BDU-da Jurnalistikanın 13 tələbəsi imtahandan kəsildi - "Səs yazısına görə..."

BDU-da Jurnalistikanın 13 tələbəsi imtahandan kəsildi - "Səs yazısına görə..."Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid dolu mesajlarının səs yazısının yayılmasından sonra 13 tələbə imtahandan kəsilib.
Qadinsayti.az xəbər verir ki, bu barədə tələbələr məlumat verib. Onlar bildirib ki, Jurnalistika fakültəsində Politologiya fənnindən keçirilən imtahan zamanı bir qrupun 13 tələbəsi aşağı bal alıb.

Tələbələr bunun dekanlığın həmləsi olduğunu iddia edir: "28 nəfərlik qrupdan 13 nəfər eyni vaxtda imtahandan kəsilib. Halbuki uşaqların hamısı imtahana 40-45 balla girib. Bu qədər balı olan tələbələrə imtahanda 10-12 bal yazılıb. Belə bir şey necə mümkündür ki?

Bundan başqa, imtahandan 14 nəfər kəsilsəydi, yenidən keçirilməli idi. Bilərək 13 nəfəri kəsiblər ki, təkrar imtahan keçirilməsin. Tələbələr növbəti semestrdə əziyyət çəksinlər. Səs yazısı mətbuata ötürüldüyü üçün bizdən acıq çıxırlar. Bizə mesaj vermək istəyirlər ki, başınıza oyun açarıq. Kəsrlərin politologiya fənnində olması da mesajın bir hissəsidir. Hamısı düşünülüb".

Məsələ ilə bağlı fakültənin dekanı Cahangir Məmmədlinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab vermədi.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məsələnin araşdırılmalı olduğunu deyib: "Politologiya qeyri-ixtisas fənnidir. Həmin imtahanın cavablarını yoxlayanlar da başqa fakültənin müəllimləridir. Bu fənnin Jurnalistika fakültəsinin müəllimləri, dekanlığı ilə bir əlaqəsi yoxdur. Tələbələr özləri də bunu yaxşı bilir. Ona görə kəsilmənin məlum hadisəylə hansısa bağlılığını və ya bilərəkdən edildiyini düşünmürəm. Lakin araşdırıldıqdan sonra geniş açıqlama vermək olar".

mənbə: bakipost.az

Xəbərlər     Baxılıb: 1363   Tarix: 25 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Təbii üsulla göz xəstəliklərini necə müalicə etmək olar?

Bütün xəstəliklərin dərmanı təbiətdə gizlidir. Məsələn, aloe bitkisi faydalı xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin, o cümlədən göz zəifliyinin dərmanıdır. axşam.az-a istinadən bildirir ki, hər gün kompüterdən v

.

Müxtəlif yemək çeşidlərinin verdiyi fəsadlardan necə qorunaq? - AÇIQLAMA

"50 yaşdan yuxarı insanlar balıq yeməlidirlər, çünki bu yaşda bədənin əzələ kütləsini və gücünü saxlamaq üçün daha çox proteinə ehtiyacı var". Bu barədə -a Tibet təbabəti üzrə menecer Günay Seyfullayeva Novruz Bayram

.

Üzünüzü qazlı su ilə yuyun, görün nə baş verəcək

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

Cücərmiş kartofu atmayın – Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Mİlli.Az " "a istinadən xəbər verir ki

.

Cavan dərinin bir nömrəli sirri

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

Kimlər mütləq kəsmik yeməlidir?

Kəsmik, mezofil laktik turşu bakteriyalarının təsiri altında həyata keçirilən laxtalanma adlanan prosesdə südün təbii və ya süni fermentasiyası məhsulunun bərk hissəsidir. Süd törəməsi olmasına baxmayaraq, laktoza dözümsüzlüy

.

Təzyiqiniz bu qədər olduqda dərman İÇMƏYİN – Həkim AÇIQLADI

Həkim Elena Malışeva təzyiqi azaltmaq üçün spirtdən imtina etməyi tövsiyə edib. -a istinadən xəbər verir ki, o bu mövzuda "YouTube" kanalında yer alan videoda danışıb. "Təzyiqiniz 130-dan 140-a, 80-dən 90-

.

Yeməkdən sonra yatmaq arıqlamağa necə təsir edir?

Yuxunun normal beyin funksiyasını bərpa etdiyi məlumdur və bunun da arıqlamaq prosesi ilə birbaşa əlaqəli olduğu ortaya çıxır. -a istinadən xəbər verir ki, araşdırmalara görə, yaxşı yuxu arıqlamağa inanılmaz təsir göstərir

turlar.az

sonxeber.az adlarin menasi gelinlikler qadin sayti baliq yagi kabab reseptləri küftələr encir murebbesi kosmetika faydalı bilgilər penis namiq qaraçuxurlu terezi toy gecesi