Xəstəxanalarda mövsümi qrip peyvəndləri vurulur? - ARAŞDIRMA

Xəstəxanalarda mövsümi qrip peyvəndləri vurulur? - ARAŞDIRMAHavaların getdikcə soyuması qripə yoluxma hallarının artmasına gətirib çıxarır. Payız fəslində mövsümi qriplərə yoluxmanın ənənəvi hal aldığı hər birimizə məlumdur.
Bir neçə ay ərzində insanlar arasında qrip xəstəliyinə yoluxma halları artıb. Virusa yoluxanlar xəstəliyi çox ağır şəkildə keçirirlər. Hətta əzələ, kürək ağrılarından əziyyət çəkir, nəfəsalma ilə bağlı problem yaşadıqlarını bildirirlər. Bir sözlə, əhali arasında soyuqdəymə, angina, qrip, bronxit və pnevmoniya kimi müxtəlif xəstəliklər geniş yayılıb.
Əksəriyyət mövsümi qrip peyvəndi olmadığını bildirir, bəziləri isə, hətta mövsümi peyvənddən xəbərsiz olduqlarını dilə gətirirlər.
Bəs görəsən, xəstəxanalarda mövsümi qrip peyvəndləri vurulurmu? Peyvəndlənmə prosesi ödənişlidirmi?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Vasif Əliyevin sözlərinə görə, mövsümi qrip peyvəndləri hər il vurulmalıdır:
"Mövsümi qrip peyvəndləri adəti üzrə hər il vurulmalıdır. Təxminən oktyabr ayından peyvəndlənmə prosesi başlayır. Risk qrupu hesab olunan şəxslərə, hətta gec olsa belə, yanvar və ya fevral ayında da vurula bilər. Mövsümi peyvənd tez-tez qripə yoluxan şəxslərə tətbiq olunur".
Həkim qeyd edib ki, hamilə qadınlara da mövsümi peyvəndlənmənin aparılması tövsiyə olunur:
"İmmun sistemi zəif olanların da peyvəndlənməsi tövsiyə olunur. Xroniki xəstəliyi olan insanlar, orqan köçürən xəstələr mütləq şəkildə peyvəndlənməlidirlər.
Qrip peyvəndi mövsümi olduğuna görə, hər il təkrarlanmalıdır. Bu il vurulan peyvənd mütləqdir ki, sonrakı payız mövsümündə də vurulsun. Mövsümi qrip peyvəndi 6 ayın üzərində olub, 5 yaş arası uşaqlara, 50 yaş üzərində olan insanların hamısına tətbiq edilməlidir".
"Mövsümi qrip peyvəndi xəstəlikdən qorunmaq üçün vacibdir. Heç bir əks göstəricisi yoxdur. Allergiyası olan şəxslərdə ciddi reaksiya olubsa, peyvənd vurulması əks-göstərişdir. Bunun xaricində əks-göstərişi yoxdur", - deyə V.Əliyev əlavə edib.
Oxu.Az-ın əməkdaşı bir neçə özəl və dövlət xəstəxanası ilə əlaqə saxlayıb.
Dövlət xəstəxanasından verilən məlumata görə, peyvəndlənmə prosesi ödənişsiz şəkildə həyata keçirilir:
"Bir neçə dövlət xəstəxanası peyvəndin, ümumiyyətlə, vurulmadığını desə də, bəziləri ödənişsiz şəkildə peyvəndləmə prosesinin aparıldığını deyib".
Bir neçə özəl xəstəxana isə mövsümi qrip peyvəndinin vurulmadığını qeyd edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 738   Tarix: 17 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Kartof əvəzinə bu tərəzdən istifadə edin - 70 dəfə daha faydalıdır

Kərəviz də kartof kimi kök tərəvəzdir. Tərkibində çoxlu mineral olan kərəvizi kartof əvəzinə istifadə etmək olar.   -a istinadən xəbər verir ki, xüsusilə karbonhidratdan uzaq durmaq istəyənlər, pəhriz saxlayanlar yemək v

.

Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI

Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqi

.

Satışda saxta gigiyenik vasitələr var: Necə tanımaq olar?

Ölkədə bir müddətdir ki, saxta gigiyenik vasitələr və kimyəvi məhsullar istehsal edən sex aşkar edilib. Bu isə bazarda satılan gigiyenik və yuyucu vasitələrin orijinallığı məsələsini gündəmə gətirib. Beləliklə, müştərilə

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Ürəyi dərmansız gücləndirməyin yolu

Stress, təşviş və gərginlik ürək və digər orqanlarda problemlər yaradır.   -a istinadən xəbər verir ki, alimlər ürəyi qüvvətləndirmək üçün dərmansız təsirli metod açıqlayıblar. Stress və narahatıq, fikir və kədər miokar

.

Qarğıdalı alanda bunlara DİQQƏT EDİN

Bir çox insan qarğıdalının vacib komponentlərdən biri olduğu salatlar hazırlayır.   -a istinadən xəbər verir ki, bununla belə, həqiqətən yüksək keyfiyyətli məhsul tapmaq həmişə mümkün deyil. Bəs, bunun üçün nə etmək lazımdır?

.

Xroniki bel ağrılarının çarəsi tapıldı

Alimlər xroniki bel ağrılarından qurtulmağın yolunu tapıblar. -a istinadən bildirir ki, ABŞ-nin Ohayo Dövlət Universitetinin tədqiqatçıları siçanlarda zədələnmiş onurğa disklərini bərpa edən və ağrı ilə mübarizə üçün yen

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

.

Çiyələyi bu qidalar ilə birlikdə yemək olmaz

Çiyələyin müəyyən qidalarla birləşməsi həzm problemlərinə səbəb ola bilər. .   -a istinadən bildirir ki, mütəxəssislər çiyələyi süd məhsulları ilə birləşdirməyi məsləhət görürlər. Ağciyəri toksinlərdən təmizləyən qidalar

turlar.az

sonxeber.az maskalar qaşların formalari makiyaj etmek qaydalari kokteyl korpenin cekisi praktik dondurmalar kosmetika vətənə aid bayatı rəksanə novruza aid hakistalar öpüşme sağlamlığa aid atalar sözləri