Zəfəranın faydaları
Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda yetişdirilən zəfəran bir çox dərdin dərmanıdır.
Zəfəran bədənin müqavimətini artırır, qoxusu sakitləşdirici təsirə malikdir, sinir zəifliyini aradan qaldırır, damaqdakı ağrıları azaldır, dişləri qüvvətləndirir.
Soyuqdəymədə yaxşı təsir göstərir, öskürəyi kəsir, hərarəti aşağı salır.
Zəfəran qaraciyər, öd, ürək, göz xəstəlikləri zamanı da yaxşı təsir göstərir.
İstifadəsi:
Göz xəstəliklərinin müalicəsində: 5 qurudulmuş zəfəran telinin üzərinə 2 xörək qaşığı qaynar su əlavə edilib, dəmlənir. Bir neçə dəqiqədən sonra təmiz pambığı alınmış məlhəmə batırıb səhər və axşam gözləri silirlər. Gözlər ilk gün 3, 2-ci gün 5, 3-cü gün 7, 4-cü gün isə 10 dəfə silinir. Həticədə gözlərin görmə qabiliyyəti yaxşılaşır.
Digər göz xəstəliklərində 5 tel qurudulmuş zəfəran toz halına salınır. Sonra bərabər miqdarda gülab əlavə edilir. Hazırlanmış məlhəmi gözə çəkdikdən sonra gözdə əmələ gələn bütün xəstəliklər sağalır.
Yaddaşı möhkəmləndirmək üçün qızıləhməd almasının içərisini oyub, içərisinə bir neçə zəfəran teli qoymaq lazımdır. 24 saatdan sonra hər 3 saatdan bir iylədikdə beyin qidalanır, baş ağrıları kəsir, əhval-ruhiyyə yaxşılaşır və yaddaş möhkəmlənir.
Böyrək daşı xəstəliklərində 50 ədəd zəfəranı əzib toz halına salır və 100 qram təmiz balla yaxşıca qarışdırırlar. Səhər və ya axşam bir çay qaşığı qəbul edilir.
Çibanların üzərinə yumurta sarısı ilə qarışdırılmış zəfəran məlhəmi qoymaq yaxşı təsir göstərir.
f Paylaş