Xərçəng riskini artıran 10 qida

Xərçəng riskini artıran 10 qidaBəzi alimlərin fikrincə, günlük qəbul etdiyimiz qidaların bir çoxunun, əslində, xərçəng xəstəliyi riski daşıdığının çoxlarımız fərqində deyilik. Bəs bu qidalar hansılardır?

Xanim.az saglamolun.az-a istinadən həmin qidaların siyahlslnı təqdim edir:

Mikrodalğalı sobada partladılmış qarğıdalı (popkorn)

Əlverişli olmasına baxmayaraq mikrodalğalı sobada partladılmış qarğıdalının tərkibində yüksək dərəcədə kanserogen maddələr mövcuddur. Bu, xüsusilə qadınlarda uşaq dünyaya gətirmədə, böyrək, qaraciyər kimi orqanlarda xərçəng riskini artırır.

Rafinə edilmiş şəkər və meyvəli qazlı içkilər

Jeleli konfetlər və buna bənzər şəkərli qidalar xərçəng hüceyrələrinin inkişafını yüksəldir. Xüsusilə tortlar, qazlı içkilər və meyvə suları qadağa olunmuş qidalar sırasında ilk yerlərdədir.

Cipslər

Ləzzətli olduqları qədər yüksək kalori və trans yağlar ehtiva edən bu tip qəlyanaltılar ürək xəstəliklərindən tutmuş xərçəngə qədər bir çox xəstəliklərə yol aça bilər.

Emal edilmiş ağ un

Rafinə edildikdən sonra emal edilən ağ un qida dəyərlərini itirməklə yanaşı tərkibində zərərli kimyəvi maddələr də daşıyır. Yalnız artıq çəki qazanmağımızı təmin edən qida olmaqla kifayətlənməyib eyni zamanda xərçəng riski də daşıyır.

Dietik qidalar

Xüsusilə süni dadlandırıcılar daxil olmaqla dietik qidalara əlavə olunan rəng və dadverici vasitələr bu qidaları sağlamlıq üçün təhlükəli qidalar sırasına daxil edir.

Süni dadlandırıcılar

Şəkərdən istifadə etmirsinizsə, süni dadlandırıcılara üstünlük vermiş ola bilərsiniz. Lakin bilinənin əksinə olaraq bu dadlandırıcılar qanda şəkərin miqdarına nəzarət olunmasını çətinləşdirir və beyin şişlərinə belə səbəb ola bilir.

Hisə verilmiş, duza qoyulmuş və duzlu yeməklər

Bu qidalar həzm edildikdə zot turşusu, n-nitrozo deyilən birləşmə əmələ gətirərək xüsusilə mədə və qalın bağırsaq xərçənginə yol aça bilər.

Alkoqollu içkilər

Yaxın zamanda aparılan bir araşdırmaya görə, klimaks dövründən sonra gündə bir dəfə alkoqollu içki qəbul edən qadınların döş xərçənginə yaxalanması riski 30% daha artıqdır.

Emal edilmiş ət

Sosis, vetçina, salyami kimi ətlərin əksəriyyətinin tərkibində yüksək miqdarda duz və kimyəvi maddə vardır. Bir araşdırmaya əsasən, müntəzəm olaraq bu qidalardan qəbul edən insanların erkən ölüm riski 43% artıqdır.

Fermada yetişdirilən qızıl balıq (somon balığı)

Fermalarda yetişdirilən və təbii şəkildə bəslənməyən qızıl balıqlar bütün faydalı xüsusiyyətlərini itirərək tərkibində olan kimyəvi maddələr və antibiotiklərlə xərçəng xəstəliyinin yaranmasına yol aça bilərlər.

Sağlamlıq     Baxılıb: 1526   Tarix: 24 aprel 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi akt niyə pozulur? - Təsbitlənmiş 5 tibbi faktor

Cinsi hərəkət qeyri-razı və ya məcburi davranış, məlumatlı razılığın olmaması və ya iradəsinin əksinə olaraq kiməsə məcbur edildiyi zaman pozula bilər. Cinsi pozuntular cinsi təcavüz, zorlama, cinsi qısnama və arzuolunma

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Aybaşı zamanı dənizdə və ya hovuzda çimmək olarmı?

Yayın gəlişi ilə dənizdə çimmək ən ideal istirahət növlərindən hesab edilir. Amma qadınlar bu istirahət günlərinin menstruasiya günlərilə üst-üstə düşməməsi üçün planlar qururlar. Qadınların əksəriyyətini düşündürən önəml

.

İntim üçün ən uyğun saat - Qadınlarda cinsi istək 23:00, kişilərdə isə

Qadın və kişi münasibətlərində önəmli rol daşıyan amil cinsi münasibətdir.  . Lakin cinsi istəyin saatları qadın və kişilərdə fərqlidir.  .  xəbər verir ki, araşdırmalar nəticəsində qadın və kişilərdə sevişmə üçün ən uyğu

.

Cinsi aktivlik üçün istifadə olunan dərmanlar - Azərbaycanlı həkimin ŞƏRHİ

Dünyada, eləcə də Azərbaycanda cinsi istəyi artıran preparatlara hər zaman tələbat olub. Bu tələbatın fonunda cinsi aktivliyi artıran "Viaqra" kimi preparatların bəzi hallarda ölümə səbəb olduğu barədə müxtəli

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

turlar.az

sonxeber.az geyim şəkilləri həkim məsləhəti qadin dunyasi kişi xəyanət çanta ayaqqabı oğlanlar necə qızları sevirlər payiz geyimleri kosmetika aslan hakıştalar maraqlı uşaq nece olur hakisda