Yapon qadınlarının yaşlarından daha gənc görünməsinin səbəbi məlum oldu

Yapon qadınlarının yaşlarından daha gənc görünməsinin səbəbi məlum olduUzun illər Avropa ölkələrində çalışan yapon professor Kazumi Tyoma dəriyə qulluğun əsas prinsiplərini hərtərəfli öyrənib. Onları doğma Yapon ənənələri ilə müqayisə edən ekspert bu qənaətə gəlib ki, çox az fərq var: yalnız iki. Ancaq onlar vacibdir!
Milli.Az oxucuları Kazumi Tyomanın gözəllik tövsiyələri ilə tanış edir.
QAYDA №1: Göz ətrafını heç vaxt ovmayın, dartmayın və ya cızmayın.
Avropalılar dərilərinə tələsik qulluq edirlər. Onlar "Express", "3 in 1", "Instant", "One Touch" və bu kimi etiketli məhsulları sevirlər. Yaponiyada biz də belə məhsulları satırıq, lakin onları fors-major hallar üçün təcili məhsul hesab edirik. Normalda mono vasitələrdən, yəni bir məqsədlə istifadə etməyə çalışırıq və sürətə can atmırıq. Xanımları narahat edən əsas məsələ makiyajın silinməsidir. Yaponlar dumanlı gözləri və ərəb tərzində digər vizajları sevsələr də, makiyajı təmizləmək kimi sarsılmaz qaydaya əməl edirlər.
Mən zarafat etmirəm. Yapon qadınlarının makiyajı necə təmizlədiyini bilirsinizmi? Onlar pambıq yastıqcıqları təmizləyici vasitə ilə istər yağ, süd və ya miselyar su ilə tamamilə nəm edir, qapalı göz qapaqlarına çəkir və 10-15 saniyə gözləyirlər. Sonra dərini birbaşa pambıq disk vasitəsilə yüngülcə masaj edir və təmizləyirlər. Onlar bu prosesi yüngül sığallardan sonra pambıqda heç bir kosmetika izi qalmayana qədər təkrar edirlər. 5 və ya 7 dəqiqə çəkə bilər, amma heç bir Yapon qadını göz qapaqlarını tələm-tələsik silib dərini ovmur. Buna görə də yapon qadınlarında göz ətrafındakı qırışlar orta hesabla 10, hətta 15 ildən sonra yaranır.
Makiyajı təmizləmək üçün başqa bir variantdan da istifadə edirlər, südü göz qapaqlarına çəkib 5-10 dəqiqə uzanırlar, sonra ilıq su ilə yuyurlar. Avropalılar deyə bilər ki, ah problem bu 10 dəqiqədədir? Bu suala həmişə bir sualla cavab verirəm: 10 il gec qocalmaq üçün gündə 10 dəqiqə gözləməyə dəyməz?
QAYDA №2: Tonikləri rədd edin, onları esessiyalarla əvvəz edin!
Avropa ölkələrindən birində böyük kosmetik mağazalarına gedən kimi diqqətimi çəkən ikinci fərq müxtəlif növ üz toniklərinin satılması oldu. Yağlı və yağsız, təbii ekstraktlı müxtəlif dəri tipləri üçün hər şey, sadalayıb qurtarmaq olmaz. Və xanımların çoxu onları alır! Sonra adi bir pasiyent kimi kifayət qədər tanınmış bir kosmetoloqun yanına gəldim və gündəlik üzə qulluq proqramı hazırlamağını istədim. Prosedurda tonik də var idi! Yaponiyada heç bir kosmetoloq bunu tövsiyə etməz. Tonik dərini qurudur, lipid baryerini məhv edir və səthdən suyu çıxarır ki, dəri dərhal dartılsın. Biz ümumiyyətlə toniklərdən istifadə etmirik. Bunun əvəzinə, Yaponiyada essensiyalar çox populyardır: çoxlu miqdarda vitaminlər, amin turşuları, minerallar və aşındırıcı komponentlər olan su əsaslı serumlar. Onlar dərinin dərinliyinə nüfuz edir, nəmləndirir və tonlayır, həmçinin, sanki sonrakı məhsullar üçün "yol açır" - kremlər və losyonlar, serumu tətbiq etdikdən sonra dəriyə daha yaxşı hopur və daha dərinə nüfuz edir. Yəni, bütün təmizləmə prosesini belə sıralamaq olar: kosmetikanı sildikdən sonra təmizləyici ilə yuyur, dəriyə miselyar su ilə səpir, dərini yumşaq parça və ya dəsmal ilə silir, essensiya çəkir, sonra krem təqbiq edirlər. Bütün proses təxminən 20 dəqiqə çəkir. (publika.az)
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1014   Tarix: 19 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yaponiya 2 milyardlıq COVID-19 peyvəndini atır

Yaponiya əvvəllər alınmış ümumi dəyəri təxminən 1,93 milyard dollar (3,281 milyard manat) olan böyük həcmdə COVID-19 preparatlarını məhv etmək niyyətindədir.   -a istinadən xəbər verir ki, Shionogi" şirkətinin istehsal

.

Ürəyə zərərli olan arıqlama əlavələri

Arıqlamaq üçün nəzərdə tutulmuş əlavələr qida boşluqlarını doldurmaq və sağlamlığı qorumaq üçün məşhurdur, lakin onlardan bəziləri təhlükəli ola bilər.   -a istinadən xəbər verir ki, kofein əsaslı arıqlama məhsulları, efedri

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Qaraciyər xərçəngindən qorunmağın qeyri-adi üsulu

Alman Xərçəng Araşdırma Mərkəzinin və Tübingen Universitetinin alimləri müəyyən ediblər ki, 5:2 nisbətində pəhriz əsasında fasiləli aclıqla siçanlarda iltihabın və qaraciyər xərçənginin qarşısını almaq mümkün olur. Alçanı

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?.   -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

.

Broyler toyuqlarının bu hissələrini yeməyin

Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir. . Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insa

turlar.az

sonxeber.az yay kolleksiyasi toy gecesi makiyaj etmek qaydalari darcin faydasi plovlar mahuddan tikilen kishi ust geyimi tərəvəz yeməkləri kosmetika vətən novruz bayramina aid hakista bir arzum var video qiz evi