Yatağa girməzdən əvvəl – Bunları etmək olmaz

Yatağa girməzdən əvvəl – Bunları etmək olmazÇox vaxt cinsi əlaqə əsnasında tam olaraq əlaqəyə köklənə bilməmək cinsi problemlərin yaranmasına səbəb olur. Buna görə də sevişərkən bütün düşüncələri yataq otağının xaricində buraxmaq lazımdır. Xoşbəxt bir cinsi həyat üçün "yatağa çılpaq girmək" lazımdır. Yatağa çılpaq girmək dedikdə, təkcə soyunmaq nəzərdə tutulmur. Burada söhbət yatağa paltarları çıxardaraq girməkdən deyil, mənfi, pis düşüncələri yataq otağının qapısının kənarında qoymaqdan gedir. Aile.lent.az-ın qayğısız seksi üçün tövsiyələri ilə tanış olun.

O ana köklənin

Cinsi əlaqə qadın və kişinin paylaşdığı çox xüsusi bir andır. Əhəmiyyətli olan bu anın nə qədər davam etməsindən asılı olmayaraq cinsəlliyi tam mənasıyla yaşamaq, edilənlərə köklənmək, ruh və bədənlə orada ola bilməkdir. Çünki cinsilik yalnız fiziki bir hərəkət deyil, bir-birini sevən və arzulayan iki insanın arasında yaşanan əlamətdar bir vəziyyətdir. Cinsəllikdə kişi və qadının psixologiyası, o ankı ruh halı, cinsəlliklə əlaqədar mənfi duyğu və düşüncələrə sahib olub-olmaması, özünü və bədənini sevməsi, tərəf müqabilinə qarşı duyğuları, sevişərkən rəftarı əhəmiyyətlidir. Bütün bunları düşünərək yatağa girən insan cinsəllikdən həzz ala bilməz. Bu səbəbdən də cinsəllik yaşanacağı zaman yalnız müsbət şeylər düşünmək, beyini bağlamaq və yalnız tərəf müqabili ilə keçiriləcək gözəl anlara diqqət yönəltmək lazımdır.

Mənfi düşüncələrdən təmizlənin

Eynilə duşa paltarlar çıxardılaraq girildiyi kimi, sevişmək üçün yatağa girən zaman da mənfi düşüncələrdən təmizlənməkdə fayda var. Geyimlə duş aldıqda bədən təmizlənməz, eynilə yatağa da mənfi düşüncələrlə girdikdə toxunma və sevişmənin verdiyi həzzi yaşaya bilməzsiniz. Yalnız penis-vagina birləşməsi reallaşar. Bu da cinsi problemlərin meydana gəlməsinə və davam etməsinə yola açar.

Beyninizi bağlayın

Cinsəlliklə əlaqədar mənfi duyğu və düşüncələr, cinsi əlaqə əsnasında beyni bağlamamaq, özünü qəraqdan bir tamaşaçı kimi izləmək, hadisəyə özünü qatmamaq kimi səbəblər bir çox problemlərə gətirib çıxarır. Xüsusilə kişilərdə sərtləşmə problemlərinə və erkən boşalmağa, qadınlarda da orgazm olmamağa və zamanla cinsi istəksizliyə yol açır. Qadınlar ümumiyyətlə, cinsi əlaqə əsnasında o ana fokuslanmaq və həzz almağa çalışmaq əvəzinə, necə göründükləri, necə qoxuduqları, bədənlərinin kifayət qədər təmiz olub-olmaması, tərəf müqabillərinin onları cazibədar hesab edib-etməməsi və s. kimi mövzuları düşünürlər. Bu cür düşüncələr də orqazma mane olur. Kişilər də cinsi əlaqə əsnasında zövqdən çox performanslarının yaxşı olub-olmamasına diqqət yetirir və bu da yenə kişinin sərtləşmə problemi və ya da erkən boşalma yaşamasına səbəb olur.

Rahat olun

Cinsi əlaqədən əvvəli rahatlamaq çox əhəmiyyətlidir. Bunun üçün bəzi boşalma və nəfəs məşqləri tətbiq edin. Otohipnoz CD-ləri rahatlamaq və müsbət düşünmək üçün faydalı ola bilər.

Sevişərkən danışın, həzz alın

Bütün fikri tərəf müqabilinə yönəltmək, cinsəllikdən danışmaq, sevişməzdən əvvəl mühitdə bəzi dəyişikliklər etmək, birlikdə sevdiyiniz içkiləri içmək, romantik anlar keçirmək, gözəl bir yemək yemək və ya filmə baxmaq cütlüyün cinsi əlaqəyə girməsinə zəmin yaradar. Çünki cinsəllik rahatlanmaq və boşalmaq halıdır, diqqəti sevişmənin və toxunmanın verdiyi həzzə yönəltmək, həzz alıb həzz verə bilmək, ruhu və bədəni paylaşa bilmək, hər nə olursa-olsun boşala bilmənin elmi və sənətidir.

Ailə və Uşaq     Baxılıb: 8873   Tarix: 30 avqust 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

.

Keysəriyyə əməliyyatı keçirmiş qadınlarda ANA SÜDÜ PROBLEMİ

"Təbii doğumla uşaq dünyaya gətirən ananın südü dərhal gəlir və o doğumdan sonra qısa müddətdə körpəsini ana südü ilə qidalandıra bilər. Amma keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlardqa süd dərhal gəlmi

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südü həm körpə, həm də ana sağlamlığı üçün ən əhəmiyyətli qida qaynağıdır. Bununla əlaqədar türkiyəli professor Nalan Karabayır məlumat verib:. "Ana südü körpələr üçün ən sağlam qida mənbəyidir. Əmizdirmə ana-uşa

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir

Türkiyənin Şanlıurfa Siverek İlçe Dövlət Xəstəxanasının Ortopediya və Travmatologiya şöbəsində çalışan m ütəxəssis həkim Ahmet Yiğitbay yeni doğulmuş körpələri bələməyin fəsadlarından danışıb. Onun sözlərinə görə, bu inkişafd

.

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər. "Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrind

turlar.az

sonxeber.az geyim seçimi sac duzumleri geymler 2024 kişi psixologiyası qadin dunyasi 2024 statuslar uz ucun maska resepti kosmetika novruz bayramına aid hakışda efsane xanim az novruza aid hakışda mekteb