Zöhrə Abdullayeva verlişdə çətin vəziyyətdə qaldı: Ətəyi qalxıb... - VİDEO - FOTOLAR

Əməkdar artist Zöhrə Abdullayevanın başına iş gəlib.

Xanim.az xəbər verir ki, bu haqda xanım sənətçi ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişində danışıb:

"Mənim də geyimimdən yazıblar. Çox ayıb olsun o insanlara. Allaha həvalə eləmişəm o şəkilimi İnstaqram-a yükləyəni. Deməli, mən qonşu kanalların birində uzun geyinmişəm. Reklam ərəfəsində "padklatka" deyilən bir şey var, o qalxıb bir az, mini olub. Mən də fikrə getmişəm. Paparassi qız məni çəkir o an. Yoxsa mən çəkərdim də ətəyin aşağı. Əşi... buna görə məni İnstaqram-da yıxıb-sürüyüblər e... , lütlənməmişəmki! Bir az dizimə qalxıb. Əli (Mirəliyev), bir yaraşıqlı düşmüşəm ki orada (gülür). İnstaqram-da haqqımda nələr yazıblar. Sizin də evdə ananız, bacınız, gəlininiz var. Siz nə bilirsiniz ki, onlar evdə necə geyinib, küçəyə çıxanda evdə bir cür, bayırda bir cür... Bir baxın onlara, sonra mənim haqqımda yazın. Mən illərin sənətkarıyam. Onu ora qoyandadır günah. Son vaxtlar mənə qarşı aqressivlik var".

Zöhrə Abdullayeva verlişdə çətin vəziyyətdə qaldı: Ətəyi qalxıb... - VİDEO - FOTOLARZöhrə Abdullayeva verlişdə çətin vəziyyətdə qaldı: Ətəyi qalxıb... - VİDEO - FOTOLARZöhrə Abdullayeva verlişdə çətin vəziyyətdə qaldı: Ətəyi qalxıb... - VİDEO - FOTOLAR

Xəbərlər   Baxılıb: 613   Tarix: 07 dekabr 2017  
f Paylaş




DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti