Yaşıl lobya nə ilə faydalıdır?

Yaşıl lobya nə ilə faydalıdır?Lobyanın vətəni Qədim Misir sayılır. Lobya qədim zamanlardan insanların qidalanmasında öz layiqli yerini tutub.

Lobya olduqca faydalı məhsuldur. Onun tərkibində A, C, E, K, B qrupu vitaminlər, karotin, fol turşusu, kalsium, maqnezium, dəmir, sink, fosfor, mis kimi əvəzolunmaz mikroelementlər var.

Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar mövsümdə hər gün yaşıl lobya yeməlidir. Bu ürəyin və damarların fəaliyyətinə çox müsbət təsir edir, damarları təmizləyir, aterosklerozun inkişafının qarşısını alır.

Kalsium və fosforla zəngin olan yaşıl lobya sümüklərimiz üçün də çox xeyirlidir. Fransızlar deyir ki, yaşıl lobyanı tez-tez yeyən qadın dəri, saçlar və dırnaqların vəziyyətinə görə narahat olmamalıdır, onlar hər zaman sağlam və gözəl olacaq. Ümumillikdə gözəllik paytaxtı sayılan Fransada mətbəxində yaşıl lobya çox tez-tez istifadə olunur.

Lobya bişirilən suyu atmayın - bu su ilə üzünüzü yuyun. Bu üz dərisi üçün çox faydalıdır - dərini cavanlaşdırır, daha hamar və elastik edir.

Digər paxlalı bitkilər kimi, yaşıl lobya zülallarla zəngindir. Bu zülallar orqanizm tərəfindən çox yaxşı mənimsənilir.

Lobya qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqları orada yığılan toksin, şlaklar və s. ziyanlı maddələrdən yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.

Arıqlamaq istəyirsinizsə, hər gün 1 qida qəbulun əvəzinə 200 qr yaşıl yobya suda bişirin və yeyin (duz və yağ əlavə olunmur). Bu sadə üsulun köməyi ilə siz həm orqanizminizi təmizləyəcəksiniz, həm də arıqlayacaqsınız. Lobyanın tərkibində olan bəzi maddələr orqanimdə piyin əriməyinə kömək edir.

Şəkərli diabet xəstələri üçün də yaşıl lobya xeyirlidir - qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir. Yaşıl lobyanın tərkibində arginin aminturşusu var ki, bu maddə orqanizmə insulunə oxşar təsir edir.

Lobya kişilər üçün çox faydalıdır. Lobyanın tərkibində sink var. Bu mikroelement kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, spermanın keyfiyyətini yaxşılaşdırır, bəzi kişi cinsiyyət sistemi xəstəliklərinin profilaktikası üçün faydalıdır.

Yaşıl lobya podaqra, revmatizm, bronxit, xroniki pankreatit zamanı faydalıdır, öd kisəsinə, qara ciyərə, sidik kisəsinə müsbət təsir edir, xərçəng əleyhinə təsirə malikdir.

Yaşıl lobyanın tərkibində həm fol turşusu, həm də dəmir var. Bu iki maddə qanın tərkibinə çox müsbət təsir edir.

Saglamolun.Az

Mətbəx     Baxılıb: 6620   Tarix: 18 mart 2018
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

turlar.az

sonxeber.az qadın geyimi hamiləlik sade makiyaj sekilleri saglamliq salatlarin bezenmesi böyrək problemi sepsis xesteliyi kosmetika novruza aid hakisdalar bürclər cinsi xanim.az baldiza aid hakisda