Yaz aylarında şam qozalarının istifadə qaydası

Yaz aylarında şam qozalarının istifadə qaydasıAprel may aylarında şam qozası təxminən qoz böyüklükdə olur müalicə məqsədilə istifadə etmək üçün əsl vaxtıdır.
Faydaları haqqında:
 Şam ağacının yaz aylarında tozcuqları olur, bunlar şamın mayalanması üçündür və toz kimi havada uçarlar.
Ağacın altına salafan sərib, burunu respiratorla tutub ağacı silkələyərək tozlar yığılır. 200 qram toz 1 kq bal ilə qarışdırılır. Bütün ağciyər xəstəliklərində bu məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilir. Bu məcun həm də cinsi istəyi artırır.
Yaşıl qozaların faydası:
Şam ağacının yaşıl qozaların faydaları haqqında danışaq. Deməli, yaşıl qozalar yığılır, sərilir və qurudulur. Qurusundan 2 çay qaşığı 3 stəkan suda dəmlənilir və 1 çay qaşığı bal əlavə olunur. Astma xəstəliyində, xroniki bronxitdə, pnevmoniyalarda, nəfəs çatışmazlığında (hansı ki, 5 addım gedir amma nəfəs çatmır) gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan içilir.
Amma şam qozası dəmləməsini 10 gündən artıq içmək olmaz. Bunu nəzərə almaq lazımdır ki, 10 gün içildikdən sonra 2 həftə ara verib yenə müalicəni davam etmək lazımdır. Qurudulmuş şam qozasından 3 xörək qaşığı 3 stəkan suda 5 dəqiqə qaynadıb süzün və suyu ilə saçlarınızı yuyun. Bu zaman kəpəklənməni və qaşınmanı aradan qaldırır, saç dibindəki göbələkləri məhv edir.
Şam qozasından 3 xörək qaşığı 1 litr təbii alma sirkəsinə qarışdırıb 1 ay gözləyin, sonra isə süzün. Bu sirkədən gündə 2 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb mədə-bağırsaq göbələyinin qarşısını almaq üçün çox təsirli bir vasitədir. Yaşıl şam qozasını yığıb ət maşınından keçirin. Bunu lopa halında da keçəllik müalicəsi üçün başa sürtüb 1 saat gözləmək lazımdır. Bunu gündə 1 dəfə 1 ay etmək çox faydalıdır.
Şam qozalarını 10 ədəd 3 litr suda 10 dəq qaynadıb süzün. Suyundan babasil zamanı vanna qəbul edilir. Suyu bir qaba tökülür və gündə 1 dəfə yarım saat suda oturulur. Bundan başqa yaşıl qozaları yığıb qurudun,sonra xırdalayın 5 xörək qaşığı 250 qram küncüt yağına qarışdırıb adi çay dəmləyən kimi 1 saat qaynatmadan dəmləyin və 1 gün sonra süzün.
Bu yağdan uşaqlarda əmələ gələn diatezlər zamanı pişməcələrin üstünə vuranda pişməcələri aparır. Böyüklər də pişməcələrin və sızanaqların müalicəsində bundan istifadə edə bilər. Bu yağ həm də ləkələrin müalicəsində də istifadə oluna bilər.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1286   Tarix: 28 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Genital bölgənin qaralmasına səbəb nədir? - Qadınlar MÜTLƏQ OXUSUN

Hər keçən gün həyata baxışınız kimi dərinizdə dəyişikliklərə səbəb olur. Genital bölgənin qaralması, erkən və ya yetkin yaşından asılı olmayaraq, demək olar ki, hər bir qadının qarşılaşa biləcəyi bu dəyişikliklər arasındadır. So

.

30 dəqiqə seks 200, orqazm həddi isə 312 kilokalori yandırır – NORMAL ÇƏKİDƏ QALMAĞIN TƏBİİ YOLLARI

Artıq qəbul olunmuş kalorilər orqanizm üçün bir sıra problemlər yaradır. İnsanlar üçün ən böyük bəlalardan biri sayılan piylənmə də məhz bunun nəticələrindən biridir. Bəs nə etməli, artıq kalorilərdən yaxa qurtarmaq, təbi

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Porno asılılığı nədir? - Qadınlar ərlərinə niyə qadağan edir? - ARAŞDIRMA

Cütlüklər arasında problemli, lakin danışılmayan məsələlərdən biri də porno filmlərə baxmaqdır. Məlumata görə, pornoya baxanlar əsasən kişilərdir. Adətən, qadınlar bunu problem hesab edirlər. Onların fikrincə, bu hərəkə

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

turlar.az

sonxeber.az həkim məsləhəti kosmetoloq adlarin menasi uzun saclarin yigilmasi hamilə geyimləri arıqlamaq dietası qaynar qazan kosmetika xlor lekesi həsən bəy zərdabi aybawi video sac modelleri