Bu sabunların dəriyə bilmədiyiniz bitib-tükənməyən faydaları...

Bu sabunların dəriyə bilmədiyiniz bitib-tükənməyən faydaları...Dərinizdə yaranan yağlanma, sızanaq problemi, qırışlar və dəri sallanmalarına qarşı təbii sabundan istifadə edə bilərsiniz. Çox qədim zamanlardan istifadə edilən bu təbii sabunları artıq kimyəvi tərkibli qoxulu sabunlar əvəzlədiyi üçün çoxumuz təbii sabunların faydalarından xəbərsizik. Aile.lent.az təbii sabunların faydalarını sadalayır.

Gil sabunu dəriyə çox faydalıdır. Dərini toksinlərdən təmizləyir, qidalandırır, sıxlaşdırır. Qara nöqtə və sızanaq yaranmasının qarşısını alır.

Kükürdlü sabun dəridəki yağ balansını tənzimləyir. Özəlliklə yağlı dərisi olanlara məsləhət görülür. Ölü dərini təmizləyir, qüsursuzlaşdırır və sızanaqları qurudur.

Gül sabunu gül və gül yağı qədər faydalıdır. Çox qədim zamanlarda qadınların ən böyük gözəllik yardımçısı olub. Dəriyə işıltı verir, sızanaqları yox edir və dəridə olan izlərə qarşı çox təsirlidir.

Ərik sabunu nəmləndiricidir. Yağ balansını tənzimləyir. Yeni hüceyrə yaranmasını sürətləndirir və sızanaqların çıxmasını yavaşladır. Dərinin yaşlanmasının qarşısını alır.

Çobanyastığı sabunu dəri ləkələrinə və qaralmalarına qarşı məsləhətdir. Dərini dincəldir və sakitləşdirir. Eqzema və qaşıntını kəsir. Gözaltı torbalara qarşı da tövsiyə edilir. Sellülit müalicəsində istifadə edilə bilər.

Zeytun yağı sabunu dərini qüsursuzlaşdırır. Parıldadır, canlandırır. Eqzema, sızanaq və qara nöqtələrin qarşısını alır.

Lavanda sabunu dəriyə təbii parlaqlıq verir və dəri yanıqlarında, qara nöqtələrdə faydalıdır. Sızanaqları tez müalicə edir.

Arqan sabunu saç tökülmələrinə qarşı istifadə edilir. Fas sabunu kimi də tanınır.

Avokado sabunu dərinin nəm balansını tənzimləyir, güclü bir tonikdir. Köpüyü ilə dərinizə masaj edərək canlı bir görünüş qazana bilərsiniz.

Ballı mirvari tozu sabunu üz və bədən sıxlaşdırıcı kimi istifadə edilir, parıldatma özəlliyi də var.

Sarımsaq sabunu saç tökülməsi, kəpək və saç qırılmasına qarşı effektlidir.

Darçın sabunu ayaq və bədən tərləməsinə qarşı istifadə edilir. Alergik və həssas dərilər üçündür.

Vişnə sabunu qara nöqtə və sızanaq yaranmasının qarşısını alır. Pilinq effekti də var.

Zəncəfil sabunu allergiya, doğuş və makiyaj ləkələrində istifadə edilir.

Kök sabunu günəş ləkələri və çillər üçündür.

Hindqozu sabunu dəri iltihabına qarşı qoruyur. Oynaq, əzələ, revmatimz ağrılarında da effektlidir.

Kakao sabunu hamiləlik zamanı yaranan çatların getməsində effektlidir.

Qərənfil sabunu yaşlanmaya qarşı effektlidir. Yalnız 45 yaşdan yuxarı şəxslər istifadə edə bilər.

Kükürd sabunu 14, 17 yaşlarda yaşanan sızanaq problemi üçündür.

Kivi sabunu quru dərilər üçün idealdır.

Keçi südü sabunu dəri və üz ləkələrinin getməsi üçündür.

Limon sabunu yağlı dərilər üçün təmizləyicidir.

Manqo sabunu dəri göbələyinə qarşı istifadə edilir.

Melisa sabunu A vitaminli, dəri gözəlləşdirən sabundur.

Cəfəri sabunu saç tökümələrinə faydalıdır.

Gözəllik və Moda     Baxılıb: 5430   Tarix: 16 iyun 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

Qadın gözəlliyinin sirləri

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi? Bu yazıda ayrı-ayrı ölkələrin qadınlarının gözəllik sirlərini təqdim edirik. Avstraliya. Avstraliyalı qadınlarını gözəlliklərini

.

Kirpikləri daha effektli göstərən hiylə

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur. Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

turlar.az

sonxeber.az aksessuarlar kosmetika mehsullari qadin dunyasi dini geyimler sonsuzluq və onun müalicəsi bilik haqqinda atalar sozu qadin saytlari kosmetika kurtlar vadisi maraqlı haxista oxu az fitat