Yuxu gigiyenası: Normal yuxu üçün nələr etmək lazımdır?

Yuxu gigiyenası: Normal yuxu üçün nələr etmək lazımdır?Normal yuxu çoxları üçün əlçatmaz görünür. Bəzi insanlar bir çox xəstəliklər səbəbindən, bəziləri isə heç bir ciddi səbəb olmasa belə normal yata bilmirlər. Mütəxəssislər bunu yuxu gigiyenasına əməl olunmaması ilə əlaqələndirirlər.
Yuxu gigiyenası nədir və ona necə əməl olunmalıdır?
Milli.Az e-tibb.az-a istinadən  psixiatr Fuad Bəşirovun normal yuxu, yuxu gigiyenası barədə tövsiyələrini təqdim edir:
Yuxu gigiyenası üçün aşağıda verilən tələblərə riayət etməklə yuxu keyfiyyətinizi yaxşılaşdıra bilərsiniz:
Hər gün eyni saatda yatın. Çox yorğun olsanız da, normal yuxu saatında yatmağa çalışın.
Hər gün yataqdan eyni saatda qalxın. Gece necə yatmağınızdan, hansı saatda yatmağınızdan asılı olmayaraq səhər qalxmanız lazım olan saatda qalxın. İstirahət günləri də bu qaydaya əməl edin.
Yatmaq və qalxmaq saatlarına əməl etmək yuxu vaxtının qorunmasında vacibdir.
Yuxudan oyandıqdan sonra yataqda vaxt keçirtməyin. İstirahət məqsədi ilə yataqda vaxt keçirtmək dincəldici olmamaqda və yuxu ritmini pozmaqdadır.
Özünüzü yatmağa məcbur etməyin, yuxunuz gəlmədən yatağa girməyin. Yatağınızda yarım saat vaxt keçirib hələ də yata bilməmisinizsə, yataqdan qalxın və səssiz bir işlə məşğul olun. Məsələn, loş işıqda kitab oxuyun və ya ilıq duş, sakitləşdirici musiqi dinləmək kimi rahatladıcı fəaliyətlərlə məşğul olun. Yuxunuzun gəldiyini hiss etdikdə təkrar yatağa uzanın.
Məsləhət görülən yuxu dərmanlarınızı yuxu saatınızdan təxminən 1 saat əvvəl qəbul edin. Beləcə dərmanın təsiri yuxu saatınızla eyni vaxtda ortaya çıxacaq.
Axşam saatlarında siqaret, çay, kofe, enerji içkiləri, spirtli içkilərdən uzaq durun. Bunların yerinə ilıq süd, ada çayı, çobanyastığı çayı kimi içkilərdən istifadə edə bilərsiniz.
Ac və ya tox yatmayın (son yemək yuxu saatından təxminən 3 saat əvvəl olmalı).
Yataqdan sadəcə, yuxu və cinsəllik məqsədi ilə istifadə edin. Yemək yemək, televiziya izləmək, kompüter, telefonla məşğul olmaq, kitab oxumaq kimi fəaliyətləri yatağınızda etməyin.
Yataq otağının səssiz, qaranlıq və normal temperaturda olmasına dəqqət edin.
Axşam saatlarında davamlı olaraq gimnastika və ya yürüyüş edin, ancaq yuxu saatından 3-4 saat əvvəlinə qədər fiziki yorğunluq verən işlərdən uzaq durun.
Gündüz saatlarında 1 saatdan artıq yatmayın. Gündüz yuxusu saat 14-15 dən sonraya buraxılmamalıdır.
Fərqli yerlərdə yatmamağa diqqət göstərin.
Qastroezofagiyal reflüks xəstəliyi varsa, hündür yastıqdan istifadə edin.
Unutmayın, keyfiyyətli yuxu sağlam qalmanın əsas şərtlərindəndir!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1124   Tarix: 22 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Belə nəfəs almaq ağciyərlərə ZƏRƏR VURUR

"Dayaz nəfəs almaq, siqaret çəkmək, oturaq həyat tərzi və əyilmək ağciyər tutumunu azalda bilər". -a istinadən bildirir ki, bu barədə Nijni Novqorod Regional Səhiyyə və Tibbi Profilaktika Mərkəzinin baş həkimi Nataly

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. -a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məluma

.

Gecə yatmazdan öncə bir stəkan süd içməyin 6 faydası

Hər gün bir stəkan süd içmək bəzi insanlar üçün vazkeçilməz addımlardan biridir. Bəs, hər gün süd içənlərin orqanizmində nə baş verir?.   -a istinadən xəbər verir ki, hər gün bir stəkan süd içənlər, içməyənlərdən bir neç

.

Bu dondurmalar zəhərləyir – Necə ayırd etmək olar?

Dondurma ən məşhur yay məhsullarından biridir. Lakin süddən hazırlanan bu məhsul həm də zəhərlənmə potensialı ən yüksək olan qidalar arasındadır. Sağlam qidalanmaqla bağlı yanlış fikirlər. Min dərdə dərman "ağ çiçəyim"

.

Çayın xərçəngə səbəb olduğu sübut olundu

Çin alimləri çayla xərçəng xəstəliyi arasında əlaqəni sübut edən çoxillik araşdırmalarına yekun vurublar.   -a istinadən xəbər verir ki, nəticələr qara çayın siqaret qədər ağciyər xərçənginə səbəb olduğunu sübut edib. Əslində

.

Böyürtkənin əvəzolunmaz faydaları

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var. Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

.

Broyler toyuqlarının bu hissələrini yeməyin

Məlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir. . Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insa

turlar.az

sonxeber.az yemek reseptleri geyim şəkilləri yaz geyimleri 2024 cavanlaşdırıcı maskalar pirojnalar hicab baglama qaydasi ata ve qiz kosmetika qiz evi haxista olumu masturbasiya nedir sanama cantalar