Yayın bu nemətindən istifadə etsəniz qışda xəstələnməzsiniz

Yayın bu nemətindən istifadə etsəniz qışda xəstələnməzsinizXalq təbabətində özünəməxsus müalicəvi xüsusiyyətlərə malik olan cökə çiçəyi dəmləməsinin faydalarını saymaqla bitirmək mümkün deyil. Cökə çiçəyinin dəmləməsi qədim zamanlardan xəstələrə öz müalicəvi xüsusiyyətini göstərmişdir. Cökə çiçəyinin tərkibində C vitamini, müxtəlif efir yağları, karotin, kumarin, saponin, çoxlu sayda makro və mikro elementlər var. Onun dəmləməsi orqanizmə möhkəmləndirici təsir bağışlayır və bir çox xəstəlikləri sağaldır. Cökə çiçəyinin dəmləməsi orqanizmdəki soyuqlamanı aradan qaldırır, temperaturu aşağı salır, virus və bakteriyaları öldürür. Dəmləmənin tərkibində olan saponin isə bronxlarda olan bəlğəmi yumşalaraq xaric edir və təmizləyir.
Boğaz ağrısı, angina zamanı cökə çiçəyi dəmləməsi ilə qarqara etmək boğazdakı iltihab əlamətlərinin azalmasına səbəb olur. Tərkibində olan antibakterial maddələr boğazdakı şişkinliyi aradan qaldırır, iltihabı azaldır və yox edir. Bunun üçün isə 200 ml dəmləmənin üzərinə 5 qram soda əlavə etmək lazımdır.
Cökə çayı sakitləşdirici təsirə malikdir. Əgər sizin əsəbləriniz gərgindirsə və ya yuxu problemləriniz varsa, o zaman yatmazdan əvvəl 100 ml isti cökə çayı içməyiniz məsləhət görülür. Bu daxili gərginliyi azaldaraq orqanizmi sakitləşdirir. Yatmazdan əvvəl bu dəmləməni içərkən miqdarını artırmamaq məsləhət görülür. Bunun səbəbi isə dəmləmənin sidikqovucu təsirə malik olmasıdır. Belə ki, yatmazdan əvvəl çoxlu miqdarda cökə dəmləməsi içmək orqanizmi sakitləşdirmir, əksinə qıcıqlandırır. Buna görə də axşam saatlarında 100 ml-dən artıq cökə çayı içmək olmaz.
Cökə çayı mədə-bağırsaq fəaliyyətini də yaxşılaşdırmaq qabiliyyətinə malikdir. Ağır qida və ya çoxlu ət yeməkləri qəbul etdikdən sonra cökə çayı içmək mədə şirəsinin artmasına və həzmin yaxşılaşmasına səbəb olur. Həddindən çox yağlı qida qəbulundan da sonra çökə çayı içməkdə fayda var.
Cökə çayı qadınlar üçün də çox faydalıdır. Davamlı olaraq cökə çayı içmək aybaşı tsiklinin normallaşmasına və qarın nahiyəsində olan aybaşı ağrılarının aradan qalxmasına səbəb olur. Bu möcüzəvi çay klimaks dövründə olan arterial təzyiqi stabilləşdirir, bədən qıcıqlanmalarını aradan qaldırır və qadın orqanizminin klimaksla əlaqədar olan patologiyalarının aradan qalxmasına səbəb olur.
Cökə çayı antioksidant təsirə malikdir və qanda pis xolesterinin azalmasınaa səbəb olur. Mütəxəssislər dieta saxlayanların menyusuna cökə çayını əlavə etməyi məsləhət bilirlər. Bu çay orqanizmi cavanlaşdırır, yaşlanmanın qarşısını alır, fiziki gücü artırır, dərini gözəlləşdirir, tük və dırnaqları möhkəmləndirir.
Qurudulması və qışa saxlanma qaydası
