Zorlanan müəllimənin ailəsi: "Nazirlik dedi ki, yenidən o kəndə qayıt və..."

Zorlanan müəllimənin ailəsi: "Nazirlik dedi ki, yenidən o kəndə qayıt və..."Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində oğurlanan və cinsi təcavüzə məruz qalan müəllim işini itirib.

Xanim.az xəbər verir ki, məlum olaydan sonra həmin kənddə işləmək istəməyən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva (ad və soyad şərtidir) Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. O, başqa məktəblərdə də ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq nazirlikdən doğulduğu rayonda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib.

S.Vəliyevanın ailəsindən lent.az-a bildirilib ki, Təhsil Nazirliyindən 23 yaşlı Saraya yenidən hadisənin baş verdiyi kəndə qayıdıb işləmək təklif edilib: "Onun iş yerinin dəyişdirilməsinə gəlincə, dedilər ki, yenidən imtahan verməlidir. Halbuki hadisədən bir il əvvəl imtahan yolu ilə işə qəbul edilmişdi və məhz Təhsil Nazirliyinin göndərişi əsasında Ağsunun Nuran kəndinə kimya müəllimi kimi göndərilmişdi, orda kirayə yaşayırdı. Buna baxmayaraq, bizə heç cür kömək etmədilər. Məcbur qalıb qız işdən çıxmaqla bağlı ərizə yazdı".

Təcavüzə məruz qalmış müəllimin ailəsi daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovaya müraciət edib. Hicran Hüseynovanın köməkliyi ilə o, regionlardakı mərkəzlərdən birində işlə təmin edilib. Lakin həmin iş də müvəqqətidir. Belə ki, S.Vəliyeva analıq məzuniyyətinə çıxmış qadının yerinə müvəqqəti işə götürülüb.

S.Vəliyevanın ailəsindən bildirildi ki, onlar qızın işsiz qalmasını istəmirlər: "Biz onun psixoloji vəziyyətini düşünüb işsiz qalmasını istəmirik. Çünki çox böyük mənəvi-psixoloji zədə alıb".

Qeyd edək ki, keçən ilin aprel ayının 19-da Ağsu rayon Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyeva Nüydü kənd sakini olan 4 nəfər tərəfindən zorla maşına mindirilərək qaçırılıb. Səhər saatlarında müəllimə dərsə gədərkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla maşına mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Məlum olub ki, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar

Hadisəni törətmiş 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu daha sonra tutulub. Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu", müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.

Xəbərlər     Baxılıb: 2148   Tarix: 25 aprel 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gündə 50 qram halva yeməyin faydaları

Halva gündə 50 qramdan çox olmamaq şərti ilə ürək və bağırsaqlar üçün faydalıdır,. "unikal"a istinadən xəbər verir ki, zülallar, vitaminlər və minerallarla (kalsium, dəmir və maqnezium) zəngin olan halva qığırdaq

.

"Qadının kök və piyli olması faydalıdır" - Professor

Türkiyəli həkim, professor Oytun Erbaş maraqlı açıqlaması ilə diqqət çəkib. -a istinadən bildirir ki, doktor dərialtı piylərin sağlamlığa xidmət etdiyini bildirib. "Dərialtı piylər beyninizi, ürəyinizi sağlam saxlayar

.

Yeməkdən sonra yatmaq arıqlamağa necə təsir edir?

Yuxunun normal beyin funksiyasını bərpa etdiyi məlumdur və bunun da arıqlamaq prosesi ilə birbaşa əlaqəli olduğu ortaya çıxır. -a istinadən xəbər verir ki, araşdırmalara görə, yaxşı yuxu arıqlamağa inanılmaz təsir göstərir

.

Yuxusuzluğun beş əsas səbəbi

Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər. .   -a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssis Mayk Koçiş deyib. Koçiş yuxu problemlərinin beş səbəbini açıqlayıb. Onun sözlərinə görə, yuxu pozğunluğunu dah

.

Oruclu insan niyə daha sağlam olur?

Oruc tutmaq hər bir müsəlmanın vacib ibadətlərindən biridir. Lakin oruc həm də fiziki-ruhi sağlamlıq üçün çox əhəmiyyətlidir. qafqazinfo-ya istinadən xəbər verir ki, oruc zamanı orqanizmdə hüceyrə yenilənməsi baş verir və toksinlə

.

İçdiyimiz sudakı bu maddə xərçəng yaradır - Şok araşdırma

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. -a istinadən xəbər verir ki, tədqiqat "Science of The Total Environment"

.

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanı

.

"Zelyonka" və yod ləkələrindən qurtulmağın sadə yolları

Dəridəki yod və "zelyonka" ləkələrindən xilas olmaq sadə, eləcə də təsirli proses ola bilər. Bu antiseptiklərdən olan ləkələr adətən 24 saat ərzində öz-özünə yox olur. Lakin onları çıxarmaq üçün səbirsizsinizsə

.

İmsakda bunları yemək ziyanlıdır

Ramazan ayında istehlak edilən qidalara diqqət etmək lazımdır. Qida qəbulu gün ərzində baş vermədiyi üçün imsak vaxtı yediyimiz qidaların müəyyən tarazlıqda olması lazımdır. Bəzi qidaların qəbulu toxluq hissinin azalmasın

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim və ayaqqabılar qadin dunyasi praktik geyimlər aybasi kakao kosmetika sağlamlığın sirleri hamilelik vətən həsrətinə aid bayatılar qaynana tanisliq