Yanıq xəsarəti alana bunlar bir-bir edilməlidir – YADDA SAXLAYIN!

Yanıq xəsarəti alana bunlar bir-bir edilməlidir – YADDA SAXLAYIN!Yanğın hadisəsindən heç birimiz sığortalanmamışıq. Yanıq ən ağır xəsarət hesab olunsa da, bəzən nə özümüzü, nə də yaxınlarımızı bundan uzaq tuta bilirik. Hətta aramızda uşaq vaxtı yüngül də olsa, yanıq xəsarəti almayan az adam tapılar. Odur ki, yanıq xəsarəti alanlara ilk tibbi yardımın necə göstərilməli olduğunu da hamımız bilməliyik.
Təəssüf ki, çoxumuz belə hallarda özümüzü itiririk və necə davranmalı olduğumuzu bilmirik. Adi yanıq xəsarəti zamanı belə, ilk tibbi yardımın necə ediləcəyindən məlumatsızıq. Bunu nəzərə alaraq Ailem.az Respublika Yanıq Mərkəzinin cərrahı Ülviyyə Zeynalova ilə söhbət edib.

Ü.Zeynalova deyir ki, yanıqlar dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə 4 cür olur.

1-ci dərəcə zədə yerində dərinin qızarması və şişkinliyi, 2-ci dərəcə açıq sarı rəngli maye ilə dolu kiçik suluqların əmələ gəlməsi, 3-cü A dərəcə böyük gərgin suluqların əmələ gəlməsi ilə müşahidə olunur. Suluqların divarları adətən cırılmış, yaranın dibi çəhrayı rəngdə və nəm olur. Ağrı hissi suluğun dib hissəsində saxlanmış və ya zəifləmiş olur. Daha gecikmiş müddətlərdə açıq sarı, bəzi hallarda qəhvəyi və boz rəngə çalan qartmaq əmələ gələ bilər. 3-cü B dərəcə qanlı möhtəviyyata malik, adətən divarı dağılmış, dibi quru, ağımtıl, bəzən mərmər şəkilli, tək-tək avazımış ləkələrlə olan suluqların əmələ gəlməsinə səbəb olur. 4-cü dərəcəli yanıqlar isə ən ağır və çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Buna kömür yanığı deyilir. 4-cü dərəcəli yanıqlar oynaqlarda olarsa, amputasiya aparılır. Bu yanıq yarasının sahəsi böyükdürsə, insanın həyatını xilas etmək də çətin olur.

Həkimin sözlərinə görə, yanıqların sağalma müddəti onların dərəcələrinə görə dəyişir: "1-ci dərəcəli yanıq ən asan sağalan yanıqdır. 2-ci dərəcəli yanıqda sağalma dövrü 14 gündən sonra başlayır, 21-ci günə qədər çəkir. 3-cü dərəcəli yanıqların sağalma dövrü də xeyli vaxt aparır. 4-cü dərəcəli yanıqlar isə ən gec sağalan yanıqlardır. 4-cü dərəcəli yanıqdan sonra yaralar uzun müddət ərzində sağalır, uzun müddətli və mürəkkəb cərrahi müalicə tələb olunur, bəzi hallarda isə yanıq nəticəsində zədələnmiş ətrafın amputasiya (kəsilməsi) edilməsinə tələbat yaranır".

Cərrah qeyd edir ki, yanıq hadisəsi baş verən zaman xəstəyə ilk tibbi yardımın necə göstərilməsi önəmlidir. İlk tibbi yardımın səhv göstərilməsi yanıq yarasının daha da ağırlaşmasına səbəb ola bilər: "Zərərçəkənə ilkin yardım göstərilməsinin lap əvvəlində mümkün qədər tez bir zaman ərzində yüksək temperaturun təsirini dayandırmaq lazımdır. Əgər bu, alov olarsa, zərərçəkənin üzərinə su tökmək və ya onun üstünə örtük, adyal atmaq lazımdır. Bu zaman alov sahəsinə hava axını kəsildiyi üçün o, tez bir zamanda sönür. Bunları çox ehtiyatla, zərərçəkənin başını örtmədən etmək lazımdır. Əks halda, onda tənəffüs yollarının yanığı və yanmanın toksik məhsulları ilə zəhərlənmə baş verə bilər. Bundan sonra mümkün qədər cəld hərəkətlərlə, yanıq sahəsini zədələmədən, yanmış paltarlarını kəsib çıxarmaq lazımdır. Əgər paltar bədənin zədələnmiş hissəsinə yapışarsa, onu yaradan qoparmaq olmaz. Bu halda paltarın həmin sahəsini yara ətrafı boyunca kəsmək lazımdır. Yanıqlar zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır. Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15 dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu, dərinin soyumasına, ağrının keçib getməsinə səbəb olur və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Çox təəssüf ki, bəzən evdə yanan sahəyə diş məcunu, kartof, yağ, yağlı məlhəmlər, vazelin və sair sürtürlər. Bu, qəti qadağandır. Bununla siz yanan dəridən istiliyin xaric olunmasının qarşısını almış olursunuz. Dəri su ilə soyudulandan sonra yanıq sahəsinə yanıqlara qarşı olan "Pantenol" adlı dərman çəkmək lazımdır. Ardınca "Betadin"lə sarğı qoyulmalıdır. Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı zərərçəkəni təmiz döşəkağı ilə bürümək, ağrıkəsici dərmanlar vermək və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı yaşına uyğun dozada olmaqla vermək lazımdır. Çoxlu su, maye vermək olmaz, çünki qaytara bilər. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün ağrı şokunun qarşısını almaq məqsədi ilə ağrıkəsici dərmanların verilməsi çox vacibdir".

Ü. Zeynalova vurğulayıb ki, son vaxtlar valideynlərin səhlənkarlığı üzündən 8 ayından 2 yaşına qədər uşaqların yanıq xəsarətləri almasına tez-tez rast gəlinir. Ona görə də valideynlər xüsusilə bu yaşlarda uşaqları yanğına səbəb olacaq maddələrdən uzaq tutmalı, isti suyu, südü, çayı, hətta yeməyi onların əli çatacaq yerə qoymamalıdır.

Gözəllik və Moda     Baxılıb: 2961   Tarix: 28 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

turlar.az

sonxeber.az geyim necə seçməli toy makiyajlari donlar 2024 reseptlər uşaqlar üçün paxlavalar dırnaqlara qulluq kosmetika paxlava qiz burcu yemekler pehriz bayati