Yanığa kərə yağı təsir göstərirmi?
Yanığı kərə yağı müalicə edirmi? Yanıq üçün insanlar kərə yağından istifadə edirlər. Bunu onlar yanığın hava alması, kirlənməsini və infeksiya düşməsini əngəlləmək məqsədilə edirlər.
Əksəriyyət yanan hissəni müalicə etmək üçün kərə yağı, süd, duru yağ, buz, çiy yumurta ağı və diş məcunundan da istifadə edir.
Yanığı müalicə etmək üçün öncə yanan yeri 20 dəqiqə soyuq su altında saxlamaq lazımdır. Belə etsəniz yanıq 3 saat rahatlaşa bilər. Soyuq su dərinin yanmağa davam etməsini əngəlləyir. Eyni zamanda yaranı sağaldır. Daha sonra infeksiya düşməsin deyə yanığın üzərinə təmiz bezllə örtün.
Yanığa kərə yağı sürtmək sadəcə qatran kimi yara bağlamasını əngəlləyir. Yağ ağrını azaldır.
f Paylaş