Yulaf və yulaf kəpəyi

Yulaf və yulaf kəpəyiYulaf kəpəyi yulaf dənələrinin qabıqdan ayrılması zamanı əldə olunan məhsuldur. O sarının boza çaları rəngdə olur. Yulaf kəpəyi keyfiyyətindən asılı olaraq əla və birinci növlərə ayrılır. Ondan sıyıqların, pürelərin , şorbaların , süd məhsullarının, şirniyyatların hazırlanması zamanı istifadə edilir.
Yulafın faydalı tərkibi
Yulafın tərkibində antioksidant maddələr var. Bu maddələr oprqanizmi xarici zərərli təsirlərdən, infeksiya xəstəliklərindən qoruyur. Yulaf və yulaf kəpəyinin tərkibində çoxlu miqdarda fosfor və kalsium vardır. Bu minerallar sümük sisteminin möhkəmlənməsinə və anemiya əlamətlərinin azalmasına səbəb olur. Anemiyanın profilaktikası məqsədilə yulaf yeməkdə fayda var.
Yulaf və yulaf kəpəyi bəlğəmgətirici, iltihab əleyhinə, mədənin selikli qişasına müalicəvi təsir edir. Meteorizm və bağırsaqlarda həzmsizlik olduqda yulaf yemək əlmətlərin aradan qalxmasına səbəb olur. Mədə və bağırsaq xəstəlikləri zamanı yulaf yemək çox faydalıdır. Onun tərkibi vitramin və minerllarla zəngindir. Bunlar isə dəri xəstəliklərinin sağalmasını sürətləndirir.
Yulaf kalium, kalsium, natrium, maqnium, fosfor, dəmir, sink, B1, B2, PP, E vitaminləri ilə zəngindir. Yulafın tərkibində olan fosfor və maqniumun miqdarı digər dənli bitkilərdə olduğundan qat-qat artıqdır. Bu maddələr orqanizm tərəfindən asan sorulur.
Yulafın tərkibində olanlar qanda pis xolesterinin miqdarının azalmasına səbəb olur, qanda şəkərin miqdarının normallaşmasını nəzarət altında saxlayır. Yulaf kəpəyindən çörək məhsullarının bişirilməsində istifadə olunur. Ondan hazırlanan kisel bronx və ağ ciyər xəstəlikləri zamanı sinəyumşaldıcı və bəlğəmgətirici təsirə malik olur. Yulafdan hazırlanan sıyığa şəkər, duz, süd, yağ, mürəbbə, meyvələr əlavə etmək mümkündür.
Yulafın zərərli xüsusiyyətləri
Yulaf sıyığını adətən mineral çatışmazlığından əziyyət çəkənlər qəbul edirlər. Onu çoxlu miqdarda qəbul etmək orqanizmdə kalsiumun miqdarının artmasına səbəb olur. Mütəxəssislər qısa müddət ərzində bişirmək üçün hazır paketlərlə satılan yuilafın orqanizm üçün az faydalı olduğunu söyləyirlər. Belə ki, bu cür qablaşdırılmada satılan yulaf və ya yulaf kəpəyinin tərkibində vitamin və minüralların miqdarı az olur. Buna səbəb isə onların üzərində texniki işləmələrin aparılmasıdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 922   Tarix: 15 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Döymələr bir çox insanın ayrılmaz hissəsinə çevrilib və müasir cəmiyyətin reallıqları hətta işəgötürənləri də bununla bağlı fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bəs yayda döymə etdirməyə dəyərmi?.   -a istinadən xəbə

.

Bu yağlar qanda laxtalanma riskini artırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən bildirir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Banan yeməyin faydaları və zərərləri. Soğanın hansı növü daha faydalıdır?

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Cökə çayının bilmədiyimiz faydaları

Mütəxəssislər cökə çayının bilinməyən faydalarını açıqlayıblar.   -a istinadən bildirir ki, bu çay qan təzyiqini normallaşdırmağa, həzmi yaxşılaşdırmağa və bədəndə iltihabı azaltmağa kömək edir. Xərçəng əmələ gətirməyə qadi

.

Banan yeməyin faydaları və zərərləri

Banan sağlam pəhrizin əsas elementi olan liflə zəngindir. Banan istehlak etməyin faydaları çox böyükdür və sağlamlığın müxtəlif aspektlərini əhatə edir.   -a istinadən bildirir ki, banan sağlam pəhrizin əsas elementi ola

.

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.  Trend-ə istinadə

.

Bu şəxslər hər gün yumurta yeməlidir

a istinadən yumurtanın faydalarını təqdim edir:. Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?. Çoxlu qəhvə içmək varikoz yaradır. Cökə çayının bilmədiyimiz faydaları . - Uzun müddət tox tutur. - Güclü bir protein

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

turlar.az

sonxeber.az geyim seçimi qadin dunyasi qadın geyimi balqabaq plov maraqlıdır ləkə üçün maskalar sifahi xalq ədəbiyyatı kosmetika novruza aid hakışta ginekoloq maskalar novruz bayramina aid hamilelik