"Xəstə qızım üçün pul istədim, üz çevirdi" - Müğənnilərlə bağlı iddia

"Xəstə qızım üçün pul istədim, üz çevirdi" - Müğənnilərlə bağlı iddiaBu gün "Hər şey daxil" verilişində maraqlı hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, proqramın qonaqları Təranə Qumral, Musa Musayev, Manaf Ağayev və Elçin Hüseynov olub.

Verilişdə Təranə adlı xanım canlı efirə bağlanaraq müğənnilər Təranə Qumral və Elçin Hüseynov barədə iddia irəli sürüb. O, bir müddət əvvəl T. Qumralın "watsapp"ına yazdığını söyləyib:

"Özüm Ağstafadan Bakıya, Hövsan qəsəbəsinə gəlmişəm, kirayə qalıram. Qızım çox pis xəstələnmişdi. Kömək üçün müraciət edəcəyim adam yox idi. Allaha and olsun ki, yalan demirəm. Təranə xanıma yazdım, o mənə həkimin yazdığı resepti istədi. 3 resept göndərdim, o, bundan sonra məni "watsapp"dan sildi, cavab vermədi. Daha sonra Elçin bəyin restoranına getdim, kömək istədim. Üzünü çevirib getdi. Heç biri kömək etmədi".

T. Qumral zəng vuran xanımın ittihamlarına cavab verib: "Bəlkə başqa Təranə adlı şəxsə yazıb? Mənə belə yazan olmayıb. Resept nə qədər tutar ki? Uzağı 100-200 manat! Bu pul nədir ki? Belə şeydən qorxmaram. Ola bilər ki, kimsə öyrədib, belə efirə zəng vurub danışır".

Elçin Hüseynov isə ona tez-tez belə şəxslərin müraciət etdiyini bildirib:

"Hər dəfə yaxınlaşırlar. Onlar istəyən kimi vermək olmur. Gərək araşdırasan. Xeyriyyəçilik elə bir şeydir ki... Birinci evin içi, sonra çölü. Kim nə bilir ki, mənim evdə nə problemlərim var".

Xəbərlər     Baxılıb: 1597   Tarix: 08 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozu

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

turlar.az

sonxeber.az geyim seçimi kosmetoloq geymler 2024 qara gavali salati saclarin yigilmasi kompot zirincin faydaları kosmetika itburnu rus dilini oyrenek 2ci ders qardasa aid haxistalar ariqlamaq mikayıl abdullayev