Yeni iş həyatına başlayanlar üçün məsləhətlər

Yeni iş həyatına başlayanlar üçün məsləhətlərYeni iş həyatına başlayanlar üçün məsləhətlər

Biz sizə bununla əlaqədar bir neçə tövsiyyə təqdim edirik. Əlbəttə ki, bu günə qədər işə gedərkən böyüklərimizdən bu tövsiyyələri eşitmişik: "Heç kəsə baş qoşma!"; "Qeybət eləmə!"; "Gəzən şayiələrə qulaq vermə!"; "Başını aşağı sal və işinlə məşğul ol!" və s… Düzdür, böyüklərimizin məsləhətlərindən daim faydalanmalıyıq.

Bazar ertəsi yeni işə çıxırsınız? Həyəcan və təşviş içindəsiniz? Yeni kollektiv, yeni insanlar, yeni iş rejimi..və s. Bütün bu yeniliklərə necə uyğunlaşacağınızı düşünürsünüz?

Amma biz sizə bu dəfəlik klassik etalonları bir kənara qoymağı təklif edirik. Belə ki:

Şayiələr-Uzun müddət aparılan araşdırmalar onu göstərir ki, iş yerində tamamilə şayiələrə qulaq verməyib, sakitcə öz işi ilə məşğul olan insanlar, gün gəlir, özləri şayiə obyektinə çevrilir. Bu halla qarşılaşmaq istəmirsinizsə, şayiə və qeybətlərə qarşı biganə qalmayın. Yeni xəbərləri (şayiələri) eşitdikdə, ən azından gülümsəməklə öz münasibətinizi bildirin.

Müqayisə- Əvvəl sizin vəzifənizdə işləyən insan haqqında məlumat toplamağa çalışın. Çünki, unutmayın ki, sizdən qabaqkı insan əgər çox yaxşı və işgüzar birisi olubsa, sizi daim onunla müqayisə edəcəklər. Yox, əgər, əksinə, pis işçi olubsa, onda sizə qarşı daha ehtiyatlı davranacaqlar. Bu səbəblə də, özünüzü aydın və şəffaf büruzə verin, kolleqalarınızın sizi, sizin daxili və xarici faktorlarınızı kənardan müşahidə etmələri üçün onlara şərait yaradın.

Geyim- Yeni iş yerində geyiminizə də, xüsusilə, diqqət yetirin. Belə ki, ilk gün işə fərqli, qeyri-adi libasda getməyin. Ən münasibi neytral, gündəlik geyim tərzidir. Növbəti günlərdə kolleqalarınızın geyim tərzini müşahidə etməklə, özünüzə və şirkətə uyğun geyim tərzi seçib istifadə edə bilərsiniz.

Münasibətlər- İlk günlərdə hamı ilə yaxşı münasibət qurmağa çalışın. Xüsusilə də, katibə ilə olan əlverişli münasibət gələcək günlərdə sizin üçün faydalı ola bilər. İş yerindəki dava və konfliktlərə qarşı münasibətsiz olun. Tədqiqatçı olun. Kimin kiminlə və necə münasibətdə olduğunu analiz edin.

Qeyri-formal ünsiyyət- Dahi avstraliya psixoloqu Allan Piz işgüzar münasibətlərdə həmişə formal ünsiyyəti önə çəkir. Siz də nahar fasiləsi zamanı kolleqalarınızla qeyri-rəsmi münasibətə girməyin. Evdə olub-bitənlərdən danışmaqdansa, məzuniyyəti harada keçirmək istədiyinizdən söhbət açın və yaxud da işlə bağlı bəzi suallar ünvanlayın. Bir müddət keçdikdən, iş yoldaşlarınızı yaxşı tanıdıqdan sonra, kimə ürəyinizi açıb-açmayacağınızı özünüz, adekvat olaraq, müəyyənləşdirə biləcəksiniz.

Hamınıza iş həyatınızda müvəffəqiyyətlər!

Xəbərlər     Baxılıb: 2020   Tarix: 05 fevral 2015
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

Bədənimizdəki şişlər nədən xəbər verir?

Bədənin müxtəlif yerlərində vaxtaşırı şişkinlik insanların tez-tez yaşadığı və əsasən müvəqqəti xarakter daşıyan bir vəziyyətdir. Ancaq bəzən bu şişkinliklər tez-tez baş verirsə və keçmirsə, bu, diqqət tələb edən problemdə

.

Bədənin bu hissələri qətiyyən masaj edilməməlidir - XƏBƏRDARLIQ

Masaj ağrıları aradan qaldırmağa və əzələləri rahatlamağa kömək edə, eyni zamanda sağlamlığınıza zərər verə bilər. Xüsusilə ağrıları aradan qaldırmaq, əzələləri rahatlaşdırmaq, tonunu artırmaq və s. bədənin xüsusi sahələrind

.

Makaronla bağlı dəhşətli fakt - belə yedikdə

Makaron bişirildikdən dərhal sonra yeyilməlidir.   -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu, sağlamlıq problemlərinə səbəb olmaya bilər. Yenidən qızdırıldıqda makaronda olan nişasta dəyişdirilmiş nişastaya çevrilir

.

Nəyə görə üzü sabunla yumaq olmaz? - 72%-li sabunun zərərləri

Tualet sabunu ilə üzü yumaq dəriyə təsiri baxımından tövsiyə edilmir.   -a istinadən xəbər verir ki, dermatoloq Tatyana Yeqorova sabunun dəriyə neqativ təsirini açıqlayıb. "Gigiyenik sabunda əsas maddədən əlavə müxtəli

.

Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI

Bir çoxlarının sevimli səhər yeməyinin sağlamlığa zərərli olduğu ortaya çıxıb. .   -a istinadən xəbər verir ki, bununla bağlı qastroenteroloq Dilarə Lebedeva danışıb. . Həkimin sözlərinə görə, səhər yeməyi xroniki yorğunluqdan

.

Qan şəkərini aşağı salan və xolesterolu "parçalayan" meyvə

Həkimlər meyvələri pəhrizinizə mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Bu da orqanizmi xolesteroldan təmizləməyə, qan şəkərinin səviyyəsini aşağı salmağa və hətta daha sürətli arıqlamağa kömək edir.   -a istinadən xəbə

.

Öskürək və köpün dərmanı - Razyana

bildirir ki,  "Şəfalı bitkilər" silsiləsindən növbəti bitki haqqında məlumatı təqdim edir. Bu dəfə razyana barədə məlumat verəcəyik. Razyana bitkisinə bəzi rayonlarımızda boyana deyilir. Bir növ şüyüdə bənzəyir

.

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. -a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma nəticəsində alimlər fiziki təması

turlar.az

sonxeber.az maskalar hamilelikde qidalanma gözəllik məhsulları payız xəstəlikləri doğuş bilik haqqinda atalar sozu ev ve dizayn kosmetika sekis bürclər babasil maraqli hakistalar gozellik