Xərçəngönü problemlər: Poliplər niyə təhlükəli sayılır? - VİDEO

Xərçəngönü problemlər: Poliplər niyə təhlükəli sayılır? - VİDEO"Şişönü xəstəliklərin vaxtında qarşısı alınmasa, xərçəng təhlükəsi yaranır. Şişönü xəstəliklər deyəndə bir çox patologiyalar nəzərdə tutulur. Mədə-bağırsaq sistemi üzrə şişönü xəstəliklər arasında ən çox yayılan problemlərdən biri poliplərdir".

Bunu APA TV-nin "Öncə sağlıq" proqramında Milli Onkologiya Mərkəzinin əməkdaşı, həkim-endoskopist Həcər Həsənova deyib.

Mütəxəssisin sözlərinə görə, mədə xoraları, mədənin selikli qişasının müxtəlif zədələnmələri, eroziyalar da şişönü xəstəlik hesab edilir.

Onun sözlərinə görə, "helikobakter pilori" adlı təhlükəli bakteriyalar da mədənin selikli qişasında müxtəlif dəyişiklikləri yaradır və bunun nəticəsində şişönü xəstəliklər meydana gəlir.

Mütəxəssis qeyd edib ki, bu bakteriya mədədə, qastrit, mədə xərçəngi və limfoma kimi xəstəliklərə səbəb olur, vaxtında qarşısı alınmasa, bu problemlər xərçəngə kimi inkişaf edir.

H. Həsənova bildirib ki, xərçəngönü xəstəliklər nə qədər tez aşkarlanarsa, bir o qədər təhlükəsiz hesab olunurlar: "Təəssüf ki, çox zaman valideynlər uşaqları endoskopik müayinəyə gətirməkdən çəkinirlər. Hətta pediatrlar problem olduğu halda uşaqları endoskopik müayinələrə yönləndirmir, bir növ endoskopik müayinədən ehtiyat edirlər. Mədə və bağırsağa zond salınması insanlara təhlükəli hal kimi gəlir. Amma dünyanın hər yerində uşaqlara endoskopik müayinə təyin olunur və bu cür əməliyyatlar anesteziya altında aparılır, hər hansı təhlükəsi də yoxdur.

Bir çox xəstəliklər var ki, onlar uşaq yaşlarında aşkarlansa, problem həmin dövrdə müalicə edilsə, o zaman gələcəkdə müəyyən patologiyalar qeydə alınanda xərçəng təhlükəsindən uzaq olurlar".

Mütəxəssis buna misal olaraq həzm sistemi orqanlarının poliplərini göstərib. Həkim bunun çox tez-tez rast gəlinən patologiya olduğunu açıqlayıb: "Bəzən valideynlər bununla bağlı əlamətləri diqqətdən qaçırırlar. Uşaqlarda heç olmasa həyatlarında bir-iki dəfə rektal qanaxma əlamətləri müşahidə olunursa, buna "oldu-keçdi", deyə yanaşmaq olmaz. Bu kimi hallar gələcəkdə, böyük yaşlarda kolorektal xərçənglərin meydana gəlməsinə səbəb ola bilər. Bu əlamətlər müşahidə olunan zaman həkimə nə qədər tez müraciət olunsa, xərçəngönü xəstəliklərin qarşısı bir o qədər vaxtında alınmış olar".

Uşaq yaşlarında rast gəlinən poliplərin yuvenir poliplər hesab olunduğunu deyən həkim-endoskopistin sözlərinə görə, onlar müxtəlif formalara malik olurlar: "Polip tam qansız üsulla kəsilib götürüldükdən sonra, heç bir problem yaratmır".

O deyib ki, poliplər uşaqlarda qarın ağrısı, qanaxma əlamətləri ilə özünü büruzə verə bilər: "Böyüklərdə isə hətta çox böyük olan poliplər heç bir simptom verməyə bilər. Bunun təsadüfən kolonoskopiya, yaxud qastroskopiya müayinəsində aşkarlanması mümkündür".

H. Həsənova vurğulayıb ki, 40 yaşından sonra hər kəsin endoskopik müayinədən keçməsi vacibdir. O, həmçinin qeyd edib ki, ölçüsündən asılı olmayaraq bütün poliplər kəsilib götürülməlidir.

"Öncə sağlıq" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

Sağlamlıq     Baxılıb: 1819   Tarix: 17 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Doğuşdan sonra intim əlaqə niyə bitir?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər. "Medicina" xəbər verir ki, alimlərin fikrincə, 70% qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür

.

Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldır

Müntəzəm sağlam cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.  seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edir

.

Cinsi aktivlik üçün istifadə olunan dərmanlar - Azərbaycanlı həkimin ŞƏRHİ

Dünyada, eləcə də Azərbaycanda cinsi istəyi artıran preparatlara hər zaman tələbat olub. Bu tələbatın fonunda cinsi aktivliyi artıran "Viaqra" kimi preparatların bəzi hallarda ölümə səbəb olduğu barədə müxtəli

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilə

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

Genital bölgənin qaralmasına səbəb nədir? - Qadınlar MÜTLƏQ OXUSUN

Hər keçən gün həyata baxışınız kimi dərinizdə dəyişikliklərə səbəb olur. Genital bölgənin qaralması, erkən və ya yetkin yaşından asılı olmayaraq, demək olar ki, hər bir qadının qarşılaşa biləcəyi bu dəyişikliklər arasındadır. So

turlar.az

sonxeber.az geymler 2024 maskalar kosmetika mehsullari gəlinlik və toy dəbi hamiləlikdən sonra qan qruplari haqqinda melumat toyuq buglamasi kosmetika novruza aid hakışda vətən həsrətinə aid bayatılar oxatan haqisda həmidə