Zəncəfil dəmləməsinin faydaları

Zəncəfil dəmləməsinin faydalarıRütubətli tropik meşələrdə bitən zəncəfil hind və asiya mətbəxlərində ən populyar inqrediyentdir. Şəfalı xassələrə malik olan bu bitki uzun əsrlərdir ki, müalicəvi məqsədlərlə də istifadə edilir. Zəncəfilin tərkibində sağlamlıq üçün faydalı olan çoxsaylı maddələr var. Onlar ağrını yüngülıəşdirir, həzm sisteminin işini yaxşılaşdırır, ürək bulanmanı aradan qaldırır və yaddaşı gücləndirir.
Zəncəfilin ən çox istifadə olunan hissəsi köküdür. Çünki zəngin faydalı xassələri məhz buradadır. Onu təzə, üyüdülmüş, qurudulmuş ədviyyat və ya yağ kimi istifadə etmək olar.
Milli.Az sizə mütəmadi olaraq zəncəfil istifadə etmək üçün 8 səbəbi təqdim edir.
Zəncəfil ağrını yüngülləşdirir
Corciya Universitetində aparılan tədqiqatların nəticələrinə görə, hər gün müəyyən miqdarda zəncəfil istifadəsiəzələlərdə ağrını 25% yüngülləşdirir. Üstəlik, bu gözəl bitki kökü menstrual tsiklin zamanı ağrını sakitləşdirir.
Zəncəfil xolesterin səviyyəsini azaldır
45 gün ərzində davam edən və xolesterin səviyyəsinin yüksək olduğu 85 nəfərin iştirak etdiyi daha bir araşdırmada məlum olub ki, hər gün 3 qram toz zəncəfil istifadəsi qanda xolesterinin səviyyəsini xeyli aşağı salır. Bundan başqa, tədqiqatçılar ehtimal edirlər ki, bu, ürək-damar xəstəlikləri riskini də azalda bilər.
Zəncəfil həzmi yaxşılaşdırır
Zəncəfildə mədə-bağırsaqda yaranmış qıcığı aradan qaldıran fenol birləşmələri var. Bundan başqa, onlar tüpürcək istehsalını artırır və beləliklə, yediklərimizin bağırsaqlara düşməsini asanlaşdırır. 24 sağlam insanın iştirak etdiyi tədqiqat göstərib ki, yeməkdən qabaq 1,2 qram zəncəfil tozu istehlakı mədə boşaldılmasını sürətləndirir, bununla mədə pozğunluğu problemi 50% azalır. Çinlilər zəncəfili mədə və qarın ağrılarında, ishalda, soyuqlamada və revmatizm xəstəliklərində istifadə edirlər.
Zəncəfil iltihabla mübarizə aparır
Osteoartroz oynaqlarda şiddətli ağrılar yaradan xəstəlikdir. Bu yaxınlarda oynaq ağrılarından əziyyət çəkən 247 nəfərin iştirak etdiyi araşdırmada məlum olub ki, zəncəfildən istifadə insanların dərmanlara daha az ehtiyacı olub, bu isə ağrını xeyli azalıb.
Zəncəfil beyin funksiyasını yaxşılaşdırır
Stress və xroniki iltihab qocalmanı xeyli sürətləndirir, onlar çoxsaylı yaş koqnitivlərinin pozulmasına gətirib çıxarır. Məsələn, altsqeymer xəstəliyi kimi. Araşdırmalar göstərib ki, zəncəfilin tərkibindəki antioksidantlar və bioloji aktiv birləşmələr baş beynində olan iltihablara qarşı güclü reaksiya göstərir.
Orta yaşlı 60 qadının üzərində aparılan bir araşdırma göstərib ki, zəncəfil ekstraktı yaddaşı yaxşılaşdırır. Bu isə o deməkdir ki, beyin sağlamlığına müxtəlif üsullarla kömək edir.
Zəncəfil ürəkbulanmanı aradan qaldırır
Zəncəfilli çay içmək və ya çiy zəncəfil yemək ürəkbulanma üçün effektiv vasitədir. Xüsusilə də xərçəngin müalicəsində, hamiləlik və səhərlər ürəkbulanmanı aradan qaldırır. 1278 hamilə qadının iştirak etdiyi 12 araşdırmanın nəticələrinə görə, 1,1 və 1,5 qram zəncəfil ürəkbulanmanı xeyli azaldır.
Zəncəfil ürək xəstəlikləri riskini azaldır
Qanda şəkərin səviyyəsinin yüksək olması ürək-damar xəstəlikləri riskinin əsas amilidir. 2-ci tip şəkərli diabetli xəstələrin iştirak etdiyi araşdırma isə göstərib ki, hər gün 2 qram toz zəncəfil istifadəsi ürək xəstəlikləri riskini və qanda şəkərin səviyyəsini ən azı 10% aşağı salır.
Zəncəfil anti-xərçəng xüsusiyyətlərə malikdir
Zəncəfilin tərkibində xərçəngin potensial alternativ müalicə metodu kimi çoxsaylı tədqiqatların predmeti olan gingerol maddəsi var. Bir araşdırma göstərib ki, gündəlik 2 qram zəncəfil cövhəri istifadəsi yoğun bağırsaqda iltihab proseslərini azaldır və çürüməsinin qarşısını alır.
Soyuqdəymənin müalicəsində faydalıdır
Soyuqdəymənin yaxınlaşdığını hiss edərkən zəncəfilli çay dəmləmək faydalıdır. Zəncəfilin tərkibində virus əleyhinə komponentlər və infeksiya ilə mübarizədə yardım edən efir yağları var. Aparılan araşdırmalarda zəncəfil cövhəri qəbul edənlər bildiriblər ki, qəbulun səhəri günü özlərini gümrah və güclü hiss ediblər. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 725   Tarix: 26 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Kartof əvəzinə bu tərəzdən istifadə edin - 70 dəfə daha faydalıdır

