Yuxuda sekslə məşğul olmaq nəyə işarədir? - Psixoloq rəyi

Yuxuda sekslə məşğul olmaq nəyə işarədir? - Psixoloq rəyiYuxu uşaqlıqdan yaddaşımıza ilişib qalan, kökündə cinsəllik və təcavüzkarlıq kimi impulsları ehtiva edir. Şüuraltında gizlənən düşüncə, hiss, qorxu, qayğı və arzuların inikasıdır. Bəzən yuxular adamın özünə belə etiraf etmədiyi arzuları saxlayır. Bundan başqa, oyaq olduğumuz zaman beynimizi qurdalayan qayğı və düşüncələri ehtiva edən zehni fəaliyyət nəticəsi də ola bilər. Türkiyəli psixoloq Cem Keçə yuxuların simvolik mənalar daşıdığını deyir.

GoldNews.az cinsi mövzulu yuxularla bağlı mütəxəssisin fikirlərini təqdim edir.

C. Keçe yuxuların gizli mənalı və real məzmunlu olmaqla iki yerə ayrıldığını deyir. Gizli mənalı yuxular şüur xarici və alt beyin yuxularıdır və simvolik mənalar daşıyır. Narahat olduğumuz məsələlər simvollarla ifadə edilir: "İki yaşından sonra uşaqların bacı-qardaşları, ana və ataları ilə eyni yataqda yatmamaları lazımdır. Vaginizmdən erkən boşalmaya qədər cinsi müalicədə etdiyimiz psixoloji şərhləri bu yuxular üzərindən edirik. Məsələn, penis yuxularda ilan, uzun bir ağac və ya iti uclu qələm şəklində simvollaşdırıla bilər. Görünən məzmunlu yuxular isə gündəlik həyatda eşitdiyimiz, yaşadığımız hadisələrlə əlaqəli olaraq gördüyümüz üstbeyin yuxularıdır. Müdirinə əsəbləşən bir işçinin yuxusunda müdirini döyərkən görməsi buna nümunə ola bilər".

Psixoloq bildirir ki, cinsi məzmunlu yuxular cinsi istəklərin uzun müddət qarşılanmamasından qaynaqlana bilər. Cinsi məzmunlu yuxular cəmiyyətdə yaxşı qarşılanmır və çətinliklər, dedi-qodulara işarə kimi yozulur: "Buna REM yuxusu deyilir. Yuxuların görüldüyü zaman təsirli molekullar arasında asetilkolin, dopamin, dimetiltriptamin və ya seks hormonları olaraq bilinən estrogen və testosteron var. Seks hormonlarının səviyyələri FSH və LH adlı molekullar tərəfindən nəzarət edilir. LH hormonu kişilərdə testosteron sintezini artırır. Yuxuların cinsi məzmunu və kişilərdə görülən cinsi orqan sərtləşməsi bu mexanizmlə meydana gəlir. Cinsi məzmunlu yuxular, ümumiyyətlə, cinsi istəklərin uzun müddət qarşılanmaması ilə bağlı görülə bilər".

Yuxuda boşalma nədir?

Gənc oğlanlarda, yeniyetmələrdə qeyri-iradi, insanın özündən asılı olmadan yuxuda boşalma vəziyyətlərinə tez-tez rast gəlinir. Çünki yetkinlik dövründə hormonların təsiriylə və cinsi fantaziyaların qurulmasıyla sperma çox yığılır və sperma kanalda gərginlik yaranır. Bu da penisi sərtləşdirir və spermanın boşaldılmasını tələb edir: "Bu cür boşalmalar zamanı bəzən yuxu da görülür və gənc oğlan oyananda yuxunu xatırlamaya bilər. Bu gənclərdə özündən nifrət etmə, yuxusuzluq, sinir böhranları, günahkarlıq duyğusu və ya narahatlıq yarana bilər. Əgər yuxunuzda cinsi əlaqəyə girdiyiniz adam sevgiliniz və ya həyat yoldaşınızdırsa, xəyallarınıza qovuşacağınıza əmin olun. Amma tanımadığınız bir adamla cinsi münasibət yaşayırsınızsa, bu vəziyyət etibarınızın sarsılacağına işarədir".

Maraqlı     Baxılıb: 5214   Tarix: 05 dekabr 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

Elm və təhsil sahəsində islahatları BAŞLANDI

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatla

.

Azərbaycanda elmin inkişafı ilə hansi qurum məşğul olacaq?

Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış Elm və Təhsil Nazirliyi məşğul olacaq. "Report"a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri il

.

Dünyanı dəyişən dörd elmi kəşf və Azərbaycan Prezidentinin fərmanı

Məlumdur ki, dünyanın dörd böyük kəşfinə kağızın ixtirası (2-ci əsr), kitab çapı (9-cu əsr), kompas (11-ci əsr) və barıt (12-ci əsr) aiddir. Bütün bu ixtiralar Çində edilmişdir, amma barıt ixtirasında birinciliyə Hindistand

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

turlar.az

sonxeber.az hamiləlik kosmetoloq geyim şəkilləri salatların hazırlanması vətən haqqında atalar sözləri gavalının faydaları pirojna reseptləri kosmetika novruz hakıştası bahar cinsi qoğalın nağlı novruz bayrami