Yağlı və quru dərilər üçün losyon resepti

Yağlı və quru dərilər üçün losyon reseptiQuru dərini yumşaldan losyon.

Kosmetologiyada gənəgərçək yağını hələ qədim misirlər istifadə edirdilər. Müasir kosmetoloqlar da onu öz reseptlərinin tərkibinə daxil ediblər. Tərkib: gənəgərçək və qarğıdalı (yaxud zeytun və şaftalı) yağı, itburnu yağı, hərəsindən 2 xorək qaşığı, A vitamini (konsentrat) – 20 damcı, duru bal - 2 çay qaşığı, kök şirəsi - ½ stəkan, dəniz suyu – 2 xorək qaşığı. Adları yuxarıda çəkilən inqridiyentləri surətdə qarışdırmaq çalxalamaq və gündə 2-3 dəfə quru və qocalan üzü təmizləmək və yumşaltmaq üçün sürtmək lazımdır.

Yağlı dəri üçün nanəli losyon.
XVIII əsr Azərbaycan alimi Hacı Süleyman İrəvani nanəni dəriyə qulluq etmək üçün məsləhət görür. Müasir alimlər bu resepti məsləhət görürlər: 2 xorək qaşığı quru nanənin üzərinə 0,5 litrə su tökərək aşağı odda 5-10 dəqiqə qaynatmaq lazımdır. Həlimi soyudub, süzüb üzərinə 4 çay qaşığı borat spirti, 2 xorək qaşığı əsçəçmçəyi cövhəri (aptekdə satılır), 1 çay qaşığı xorək sirkəsi və ya limon şirəsi əlavə edin. Hazırlanmış losyonla gündə minimum 2 dəfə, səhər və axşam mütləq üzü silmək lazımdır.

Üzüm losyonu.
Qədim misirlilər kosmetikada üzümdən istifadə edirdilər. Üzümü əzərək 2 saatdan sonra şirəsini süzmək lazımdır. Qabın içinə 400 ml şirə və 1 stəkan araq əlavə edirik. Həmin məhlula tamponu batıraraq təmiz üzün dərisini sürtmək lazımdır. Losonu 1-2 saat yumamalı.

Üzümlü-ballı losyon.
Üzümü əzib 2 saat saxladıqdan sonra şirəsini süzürlər. Qaba bu şirədən 400 ml, 1-2 xorək qaşığı bal və 1 çay qaşığı duz əlavə edərək qarışdırıb süzürlər, sonra isə araq əlavə edirlər. Bu losyonda islanmış tamponu təmizlənmiş üzə çəkib, 1-2 saat yumamalı.

Əsməçiçəyi (yağlı üz üçün losyon).
Xalq kosmetikasının sınanmış vasitələrindən biridir. Əsməçiçəyin tər və ya quru çiçəklərini götürürlər, 2 xorək qaşığı quru və ya 2 ovuc təzə gülləri 2-3 litr su ilə qarışdırırlar, 2 xorək qaşığı fındıq ağacı budaqlarının cövhərini əlavə edirlər. Bu vasitə sızanaqlı yağlı dəriyə faydalı təsir göstərir.

Civzəli səpməyə qarşı əsməçiçəyi.
2 xorək qaşığı əsməçiçəyi gülünün və ya təzə otunun şirəsi ¼ stəkan 70% -li spirtlə qarışdırırlar, 4 q su və 5 q odekolon əlavə edirlər. Mayeni diqqətlə qarışdırıb isti, qaranlıq yerdə 2 gün saxlayırlar. Sonra bu cövhərə 5 q 50% - li borat turşusu və 3 q qliserin əlavə edin. Belə losyonla üzdəki civzəli səpgini təmizləmək olar. Səhər və axşam dərini yuduqdan sonra üzə sürtmək lazımdır.

Dərini cavanlaşdıran çiyələk losyonu.
Keçmişdə Azərbaynda çiyələyi dərini cavanlaşdırmaq məqsədilə istifadə edirdilər. Müasir mütəxəssislər belə bir resepti məsləhət görürlər: 250 q yetişmiş təzə tər çiyələyi əzirlər və nazik parçadan süzürlər, bir çimdik soda, bir neçə damcı spirt əlavə edərək yaxşıca qarıqşdırırlar, sonra yenə də ¼ stəkan süd əlavə edirlər. Soyuducuda bu losyonu xeyli vaxt saxlamaq olar. Heç olmasa gündə bir dəfə üzə sürtmək məsləhət görülür, 10 dəqiqədən sonra ev temperaturunda olan su ilə yumaq lazımdır.

Yağlı məsaməli dəri üçün losyon.
Yağlı üzdəki qırışları hamarlamaq üçün müasir mütəxəssislərin məsləhət gördükləri losyondan kompres kömək edə bilər: 1 stəkan turş üzüm çaxırını 1 çay qaşığı çiçəyi ilə qarışdırın, 5 gün saxlayın və süzün. Tənzif maskanı cövhərdə isladaraq 5 dəqiqə üzdə saxlayın. Müalicə kursu hər gün ediləcək 10 proseduradır.

Hər hansı növ dəri üçün təmizləyici losyon.
Qədim Şərqdə tərkibində nanə və çobanyastığı çiçəyi olan losyonlar geniş yayılıb. Müasir mütəxəssislər onları bir qədər onu təkmilləşdirdilər. Hal-hazırda eyni bərabərlikdə nanə, çobanyastığı çiçəyi, üvəz yarpağı və meyvələri, ½ qurudulmuş limonun qabığının qarışığını birlikdə 3 stəkan qaynar suda dəmləyirlər, 30 dəqiqə zəif odda qoyduqdan sonra 8-12 saat saxlayırlar. Dəmləməyə hərəsindən 2 xorək qaşığı araq və qliserin əlavə edirlər. Bu minvalla hazırlanan losyonu yağlı, məsaməli, quru və solmuş üz dərisi üçün istifadə edirlər. "Şərqin min-bir sirri"

Bunlar yağlı və quru dərilər üçün losyonlardır.

Gözəllik və Moda     Baxılıb: 26676   Tarix: 11 noyabr 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

turlar.az

sonxeber.az toy makiyajlari geymler 2024 geyim seçimi manqal salati xina sozleri qizilgul haqqinda melumat qadin dunyasi kulinariya kosmetika sperma geyim qızlıq pərdəsi dolça hüzeyir hacibəyov