Yatanda ağızdan su gəlməyin - Səbəbləri

Yatanda ağızdan su gəlməyin - SəbəbləriAğız suyu - ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq üçün ifraz edilən mayedir. Son illərdə yatarkən ağzınızdan su gəlməsi tez-tez rast gəlinən hal olub. Bir çoxları yatarkən bunu hiss etmədiyi üçün problemə ciddi yanaşmır. Ağızdan su axmasının bir neçə səbəbi ola bilər.
Medicina.az xəbər verir ki, ağzı açıq yatmaq və bu şəkildə oyanan zaman ağızdan su gəlməsi səhv yuxu pozası, diş problemləri, allergiya, reflüks, parkinson xəstəliyi, diş çıxarma, dərmanların əks təsirləri, sinir sistemi pozğunluqları, ağız anatomiyasında problem və ya qıl qurdu kimi təsirlərin nəticəsidir.
Buna adətən kiçik uşaqlarda və körpələrdə rast gəlinir, amma müəyyən yaş kateqoriyasına aid edilmir. İstənilən yaşda insan bu xoşagəlməz halla üzləşə bilər.
Ağız quruluşunuz da tüpürcək axmasına səbəb ola bilər. Bəzi insanlar, yatarkən dodaqlarını bağlamaqda çətinlik çəkər. Dilin böyük olması, genişlənmiş badamcıq, çapraz dişlərdən, ya da şişmiş burun əti də dodaqların bağlanmasına çətinlik yaradır.
Qarşısını necə almalı?
Yuxuda olan zaman ağzınızdan su axması məlum olmayan sağlamlıq problemindən də ortaya çıxa bilər. Ən yaxşı müalicə üsulunu təyin etmək üçün əvvəlcə problemi müəyyənləşdirməlisiniz. Vaxt itirmədən allergiya, zəhərlənmə, sinus infeksiyası, badamcıqlar, diş problemləri və ya ruh və sinir xəstəlikləri kimi xəstəliklərin müalicəsi üçün həkimə müraciət edin.
Ağzınızdan su gəlməsi hər hansı ciddi xəstəlik əlaməti deyilsə, öz üsullarınızla bunun qarşısını ala bilərsiniz. Məsələn, yastıq alçaqdırsa, onu hündürüylə dəyişdirə bilərsiniz.
Həmçinin şübhəli dərmanlardan istifadə etdikdə orqanizminizdə dəyişiklik yaranırsa, həkiminizə bildirin. Burun əti və ya anatomik pozğunluq olursa, qulaq, burun, boğaz həkiminə gedib vəziyyət aydınlaşdırın və müvafiq müalicəyə başlayın.
Həkimlər kürəyi üstə yatmağı tövisyə edir. Çünki belə yatmaq ağız suyunun, boğazdan aşağıya doğru axmasını təmin edir. Arxasıüstə yatmağa başlasanız, vəziyyətinizdə əhəmiyyətli dəyişiklik olduğunu görəcəksiniz. Bədəninizin şaquli vəziyyətdə olması kömək edəcək ki, ağzınız qapalı qalsın.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 832   Tarix: 13 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bunu edin, 15 saniyəyə ürəyinizin sağlamlığını öyrənin

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.  Trend-ə istinadə

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?

"Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". -a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib. O bildirib ki, spirt - tərkibində etanol ola

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

turlar.az

sonxeber.az yay geyimləri 2024 kosmetika mehsullari qis geyimləri 2024 karolın ve gızlı dunya ızle gəncə xəbərləri blincik hazirlanma qaydasi qonaq otağı üçün pərdələr kosmetika uzeyir hacibeyli dostluq qadin.az novruza aid hakışda veten seirleri