Yeni doğulmuş uşağın başqa xüsusiyyətləri

Yeni doğulmuş uşağın başqa xüsusiyyətləriGöbək

Uşaq anadan olanda onun göbəyini qısqacla sıxırlar, bir neçə gündən sonra göbək düşür. Bu vaxt göbəyin üzəri quru, qanlı göz bağlamış olur. Yeni doğulmuş uşağın göbəyinə çox fikir vermək lazımdır, göbək quru və təmiz olmalıdır!
Göbəyə düzgün qulluq etmədikdə o ağır infeksiya ocağı ola bilər.
Göbəyin çıxması göbək ciyəsini düzgün bağlamamaq nəticəsi deyil, bu, anadangəlmə inkişaf qüsurudur.
Göbək dəbəliyi yoxsa və hətta kiçik dəbəlik olduqda belə, kənardan heç bir müdaxilə olmadan bir müddətdən sonra göbək yerinə düşür.

Xayaların şişməsi

Yeni doğulmuş uşaqlarda çox vaxt xaya böyümüş olur; adətən ancaq bir xaya böyümüş olur. Uşaqda xaya hidropsu olub-olmamasını bilmək üçün onu həkimə göstərmək lazımdır, hətta hidrops olduqda belə o, adətən cərrahi müdaxilə olmadan keçib gedir.

Sidik

Yeni doğulmuş uşağın sidiyi şəffaf, rəngsiz, qoxusuz olur. Uşaq döş götürəndən sonra da sidik bu cür olur. Sidik bulanıqdırsa və ondan qoxu gəlirsə dərhal həkimə müraciət etmək lazımdır. Həmçinin uşağın əskiləri sidikdən tünd sarı rəngə düşdükdə də həkimə müraciət etmək lazımdır.
Uşağın uzun müddət siyiməməsı tez gözə çarpır. Bu onun orqanizminə su çatışmadığını yaxud anadan qüsur­lu doğulduğunu göstərir.
Ana bilməlidir ki, flanel əski su az çəkən parçadan tikilmiş əskinin tamam islandığı eyni miqdarda sidikdən azca islanacaqdır.
Bəzən yeni doğulmuş uşağın sidiyi rəngsiz və qoxusuz olsa da, əskilərdə qırmızımtıl çöküntülər olur. Bu xəstəlik deyil, ətraf mühitin təsirindən adətən sidikdə həll olmuş halda olan bəzi duzların qalığıdır.

Nəcis

Uşağın nəcisinə və birinci növbədə, onun bayıra çıxıb-çıxmadığına fikir vermək lazımdır.
İlk nəcis. İlk vaxtlar yeni doğulmuş uşağın nəcisi yağlıtəhər, yaşıl və ya tünd rəngdə olur. Bu ilk nəcisdir. Uşaq müntəzəm döş əmdikdə nəcis tədricən qızılı-sarı rəngə düşür.

Seliyəoxşar qusuntu

Uşaq anadan olana qədər bəzən onun orqanizminə selikli ifrazat düşür. Belə hallarda uşaq 1-2-ci günlər sarı rəngli selik qusur. Bu vaxt uşağı diqqətlə izləmək lazımdır, o qusarsa qarnı üstə uzatmaq lazımdır ki, qusuntu tənəffüs yollarına düşməsin, uşaq qusarkən arxası üstə uzanıbsa udulan qusuntunun bir hissəsi tənəffüs yollarına düşə bilər. Qusub qurtardıqdan sonra uşağın ağzını silmək lazımdır.
Yeni doğulmuş uşağı nəzarətsiz qoymaq olmaz, çünki o çox acizdir. Uşaq qusursa yaxud yaxşı uda bilmirsə, ana özü ona kömək etməli yaxud lazım gələrsə, həkim çağırmalıdır. Belə olmazsa, uşaq ölə bilər.

Uşaq üzünü cırmaqlayır

Bəzən uşaq, xüsusən ağladıqda, öz üzünü cırmaqlayır. Onun əllərini bağlamaq lazım deyil, çünki adətən bir neçə gündən sonra bu keçib gedir. Uşağa dirsəyə qədər uzun əlcək tikmək və yalnız ağlayanda geydirmək lazımdır Uşaq bu cür əlcəkdə əllərini rahat işlədə biləcəkdir.
Uşağın dırnaqları uzanıbsa, tutmaq lazımdır.

