Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yolları - FOTO

Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yolları - FOTOAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, budəfəki maarifləndirici mövzu isə "Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yolları" haqqındadır.
Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyi virus xarakterlidir. Virus ətrafa xəstə heyvanların ağız və burun axıntısı, pustul mayesi ilə, həmçinin quruyaraq xarici mühitə düşən qartmaqlarla yayılır. Qurumuş qartmaqda infeksiya törədicisi bir neçə ay sağ qala bilir. Süd vəziləri yoluxduqda virus südlə də ifraz olunur. Xəstəlik transmissiv yolla - həşəratlarla da yayıla bilər. Yem, su, xidmət vasitələri, peyin və s. infeksiyanın yayılmasında təhlükə mənbəyidir.
Qoyun və keçilərdə xəstəlik yüksək hərarət, dəri və selikli qişalarda (xüsusən ağız və göz ətrafı nahiyələrdə) səpgilərin yaranması, papulyozlu-pustulyozlu zədələrlə özünü büruzə verir.
Peyvəndlənmə aparılmış heyvanlarda infeksiya törədicisinə qarşı immunitet yaranır. Təhlükəli, eləcə də yoluxucu olan xəstəliyin yayılmasının qarşısını almaq üçün xırdabuynuzlu heyvanların peyvəndlənməsi vacibdir. Qeyd edək ki, peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq həyata keçirilir.
Xəstəliyin profilaktikası və yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir. Həmçinin təsərrüfata yeni gətirilən qoyun və keçilər 1 ay müddətində karantində saxlanmalıdır.
Şübhə yarandıqda, çiçək xəstəliyinin əlamətləri aşkar edildikdə qoyun və keçilər təcrid olunmalı və dərhal bu barədə baytar mütəxəssisə məlumat verilməlidir.
İnsanlar bu infeksiyaya yoluxmasalar da, xəstəliyin iqtisadi zərərini yaşayırlar. Belə ki, çiçək xəstəliyi təsərrüfatlarda böyük tələfata səbəb olur. Xüsusən də quzular arasında yüksək ölüm səviyyəsi müşahidə edilir. Həmçinin heyvanların yun və ət məhsuldarlığı aşağı düşür. Təsərrüfat sahibləri xəstəliyin profilaktikası və müalicəsi zamanı əlavə xərclər çəkmiş olurlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1118   Tarix: 06 may 2020
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

Qaraciyəri təmizləməyə kömək edəcək və bu orqanın fəaliyyətini dəstəkləyəcək məhsulların siyahısı tərtib edilib.   -a istinadən bildirir ki, siyahını kardioloq Olqa Bokeriya tərtib edib. Onun sözlərinə görə, sağlam qaraciyə

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Soğanın hansı növü daha faydalıdır?

Soğan immuniteti möhkəmlədir, dərini cavanlaşdırır, virusları öldürür, damarları təmizləyir. Amma hansı soğanı daha çox yeməliyik- yaşıl, ağ, yoxsa qırmızı?. Eləcə də porey soğanı unutmamalıyıq. İmtahandan əvvəl bunları YEYİN

.

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Əlavə çəkilərdən xilas olmaq üçün pəhriz saxlayan hər kəs bu prosesin nə qədər çətin olduğunu bilir.   -a istinadən xəbər verir ki, incə belə sahib olmağa köməklik edən kefir və kətan toxumundan hazırlanmış yağ yandırıc

.

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?

"Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI . Mədə üçün ən faydal

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Şaftalı bu xəstəliyi olanlara faydalıdır

Şaftalı şirin və dadlı meyvə olması ilə yanaşı, vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir. Həmçinin bu meyvənin insan sağlamlığına bir çox faydaları var. -a istinadə

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Diqqət: Bu kartof çox təhlükəlidir

Göyərmiş, yaşıla çalan kartof ən zəhərləyici təsirli kartofdur. -a istinadən xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:. "Kartof gün altında uzu

turlar.az

sonxeber.az adlarin menasi kosmetik vasiteler toy makiyaji sekilleri hamiləlik təqvimi plastik əməliyyat uşağın sağlamlığı qadın geyimi kosmetika nizami gəncəvi vətən haqqında bayatı şəhid insan novruz hakıştası