Yayın sevimli qidası olan dondurmanın zərərləri

Yayın sevimli qidası olan dondurmanın zərərləriXüsusilə yay aylarında demək olar ki, hamımızın sevimli qidasına çevrilən dondurma dadlı olması ilə yanaşı, zülal, kalsium, A vitamini, B12 vitamini, C vitamini və maqnezium kimi bir çox vitamin və minerallarla da zəngindir. 
Milli.Az bizim.media-ya istinadən bildriir ki, dondurmanın bir porsiyası şərbətdən 55 faiz, südlü desertdən isə 23 faiz az enerji və ya kalori ehtiva edir. Məsələn, 2 qaşıq dondurma istehlak etdikdə təxminən 2,5 xörək qaşığı şəkərə bərabər karbohidratlar alırıq.
Təravətləndirici ləzzətli dadı ilə yay aylarında vazkeçilməz olan dondurmanın orqanizmə təsiri necədir? 
Sağlam sümüklərə sahib ola bilərsiniz 
Kalsium sümük sağlamlığını dəstəkləyən vacib elementdir. Yarım stəkan dondurma 80 milliqramdan çox kalsium ehtiva edir və bədəninizin bu vacib mineralla təmin edilməsinə kömək edir. Dondurmanın tərkibində sümük sağlamlığını dəstəkləyən digər iki qida maddəsi olan maqnezium və sink də var.
Lakin dondurmanın zərərləri də olduqca çoxdur. 
Diş çürükləri inkişaf edə bilər. Dondurmanı istehlak etdikdən dərhal sonra dişlərinizi fırçalamırsınızsa bu, çürüklərin əmələ gəlməsi şansınızı artıra bilər.
Yuxu rejiminiz pozula bilər.
Bəzi insanlar inanır ki, dondurma onların zehnini sakitləşdirməyə kömək edir ki, onlar daha tez yuxuya gedə bilsinlər. Bununla belə, "Journal of Sleep Medicine" jurnalında əsas araşdırma göstərdi ki, az lifli, yüksək doymuş yağlı qidalar yemək daha yüngül yuxu və daha çox gecə oyanmasına səbəb olur. Xüsusilə gecələr daha çox şəkər istehlak etmək, vücudunuzun faydalana biləcəyi dərin, yavaş dalğalı, canlandırıcı yuxu vaxtını azaldır.
Çəkini artırır.
Dondurma yüksək miqdarda kalori ehtiva edə bilər və bu, arıqlamağa çalışan insanlara məqsədlərinə çatmaqda mane olacaq amildir. Dondurma yemək bədəninizin ehtiyacından daha çox kalori istehlak etməsinə səbəb ola bilər. Ona görə də bu məhsuldan normasında istehlak etmək şərtdir. 
Qaraciyər xəstəlikləri riskiniz arta bilər. 
Bəzi dondurmalar fruktoza ilə hazırlanır. Və hər gün ən azı bir porsiya fruktoza ilə hazırlanmış qidalar, alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riskinin artması və ya bədəninizdə artıq yağ yığılmasına səbəb ola bilər.
Ürək sağlamlığına mənfi təsir göstərir. 
Həddindən artıq şəkər qəbul etmək ürək sağlamlığınıza mənfi təsir göstərə bilər. 
Şişkinlik hiss edə bilərsiniz. 
Əgər siz laktoza dözümsüzlüyünüz varsa, dondurma istehlak etmək mədə ağrısı, ishal, şişkinlik və ya digər xoşagəlməz mədə-bağırsaq simptomları yaşamağınıza səbəb ola bilər. 
Milli.Az 

Xəbərlər     Baxılıb: 871   Tarix: 16 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

Çayın xərçəngə səbəb olduğu sübut olundu

Çin alimləri çayla xərçəng xəstəliyi arasında əlaqəni sübut edən çoxillik araşdırmalarına yekun vurublar.   -a istinadən xəbər verir ki, nəticələr qara çayın siqaret qədər ağciyər xərçənginə səbəb olduğunu sübut edib. Əslində

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Bu üç əlamət qaraciyər problemindən xəbər verir

Mütəxəssislər qaraciyər problemlərini göstərən üç dəri əlamətini açıqlayıblar.   -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyi dəridəki dəyişikliklərlə özünü göstərə bilər. Qaraciyər yağlanması iki növə bölünür: alkoqoll

.

Yumurta qabığını atmayın - Bu faydaları var

a istinadən yumurta qabığından istifadə edə biləcəyiniz sahələri təqdim edir:. - Tərkibindəki kalsium, maqnezium və digər minerallar sayəsində təbii gübrə kimi istifadə edilə bilər. Torpaqla qarışdıqda bitkilərin qidalanmasın

.

Şəhər, yoxsa kənddə yaşamaq – Harda xərçəng daha çox yaranır?

Kənd insanının bədəni sağlam, ömrü uzun olur deyirlər. Həqiqətənmi şəhərdən uzaq yaşamağın özü sağlamlıq üçün yetərlidir?.   -a istinadən xəbər verir ki, paytaxtda və kənddə yaşamaq orqanizmə fərqli risklər yaradır və hərəsini

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

"Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olara

.

Broyler toyuqlarının bu hissələrini yeməyin

Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir. . Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insa

.

Ürəyə zərərli olan arıqlama əlavələri

Arıqlamaq üçün nəzərdə tutulmuş əlavələr qida boşluqlarını doldurmaq və sağlamlığı qorumaq üçün məşhurdur, lakin onlardan bəziləri təhlükəli ola bilər.   -a istinadən xəbər verir ki, kofein əsaslı arıqlama məhsulları, efedri

turlar.az

sonxeber.az makiyaj etmek qaydalari maskalar yemek reseptleri arvaddan icaze kagizi süfrə mədəniyyəti gözəl geyimlər kombinler 2024 yay kosmetika pomidor novruza aid hakisda vətənə aid bayatı damla tapmacalar