Uşağın fısıldaması

Yeni doğulmuş yaxud südəmər uşaq fısıldayırsa yaxud nəfəs aldıqda fit verirsə, dərhal həkimə göstərmək lazımdır. Lakin uşağın fısıldaması həmişə xəstəlik əlaməti deyil. Çox vaxt uşaq burun yollarının dar olmasından fısıldayır. Sonralar bunlar genəlir və uşaq daha fısıldamır.

Asqırma

Yeni doğulmuş uşaq tez-tez asqırır; o bu yolla burnunu təmizləyir. Havası çirkli rayonlarda südəmər uşaqlar daha tez-tez asqırırlar. Uşaq üşüdükdə yaxud ona soyuq dəydikdə asqırır. Uşağa soyuq dəydikdə burnu tutulduğu üçün burnundan. nəfəs ala bilmir. Adətən ana bunu uşağı əmizdirdikdə görür. Burundan nəfəs almaq çətin olduqda uşaq ağzı ilə nəfəs almağa məcbur olur, buna görə də vaxtaşırı məməni ağzından çıxarır. Belə olduqda uşağı mütləq həkimə göstərmək lazımdır. Yeni doğulmuş uşağa soyuq dəyməsinə çox ciddi yanaşmaq lazımdır.

Hıçqırıq

Südəmər uşaq tez-tez hıçqırır, xüsusən döş əməndən sonra, çünki döş əməndə çoxlu hava udur. Həmçinin uşaq çox üşüyəndə də hıçqırır. Belə hallarda hıçqırıq xəstəlik əlaməti deyildir və heç bir şey etmək lazım deyil. Hıçqırıq uşağa mane olanda o ağlamağa başlayır və hıçqırıq kəsilir. Lakin hıçqırıq döş əmməklə əlaqədar deyilsə və saatlarla davam edərsə, həkim çağırmaq lazımdır, çünki bu ciddi xəstəlik əlaməti ola bilər.Hıçqırığı kəsmək üçün uşağın burnunu sıxmaq olmaz. Ona 1-2 qaşıq çay vermək kifayətdir.

Bədənin temperaturu

Vaxtında doğulmuş uşağın düz bağırsaqda ölçülmüş bədən temperaturu 36,5-37,5° olur (böyük adamda olduğu kimi). Yeni doğulmuş uşaqda istilik tənzimi mərkəzi sonrakı aylardakı kimi hələ yaxşı işləmir. Uşağın orqanizmi tez soyuyur, həmçinin tez də qızır.
Yeni doğulmuş və ya südəmər uşaq üşüdükdə ağlamağa başlayır, heç bir tədbir görülməzsə, uşağın rəngi qaçmağa başlayır, ağzın küncləri azca göyərir, əlləri və ayaqları buz kimi soyuyur: uşağın ayaqlarına xüsusi fikir vermək lazımdır! Uşağın ayaqları soyuq deyilsə, deməli, o üşümür. Uşağa isti olduqda da çox vaxt əlləri soyuq olur.

Uşaq üşüyürsə, onu isti geyindirmək, üstünü örtmək, lazım gələrsə çarpayısına isti su (qaynar su olmaz) tökülmüş istiqac qoymaq lazımdır.
Südəmər uşağa istidirsə, o çabalamağa başlayır, bədənin vəziyyətini dəyişir, dərisi qızarır, ənsəsi də tərləyir və uşaq ağlayır; hətta dərisi də səpə bilər. Belə hallar uşaq yayda qalın geyindirdikdə yaxud qışda isti otaqda üstünü tük yorğanla örtdükdə baş verir, yayda uşağın başına papaq qoymaq lazım deyil. Qışda otağın temperaturu 20' 22°-dən çox olmamalıdır.

Ailə və Uşaq     Baxılıb: 6780   Tarix: 29 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südü həm körpə, həm də ana sağlamlığı üçün ən əhəmiyyətli qida qaynağıdır. Bununla əlaqədar türkiyəli professor Nalan Karabayır məlumat verib:. "Ana südü körpələr üçün ən sağlam qida mənbəyidir. Əmizdirmə ana-uşa

.

Uşaqlarda inkişaf ləngiməsi artıb - SƏBƏBLƏRİ

Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb. Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanov

turlar.az

sonxeber.az gozel gorunmek maskalar donlar 2024 praktik məsləhətlər tərəvəzlər her sey daxil necə tez arıqlayım kosmetika pehriz nizami gencevi novruza aid hakışda sperma məsəllər