XƏBƏRDARLIQ: Evlərə İstilik sistemi verilməyəcək

XƏBƏRDARLIQ: Evlərə İstilik sistemi verilməyəcək"Azəristiliktəchizat" 15 noyabrdan tez mənzillərə istilik vermək niyyətində deyil, paytaxt sakinləri isə, bu ili də ilıq borularla keçirməli olacaqlar".

Havanın temperaturunun aşağı olması, yağmurlu keçməsinə baxmayaraq, evlər qızdırılmır. Hökumət idarələrindən bildirilir ki, hər il olduğu kimi, bu il də qazanxanalar noyabrın 15-dən işə düşəcək və ümumi qızdırıcı sistemə qoşulmuş evlərə istilik məhz həmin tarixdə veriləcək.

qadınsaytı.az xəbər verir ki, sputnik.az sovet dövründən qalmış bu ənənənin niyə indiyədək dəyişmədiyini və qışın tez gəlməsinin niyə müvafiq qurumlarda nəzərə alınmadığını araşdırıb.

"Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətinin mətbuat katibi Rafiq Əliyev bildirib ki, qanunvericilikdə istiliyin verilməsinə 15 noyabrdan başlanılması nəzərdə tutulub. Odur ki, ASC qanunvericiliyin bu tələbinə riayət edir.

"Əlbəttə qanunvericilikdə istisnalar da var. Havaların tez soyuması zamanı istiliyin verilməsi tezləşdirilə bilər. Amma bu təkcə "Azəristiliktəchizat"dan asılı məsələ deyil. Bizim istiliyi verməmiz üçün "Azəriqaz", "Azəriışıq", "Azərenerji" kimi enerji qurumları da bizimlə eyni vaxtda parallel olaraq qış mövsümünə keçməlidirlər. O zaman biz istiliklə bütün binaları təhciz edə bilərik." — deyə Əliyev bildirib.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, digər sosial obyektlərin istilik təchizatı onlarla "Azəristiliktəchizat" arasındakı müqavilələrlə tənzimlənir.

"Müqavilə 5 aylıq bağılanır. Əgər "Azəristiliktəchizat"dan istilik alan hər hansı təşkilatın ayrıca qazanxanası varsa, bizə müraciət edə bilər. Əgər o təşkilat bizə vaxtından əvvəl veriləcək istilik enerjisinin dəyərinin ödənilməsinə zəmanət versə, biz ona istilik verilə bilərik." — deyə mətbuat katibi bildirib.

Əliyev həmçinin deyib ki, bəzi internat məktəbləri, doğum evləri, xəstəxanalar, uşaq evləri fərqi qaydada "Azəristiliktəchizat"a müraciət ediblər və onların istilik sistemi qoşulub. Mətbuat xidmətinin rəhbəri bu il də 15 noyabrdan istiliyin veriləcəyini bildirib. Ekoloq Fikrət Cəfərov isə Sputnik-ə deyib ki, bu qayda yalnız Azərbaycanda mövcuddur.

"Dünya təcrübəsində qış mövsümünə keçidi konkret tarixlə deyil, havadakı temperaturla müəyyən edirlər. Küçədə temperatur +10 dərəcədən aşağı düşəndə, artıq evlər istiliklə təhciz olunur. Çünki evin isti olması əhali üçün mütləqdir. 12-14 dərəcə istiliyi olan evlərin olması bir çox xəstəliklərə gətirib çıxarır. Bu eyni zamanda əhalinin iş qabiliyyətinin də azalmasına səbəb olur." — deyə ekoloq bildirib.

Cəfərov bu məsələnin aktual olduğunu bildirib. Qeyd edib ki, ekologiya zamanla dəyişir. Son illər qış fəsli tez gəlir. Ona görə də, əhalinin sağlamlığını düşünərək istiliyin tez verilməsi vacibdir. Qeyd edək ki, müvafiq enerji qurumları onların mövsümi rejimlərə keçməsini Nazirlər Kabinetinin tənzimlədiyini iddia ediblər.

Sputnik NK-ya müraciət edərək sözügedən tənzimləmələrin nəyə əsaslandığını və qışın tez gəlməsi ilə bağlı yaranmış istilik problemini necə həll etməyi düşündüklərini soruşub.

Hökumətin mətbuat xidmətindən bildiriblər ki, bu cür suallar onlara yox, "Azəristiliktəchizat"a və digər əlaqədar qurumlara yönəldilməlidir. Bir sözlə, Azərbaycanın hökumət qurumları həmişə olduğu kimi suala konkret cavab verməkdənsə, onu başqalarına yönəltməyi üstün tutublar. Görünən odur ki, azərbaycanlıların istilik problemi 15 noyabrdan sonra həllini tapacaq. Əlbəttə, əgər həllini tapacaqsa. Çünki onlar qış rejiminə hazır olduqlarını bəyan etsələr də, paytaxtdakı ümumi yaşayış binalarının əksəriyyətinin sakinləri bildirirlər ki, ötən illərdən yığılıb qalmış istilik təchizatına dair problemlərin bu il həllini tapacağına inanmırlar. Yəqin ki, qızdırıcılar bu il də həmişəki kimi yalnız özlərini isidəcəklər. Çünki qızdırıcı borulardan gələn ilıq su ilə qışda mənfi dərəcədə evləri qızdırmaq mümkün deyil. Bəzi mənzillərə isə hətta ilıq su da gəlmir. İstilik təchizatı idarələri hər il bu qəbildən olan problemləri ötür-ötürə salaraq həll etmirlər. Noyabr gəlib, amma istilik sistemləri nə yoxlanılıb, nə də problemlər aradan qaldırılıb.

Mətbəx     Baxılıb: 4064   Tarix: 02 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Mandarin Bulgur Salat Resepti

Mandarin Bulgur Salat Resepti üçün Tərkibi. Salat üçün:. 2 -ci. su şüşəsi. bulgur başı. 4. nömrə. Mandarin. 2 -ci. çay qaşığı. duz. bir. nömrə. yerkökü. 6. nömrə. quru pomidor. bir. bağlamaq. təzə nanə. Sos üçün:. 1 çay fincanı

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

turlar.az

sonxeber.az geyim necə seçməli gelinlikler hamiləlik qadın parfumeriya şirniyyat resepti burcler 2024 evlilik kosmetika vətən haqqında bayatılar veten haqqinda atalar sozleri tərəzi bürcü veten haqqinda bayatilar xərçəng bürcü