiya Universitetində tədris işləri üzrə prorektor vəzifəsinə təyinat olub. APA-ya istinadən bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən Raqi

.

Bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilir

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrin

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  -a bildirilib ki, müsahib

.

27 ildən sonra Yeri gözləyən təhlükə... - Bu, 6-cı hadisə olacaq

Alimlər hesab edirlər ki, Yer kürəsi bu əsrin sonunda 6-cı dəfə yoxa çıxacaq. "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırma Kanadada aparılıb. Belə ki, BMT-nin Bioloji müxtəliflik adlı konfransınd

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

turlar.az

sonxeber.az həkim məsləhəti reseptler geyim dəbləri erotik paltar qadin net xina ucun bayatilar bizim məşhurlar kosmetika dieta səməd vurğun sağlıq maraqli hakistalar novruz hakisdalari