Aynişan "O Səs Türkiyə"dəki azəri oyununu AŞKARA ÇIXARDI: "Bizi balaca otağa salıb..."

Aynişan "O Səs Türkiyə"dəki azəri oyununu AŞKARA ÇIXARDI: "Bizi balaca otağa salıb...""Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımovanın qızı, ötən mövsüm "O Ses Türkiyə" yarışmasının iştirakçılarından biri olan Aynişan Quliyeva bu mahnı müsabiqəsindən bir neçə azərbaycanlı iştirakçının eyni anda uzaqlaşdırılmasına laqeyd qala bilməyib.
Publika.az xəbər verir ki, bir vaxtlar müğənniliklə məşğul olan A.Quliyeva azərbaycanlıların müsabiqədən uzaqlaşdırılması barədə geniş status yazıb. Aynişanın #osesturkiye həştəqi ilə paylaşdığı statusu olduğu kimi təqdim edirik:
"İndi isə gərçəkləri bir də məndən eşidin. Ötən il sözügedən müsabiqəyə qatıldığımda ilk tur çox səs-küyə səbəb oldu. 4 videom 1 həftə ərzində 1 milyon izlənməyə çatan kimi "Youtube"-dan silindi. Mən o zaman şübhələnmişdim. Çünki öz türk iştirakçılarının videosu mənimkindən də çox izləndiyi halda silinməmişdi. Sonra ikinci dəfə səhnəyə çıxma şansı vermədən balaca otaqda bizi yarışmadan uzaqlaşdırdılar. İlk turdan keçməyimizin bir mənası qalmamışdı. Çünki mahnı və səhnə yox idi. Orada məndən qat-qat güclü ifaçılar və bu yarışmanın mənim üçün sadəcə bir əyləncə olduğu üçün heç nə demədim. Sadəcə təşəkkür etdim. Amma builki hərəkətləri heç bir vicdana sığmır.
Mən Zülfü Əsədzadə ilə bərabər yarışmanın ikinci, yəni qapalı keçirilən turuna qatıldım. Bizə Zülfü, İlham, Gülşən, daha bir azərbaycanlı xanım və iki türkün bir qrupa düşdüyünü dedilər. Bunun bir qurma olduğunu dərhal anladıq. Mənə hərdən elə gəlir ki, gizli otaq "ələmə"sini məhz azərbaycanlıları uzaqlaşdırmaq üçün yaradıblar. Çünki dünyada yayımlanan heç bir "The Voice" yarışmasında bu qanun yoxdur. Bu, qeyri-qanunidir! Elnur qalib olandan sonra bu uzaqlaşdırma turuna başladılar. Gökhan və Hakan qardaşları 4 azərbaycanlı iştirakçını yarışmadan kənarlaşdırdı. Halbuki bu il məhz bu azərbaycanlılardan üçü o yarışmada furor etmişdi. Bu iştirakçıların səhnədə necə möhtəşəm çıxış edəcəyini bilib və üzə düşüb turlardan keçirtmək məcburiyyəti olacaq. SMS səsverməsinə gəlib çatsa, azərbaycanlılar onları birinci edəcəklər! Məncə səbəb budur. Bizi artıq o yarışmada istəmirlər. Uşaqların ifasının möhtəşəmliyini heç kim görməsin deyə otaqda oxuduqlarını da yayınlamayacaqlar. Əziz xalqımız bizim uşaqlar son dərəcə möhtəşəm ifa göstərib və uzaqlaşdırılıb! Güclü olaraq oranı tərk ediblər! Var olsun, istedadlarımız!".
Xatırladaq ki, əməkdar artist Aybəniz Haşımova azərbaycanlı iştirakçıların ikinci turdan keçə bilməməsində jurnalistləri günahlandırmışdı. O, müsabiqə ilə bağlı tənqidi yazıların ikinci mərhələnin gedişatına təsir etdiyini bildirmişdi.

Xəbərlər     Baxılıb: 3202   Tarix: 10 yanvar 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Uşaqlar niyə valideynlərini eşitmirlər? - 3 əsas səbəb

Bir çox valideynlər uşaqların itaətsizliyi və anlaşılmazlığı problemi ilə üzləşir. Buna məhəl qoyulmasa, hər şey daha da pisləşəcək.   -a istinadən xəbər verir ki, uşağın itaətsizliyinin səbəbini düzgün müəyyən etsəniz, hərəkətləriniz

.

Yerkökü və qaragilə görməni yaxşılaşdırır?

Araşdırmalara görə, yerkökü və qaragilə görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir.   -a istinadən bildirir ki, oftalmoloq Vyaçeslav Kurenkovun fikrincə, heç bir məhsul görmə kəskinliyinə təsir edə bilməz. Onun sözlərin

.

Yuxusuzluğa səbəb olan QİDALAR

Araşdırmalara görə, yuxusuzluğun səbəbi pəhrizinizin nəzərə almadığınız digər aspektləri ola bilər. .   -a istinadən xəbər verir ki, yatmazdan əvvəl bəzi qidalardan uzaq durmaq lazımdır. Ədviyyatlı ərzaq. Yatmamışdan qaba

.

Ət alanda bunlara DİQQƏT EDİN

Mütəxəssislər bazardan ət alarkən nələrə diqqət etməli olduğunu açıqlayıblar. -a istinadən bildirir ki, bazardan ət alarkən satıcıların malların təzəliyi ilə bağlı verdiyi zəmanətlərə etibar etməməlisiniz. Satıcıların ə

.

İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var

Çox vaxt insanlar məsuliyyətlə işi seçir və uzun illər orada qalırlar. Amma bir qrup insan var ki, fəaliyyət sahələrini aktiv şəkildə dəyişirlər. Belə qeyri-sabitliyin səbəbi nə ola bilər?.   -a istinadən bunun səbəblərin

.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur

.

Pişiyin xəstə olduğunu necə başa düşmək olar? - Burnuna toxunmayın

Bir çox pişik sahibləri ev heyvanlarının quru və isti burnundan narahatdırlar. Əslində, bu, şübhəli bir əlamətdir, çünki heyvanlar yuxuda olduqda, burunları tez-tez quruyur. Bundan əlavə, evdə rütubətin səviyyəsini nəzər

.

Kimlərə portağal yemək olmaz?

Portağal son dərəcə sağlam qidadır, lakin bəzi insanlar bu meyvəni yeməməlidir. -a istinadən xəbər verir ki, endokrinoloq Elena Syuraşkinanın fikrincə, mədə və bağırsaq xəstəlikləri olan şəxslər portağal istehlak etməməlidir

.

Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?

Həyatın müasir ritmi həmişə qida qəbuluna, xüsusilə səhər yeməyinə lazımi diqqət yetirməyə imkan vermir. Bir çoxumuz səhər yeməyini atlayırıq və ya yolda yeyirik. Ancaq bu yanaşmanın sağlamlığımız və çəkimiz üçün mənfi nəticələr

turlar.az

sonxeber.az adlarin menasi aksessuarlar geyim şəkilləri encir murebbesi aloy gulunun faydasi hakışdalar qara tutun faydalari kosmetika gunay seksual baldiza aid hakisda tərəzi bürcü vusale elizade