Xərçəng hüceyrələrini öldürən sadə bitki: süfrənizdən əskik etməyin

Xərçəng hüceyrələrini öldürən sadə bitki: süfrənizdən əskik etməyinÇörəkotu (qara zirə) mövsüm keçidlərində, allergiya hallarında, xolesterol və şəkər xəstəlikləri zamanı təklif edilən bitkidir. Çörəkotu və yağının ana südünü artıran xüsusiyyəti də var. Türkiyəli tibb mütəxəssisi Sevil Gülsoy isə çörəkotu və yağı haqqında cəmiyyətdə qəbul edilmiş bəzi doğruların səhv olduğunu deyib. Xanim.az lent.az-a istinadən həkimin fikirləri ilə sizi tanış edir.

Çörəkotu immunitet sistemini gücləndirdiyindən bir çox xəstəliyə şəfa olaraq məsləhət görülür: "Çörəkotunun faydaları bunlarla da məhdudlaşmır. Çörəkotu şəkər xəstəliyi, artrit (oynaq iltihabı) və astma kimi xəstəliklərdə də simptomları sağaltma xüsusiyyətinə malikdir. Bunlarla yanaşı xərçəng hüceyrələrini öldürücü xüsusiyyətlərə malik olduğu bir çox təcrübələrlə müşahidə olunub. Saç və dəriyə qulluq üçün dəstəkləyicidir. Araşdırmalar çörəkotunun tərkibində 100-dən çox mürəkkəb birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri "nigellon" və "alpha pinen" birləşmələri, omeqa-3, omeqa-6 yağ turşuları, selenium, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları, xüsusilə, immunitet sisteminin güclənməsi üçün son dərəcə əhəmiyyətlidir".

Salatlara əlavə edəcəyiniz yarım desert qaşığı çörəkotu yağı ilə ləzzət və sağlamlıq qazanarsınız. Çörəkotu toxumunu adətən şora qatırlar. Eyni zamanda, qatığa da əlavə edə bilərsiniz. Çörək, un məmulatlarının üzərinə də səpilir. Çörəkotu tərkibindəki komponentlər sayəsində hüceyrə yeniləyici xüsusiyyəti ilə yanaşı, ana südünü də artırmağa kömək edir. Bunun üçün istər yağ şəklində, istərsə adi toxum şəklində bala qarışdıraraq yemək olar.

S. Gülsoy çörəkotu yağı ilə bağlı doğru bilinən səhvləri bu cür sıralayıb:

Dad: Çörəkotu toxumunun dadı yüngüldür. Dadının acı olması bu yağın keyfiyyətli olması demək deyil. Yağın məhsuldarlığını artırmaq üçün sıxma üsulu da əlverişlidir. Bu da rəngin tündləşməsinə, dadın acılaşmasına səbəb olur. Bunu təhlillərdə peroksid miqdarına baxaraq da anlamaq mümkündür. Halbuki pres üsulu ilə əldə edilən çörəkotu yağında acılıq və boğazı yandırma nisbəti azdır.

Bununla yanaşı, oksigenlə təmas etmiş, saxlama şərtləri uyğun olmayan çörəkotu yağlarında turşuluq və peroksid miqdarı artır. Bu da acı dadmasına və yağın rənginə təsir edir.

Rəng: Yağın rəngi orijinalının sıxılma ilə əldə edilən formasından açıqdır.

Qoxu: Xarakterik çörəkotu qoxusu.

Sağlamlığınızı dəstəkləmək üçün keyfiyyətli və sıxılmış çörəkotu yağına üstünlük verin. Bunun üçün ya yağın peroksid miqdarını ölçdürün, ya da etibarlı, standartlara uyğun istehsal edilənləri seçin.

Sağlamlıq     Baxılıb: 2490   Tarix: 20 aprel 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

turlar.az

sonxeber.az yaz geyimleri 2024 qaşların formalari gelinlikler gözəllik və makiyaj ibrətamiz sözlər dırnaqlara qulluq halva reseptləri kosmetika qizlar masqalar şebnem tovuzlu yuxuda qara ilan gormek aysel