Cökə çiçəyi iyun - iyul aylarında, yəni, çiçəklənmə dövründə toplanır və qurudulur. Cökə çiçəyi toplayan zaman yol kənarlarında bitən ağacların çiçəyini toplamaq məsləhət görülmür. Çiçəklər isti havada, ancaq kölgədə qurudulmalıdır. Xüsusi quruducularda və ya sobalarda qurudulan çökə çiçəyinin tərkibindəki faydalı efir yağları uçur və təsiri zəif olur.
Cökə çiçəyi təmiz kağız üzərində asanlıqla 3-4 günə quruyur. Qurumuş çiçəklər sərin və qaranlıq yerdə saxlanılır. Bir kiloqram cökə çiçəyindən 300 qram qurumuş çiçək əldə etmək mümkündür.
Çayın dəmlənmə miqdarı
Çökə cicəyi dəmləməsinin miqdarı müalicənin növündən asılı olaraq təyin edilir. Əgər müxtəlif xəstəliklər səbəbindən müalicə alırsınızsa, o zaman 200 ml suya 1 xörək qaşığı quru çökə çiçəyi əlavə edilməlidir. Yox əgər siz sağlamsınızsa və cökə çayı içmək istəyirsinizsə, o zaman 300 ml suya 5-6 çökə çiçəyi yetərli sayılır.
Cayın dəmlənmə qaydası
Lazım olan qədər cökə çiçəyinin üzərinə qaynar su əlavə edilib stəkanın üstü örtülür, stəkan isti dəsmalla bükülür və 5 dəqiqə gözlənilir. Əgər cökənin əvəzolunmaz ətri sizin xoşunuza gəlirsə, o zaman dəmləmə müddətini bir neçə saata qədər artıra bilərsiniz.
Soyuq suya cökə çiçəyi əlavə edərək 5 dəqiqə qaynatmaqla da dəmləmə əldə etmək mümkündür. Bu zaman qaynadıqdan sonra çayı 20 dəqiqə saxlayaraq içmək daha münasib hesab olunur.
Çayın nə qədər qəbul olunması isə orqanizmin xəstəliklərinə uyğun olaraq müəyyən edilir.
Orqanizmin tonuslanması və möhkəmlənməsi üçün 15-20 cökə çiçəyinin üzərinə 200 ml qaynar su əlavə edilərək 10 dəqiqə isti dəsmala bükərək saxlamaq və üzərinə 0,5 çay qaşığı zəncəfil əlavə edərək yenidən 5 dəqiqə gözləmək lazımdır. Daha sonra çaya bir miqdar bal və bir dilim limon əlavə edərək içmək lazımdır. Bu qarışım soyuqlama əlamətlərini azaldır və aradan qaldırır. Orqanizmin sağlam və gümrah olması üçün isə həftədə 2-3 dəfə bu dəmləmədən içmək lazımdır.
Cökə çayının zərərləri
Bütün bitki çayları kimi çökə çayının da zərərləri vardır. Uzun müddət və davamlı olaraq çökə çayı içmək taxikardiyaya, ürək nahiyədə ağrılara və sinir gərginliyinə səbəb ola bilir. Belə ki, az miqdarda dərman, çox miqdarda zəhər atalar sözü cökə çayına da aiddir. Mütəxəssislər davamlı olaraq bir aydan çox cökə çayı içməyi məsləhət görmürlər. Bir ay boyunca hər gün 2-3 stəkan cökə çayı içdikdən sonra çayın qəbuluna mütləq fasilə vermək lazımdır. Amma 2-3 cökə çiçəyi ilə dəmlənmiş çaydan gün ərzində 3 stəkan içməyin heç kimə zərəri dəyməz. Çoxlu miqdarda cökə çayı ilə dəmlənmiş çayı içən zaman diqqətli olmaq məsləhət görülür.
Milli.Az

Xəbərlər     Baxılıb: 977   Tarix: 02 avqust 2022
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

turlar.az

sonxeber.az gelinlikler yay kolleksiyasi geymler 2024 qısa saç düzümləri ulduzların gözəllik sirləri biskvitli tort resepti infeksion xestelikler kosmetika qardasa aid haxistalar cantalar oxatan hakisdalar bir arzum var