Kərəviz də kartof kimi kök tərəvəzdir. Tərkibində çoxlu mineral olan kərəvizi kartof əvəzinə istifadə etmək olar.   -a istinadən xəbər verir ki, xüsusilə karbonhidratdan uzaq durmaq istəyənlər, pəhriz saxlayanlar yemək v

.

Bu davranışlar ciddi xəstəliyə səbəb ola bilər

Əksər insanlar üçün adi görünən bəzi davranışlar obsesif-kompulsiv pozğunluqdan (OKB) əziyyət çəkən insanlar üçün ciddi problem hesab olunur. Başqa sözlə desək, OKB olan insanlar istər-istəməz təkrarlanan düşüncələri və b

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Saç tökülməsinin qarşısını alan 3 əsas qida

Araşdırmalara görə, 3 məşhur vitamin və mineral saç tökülməsinin qarşısını almağa kömək edə bilər. -a istinadən xəbər verir ki, saç tökülməsi tez-tez stress və ya hormonal dəyişikliklər nəticəsində yaranan ümumi bir problemdir

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   -a istinadən xəbər verir ki, psixoloqlar əlaqənizi yaxşı vəziyyətdə saxlamağınıza kömək edəcək əsas aspektlər

.

Mədə divarını necə bərpa edək? – Bunları için

Həzm orqanlarının selikli qişasını bərpa etmək, qastrit və xoraları dərmansız sağaltmaq üçün 2 vasitə var.   -a istinadən xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva ən təbii vasitələri açıqlayıb:. "Həzm orqanlarını

.

Hansı çaylar arıqlamağa kömək edir?

Çay sakitləşdirici xüsusiyyətə malikdir. Çayın bəzi növləri maddələr mübadiləsini dəstəkləyərək çəkiyə nəzarətdə potensial rolu ilə tanınır. .   -a istinadən bildirir ki, zəncəfil çayı, gingerol kimi bioaktiv birləşmələrl

.

30 dəqiqədən artıq telefonla danışmaq

Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir. -a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:

turlar.az

sonxeber.az həkim məsləhəti sac duzumleri qaşların formalari hiperaktiv usaqlarin mualicesi hakista xina yaxdi sac düzümləri elm haqqinda atalar sozleri kosmetika ariqla nizami gəncəvi rus dilin nece orenek dolça vətən haqqında bayatı