Yayda tez-tez xəstələnməmək üçün nə edək?

Yayda tez-tez xəstələnməmək üçün nə edək?Bəzi insanlar qışa nisbətən yayda daha tez-tez xəstələnir. Çünki qış fəslində hər birimiz havaya uyğun olaraq qalın geyinir, isti maye qəbul edirik. Lakin yay fəslində isə əksinə, nə qidamıza, nə də geyimimizə diqqət yetiririk.
Əksər insanların evində və ofisində daimi olaraq kondisioner işləyir. Bütün bunlar son nəticədə yayda soyuqdəymə hallarının artmasına gətirib çıxarır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Kliniki Tibbi Mərkəzin həkim-terapevti Rəhilə Əliyeva məlumat verib.
Yayda tez-tez xəstələnməmək üçün ilk növbədə, Günəş şüalarının uzunmüddətli təsirindən uzaq durmaq lazımdır. Bu qayda kondisionerdən çox istifadə edənlər üçün də keçərlidir. Əsas diqqət etməli məsələlərdən biri də bədənin suya olan tələbatını qorumaqdır.
Bu aylarda qışa nisbətən bədənin daha çox su itirdiyini nəzərə alsaq, mütləqdir ki, gün ərzində ən azı 3-4 litr su içilsin. Lakin suyu çox soyuq halda içmək məsləhət görülmür. Həddən çox soyuq halda qəbul edilən su və digər mayelər zaman-zaman orqanizminizdə ciddi problemlər yaradır.
Həmçinin, istifadə etdiyimiz ərzaqların təzəliyinə fikir verməliyik. Çünki yayda ərzaqlar daha tez xarab olur. Yayda zəhərlənmə və tez-tez xəstələnmə səbəblərindən yayınmaq üçün bu qeydlərə hər kəs mütləq əməl etməldir.
Milli.Az

Xəbərlər     Baxılıb: 849   Tarix: 14 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gündə nə qədər "arı çörəyi" yemək olar? – Doğru istifadə qaydası

Arı məhsulları dedikdə ağla bal, polen, arı südü, propolis, arı zəhəri, apilarnil və arı çörəyi gəlir. Bunların hamısı apiterapevtikdir. Elm adamları son illərdə bu məhsullarla bağlı geniş tədqiqatlar aparırlar.   -a istinadən xəbə

.

Baş ağrısına dözmək görün nələrə səbəb olur

Həkimlər baş ağrısına dözməyin təhlükəli olduğunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, baş ağrısı təhlükəli xəstəliklərin əlaməti ola bilər. Baş ağrıları müxtəlif tibbi şərtlərin əlaməti ola bilər, lakin çox vax

.

İdmanla məşğul olanlara ŞAD XƏBƏR: güc məşqlərinin gözlənilməz faydası

Güc məşqləri bədənlə yanaşı beyindəki əzələləri də gücləndirir.   -a istinadən xəbər verir ki, bu, aparılan araşdırmalar nəticəsində məlum olub. Ağırlıq məşqləri beynin qlükoza əldə etmək və emal etmək qabiliyyətini yaxşılaşdırır

.

Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?

Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər.   -a istinadən xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb

.

Kartof əvəzinə bu tərəzdən istifadə edin - 70 dəfə daha faydalıdır

Kərəviz də kartof kimi kök tərəvəzdir. Tərkibində çoxlu mineral olan kərəvizi kartof əvəzinə istifadə etmək olar.   -a istinadən xəbər verir ki, xüsusilə karbonhidratdan uzaq durmaq istəyənlər, pəhriz saxlayanlar yemək v

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Saç boyaları süd vəzi xərçəngi yaradır?

Saçları davamlı olaraq rəngləyən şəxslərdə döş xərçənginə tutulma riski digərlərinə nisbətən 9 dəfə çoxdur.   -a istinadən xəbər verir ki, elmi araşdırmada 46 min 709 qadın iştirak edib. Tədqiqatlarda Afrika əsilli amerikal

.

Ürəyi dərmansız gücləndirməyin yolu

Stress, təşviş və gərginlik ürək və digər orqanlarda problemlər yaradır.   -a istinadən xəbər verir ki, alimlər ürəyi qüvvətləndirmək üçün dərmansız təsirli metod açıqlayıblar. Stress və narahatıq, fikir və kədər miokar

.

Çiyələyi bu qidalar ilə birlikdə yemək olmaz

Çiyələyin müəyyən qidalarla birləşməsi həzm problemlərinə səbəb ola bilər. .   -a istinadən bildirir ki, mütəxəssislər çiyələyi süd məhsulları ilə birləşdirməyi məsləhət görürlər. Ağciyəri toksinlərdən təmizləyən qidalar

turlar.az

sonxeber.az yaz geyimleri 2024 reseptler kosmetoloq ibrətamiz sözlər ev ve dizayn varikozun mualicesi permanent makiyaj kosmetika rus dilini öyrənək bayatilar yemek reseptleri sevgi oglan evi