Bahalı prosedurlara son! Bu bitki ilə ən ağır xəstəliklər sağalır, dəri 10 yaş gəncləşır, hətta asanlıqa arıqladır...

Bahalı prosedurlara son! Bu bitki ilə ən ağır xəstəliklər sağalır, dəri 10 yaş gəncləşır, hətta asanlıqa arıqladır...Qadin.az-ın xüsusi araşdırmaları nəticəsində məlum olub ki, aloenin tərkibində 200-dən artıq bioloji aktiv maddələr var - vitaminlər, mikroelementlər, aminturşular, fitonsidlər, fermentlər və s.
Aloe (əzvay) (bu bitkini "aloe vera" da adlandırırlar) güclü yarasağaldan təsirinə malikdir. Dəridə olan yaraları bu bitkinin köməyi ilə tez bir zamanda sağaldmaq mümkündür. Bunun üçün bitkinin ən qalın yarpaqları (onlar aşağıda yerləşir) istifadə olunur. Yarpaq yuyulur, üzərində olan nazik pərdə soyulur və yarpaq yaranın üzərinə qoyulur.
Aloe yarpağı həmçinin yanıqların sağalmasını sürətləndirir, ağsızlaşdıran, mikrob və iltihabəleyhinə təsirinə malikdir. Sübut olunub ki, aloe bitkisi stafilokokklar, streptokokkları, göbələkləri məhv edir.

Aloe şirəsi ilə bal həm də yüksək immunitet stimullaşdırıcı təsirinə malikdir. Soyuq fəsillərdə bu sadə vasitə sizi respirator xəstəliklərdən qoruyacaq.
Aloe şirəsini həmçinin rinit (zökəm) zamanı buruna damızdırmaq olar. Boğaz ağrısı, tonzillit (angina), stomatit (ağız boşluğu iltihabı) zamanı aloye şirəsi ilə qarqara çox yaxşı müalicəvi təsir edir.
Aloe şirəsinin güclü işlədici təsiri var. Qəbizlikdən əziyyət çəkən insanlar aloe şirəsini müalicəvi vasitə kimi istifadə edə bilərlər.
Aloe kosmetologiyada da geniş istifadə olunur. Bu bitkinin şirəsi üz dərisinin müxtəlif problemlərlə (civzələr, irinliklər və s.) mübarizədə yaxşı kömək edir. Aloe şirəsi müxtəlif təmizləyici və ağardıcı kosmetik maskalara daxildir. Ev şəraitində bu kimi təmizləyici maskanı hazırlamaq olar: 2 xörək qaşığı mavi gil + 2 xörək qaşığı su + 2 xörək qaşığı aloe şirəsi, yaxşı qarışdırın və üzünüzə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
Problemli dəri üçün bu kimi losyon da hazırlamaq olar. İri aloe yarpağı soyulur, blenderdən keçirilir və üzərinə 50 qr tibbi spirt əlavə olunur. 1 gün keçdikdən sonra məhlul bir neçə qat tənzifdən yaxşı süzülür. Losyonu yalnız problemli yerlərə çəkin. İlk dəfə losyonu (və həmçinin maskanı) dərinin kiçik hissəsində yoxlayın, qazırtı və s. allergik reaksiya olmazsa, istifadə edə bilərsiniz.
Aloe şirəsi həmçinin dəriyə cavanlaşdırıcı təsir edir, dərinin "karkası" olan kollaqen liflərinin bərpasına kömək edir. Bu səbəbdən aloe şirəsi bir çox anti-age ("yaş əleyhinə") vasitələrin tərkibinə daxil edilir. Ev şəraitində aloe şirəsini cavanlaşdırıcı maskaların tərkibində istifadə etmək olar. Məsələn, 2 xörək qaşığı xama, 5 damcı vitamin A (apteklərdə satılır), 2 xörək qaşığı aloe şirəsi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və dəriyə qidalandırıcı krem çəkin.
Aşağıda göstərilən xəstəliklərdə də Əzvay bitkisinin rolu böyükdür.
Astma: Balzam hazırlamaq üçün 250 q əzvay, 0,5 l şirin qırmızı çaxır, 350 q xarlanmamış bal götürürlər. Əzvayın yarpaqlarını qırmamışdan əvvəl bitkini 1 həftə sulamırlar. Kəsilmiş yarpaqların tozunu silmək lazımdır (yumaq olmaz), xırldalayıb şüşəli qaba tökmək, üzərinə çaxır və bal əlavə еtmək lazımdır. Yaxşı qarışdırmaq və doqquz gün sərin yеrdə saxlayandan sonra cövhərini almaq sonra süzərək sıxmaq lazımdır. Bronxial astmaya qarşı işlənir. İlk 2 gün ərzində 1 xörək qaşığı gündə 3 dəfə yеməkdən 30 dəqiqə əvvəl qəbul еdirlər.
Bronxit: 3-5 illik əzvayın yarpaqlarını kəsərək, 4-8 dərəcə tеmpеraturda qaranlıq yеrdə 2 həftə saxlayırlar. Sonra şirəsindən ½ stəkan sıxaraq ona 500 q xırdalanmış qoz və 300 q bal qatmaq lazımdır. Bronxitə qarşı gündə 3 dəfə yеməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul еdirlər.
Mozol: Əzvay yarpağının birini uzununa kəsərək və mazolun üzərinə qoyaraq bir gеcə komprеs şəklində saxlayırlar. Səhəri mozolu bıçağın küt tərəfi ilə qazıyaraq üzərinə vazеlin çəkmək lazımdır. Bu prosеduru mozol yox olunca davam еdirlər.
Sətəlcəm-300 q bal, ½ stəkan su və xırda kəsilmiş əzvay yarpaqlarını çox mülayim odda 2 saat qaynatmaq, sonra soyutmaq və qarışdırmaq lazımdır. Sərin yеrdə saxlamaqla gündə 3 dəfə 1 xörək qaşığı qəbul еtmək lazımdır.

Maraqlı faktlardan biri də odur ki, bu bitki haqqında 2005-ci ildə film çəkilib. 9,5 dəq olan bu qısametrajlı sənədli televiziya filminin ssenari müəllifi Camal Yusifzadədir. Filmdə tibb dilində "Aloe", xalq arasında "Əzvay" adlanan çox qiymətli bitki haqqında söhbət açılır. Bir çox xəstəliklərin dərmanı kimi istifadə edilən bitkini Azərbaycanda əsasən Nəbatət bağında yetişdirirlər. Bu baxımdan film Bakıda Nəbatət bağında çəkilib.

Biz Əzvayın bütün xüsusiyyətlərini deyil, bir qisim xeyirli cəhətlərini sadaladıq. Bitkinin isə yüzlərlə faydalı xüsusiyyətləri var.

Gözəllik və Moda     Baxılıb: 5167   Tarix: 08 sentyabr 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

turlar.az

sonxeber.az qaşların formalari yemek reseptleri geyim şəkilləri geyimler 2024 boyun osteoxondrozu laylalar arıqlama pəhriz kosmetika bürcler gözellik hekaye janri rus dilin nece orenek gozde olar