Çuğundurun bitib tükənməyən, bilmədiyiniz faydaları...

Çuğundurun bitib tükənməyən, bilmədiyiniz faydaları...Bildiyimiz çuğundurun bilmədiyimiz fadaları.Bu məqalədən sonra artıq çuğundura başqa gözlə baxacaqsınız!
Qadinsayti.az bildirir ki, tərkibində mineral duzlar, vitaminlər, üzvi turşular və zülalları parçalayan maddələr olan çuğundur insan orqanizmi üçün çox faydalıdır. Çuğundurun faydalarını saymaqla bitməz. Bu tərəvəz həzmi yaxşılaşdırır, mikrobları öldürür, ürəyin işini tənzimləyir, trombların yaranmasının qarşısını alır. Tərkibindəki maqnezium sayəsində təzyiqin aşağı salınmasına kömək edir. Qalxanabənzər vəzin xəstəliklərində faydalıdır. Tərkibi yodla zəngin olduğu üçün zobdan əziyyət çəkənlər üçün əvəzolunmaz dərmandır.

Çuğundurun tərkibi antioksidantlarla zəngindir, qırmızı çuğundura rəngini verən piqmentlər xərçəngə qarşı mübarizədə təsirlidir. A, B, C və P vitaminləri ilə zəngin olan bu tərəvəz qanazlığının dərmanıdır. Qanazlığından əziyyət çəkənlər bu tərəvəzi gündəlik menyularına daxil etməlidirlər. Salatlarda istifadə etmək çox yararlıdır. Bəzi ölkələrdə onu "qan meyvəsi" adlandırırlar. Bu da səbəbsiz deyil. Kök şirəsi ilə qarışdırılan çuğundur şirəsi qırmızı qan hüceyrələrinin sayını qısa zamanda çoxaldır.

Çuğundur eyni zamanda fosfor, dəmir, mis, maqnezium, kalsium, brom, sink və manqanla zəngin olub, immun sistemini gücləndirir. Xüsusilə, soyuq qış aylarında qırmızı çuğundurla qidalanmaq orqanizmin müqavimətini artırır. Çuğundur şirəsi təzyiqə qarşı da təsirlidir. Bir stəkan çuğundur şirəsi təzyiqi aşağı salır. Müntəzəm olaraq bu tərəvəzdən istifadə edən insanların təzyiqi nizamlanır.

Bu dəfə ki, yazımızda sizə çuğundurun faydaları haqqında məlumat vermək istərdik.

1.Çuğundur tam bir qaraciyər və damar dostudur.

2. Eyni zamanda sədəf və egzama xəstəliklərinə yaxşı təsir edir.

3.Bir stəkanı yüksək təzyiqə qarşı təsirlidir.

4.Çuğundur saç tökülməsinin qarşısını alır.

5. Damarları qoruyaraq, detoks proqramı çərçivəsində qaraciyəri işlətmək mövzusunda təsirlidir.

6. Qurd xəstəlikləri ilə əlaqədar yaranmış qaşıntının qarşısını alır.

7. Çuğundur A, B, C və P vitaminlərindən zəngindir. İştah açan, bəsləyici xüsusiyyəti vardır.

8. Çuğundur həzmi asanlaşdırır, qəbizliyi yox edər, mədə ağrısı və qıcqırma kimi problemlərini yox edər.

9. Çuğundurda çox əhəmiyyətli, xərçəng önləyici antioksidanlar var.

10. Qış aylarında çuğundurun istehlakı, bədənin müqavimətini artırır.

P.S. Qan azlığından əziyyət çəkənlərə belə bir resept vermək istəyirəm.
Qanazlığına qısa müddətdə kömək edən resept:
Çuğunduru təmiz yuyandan sonra soyuruq (soyduqdan sonra yumaq olmaz).İncə-incə doğradığımız çuğunduru əvvəlcədən yuduğumuz bir şüşə qaba lay -lay çuğundur,şəkər tozu əlavə edirik. Qabımız tam dolana kimi...Qapağını bağlayıb sərin yerdə saxlayırıq. 5-6 saata kimi suyunu buraxdığının şahidi olacaqsınız. Həmin suyu süzüb içirik. Prosedur 1 ay davam edir. 1 ay fasilə verdikdək sonra, yenidən təkrarlamaq olar.
Faydasını gördüyüm üçün sizinlə də bölüşmək istədim.

SaqlamHeyat.az

Sağlamlıq     Baxılıb: 6960   Tarix: 06 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Samirə Bağırova: "Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıye

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

turlar.az

sonxeber.az gozel gorunmek aksessuarlar yaz geyimleri 2024 mütləq bilməlisiniz hamilə qadın nə yeməli gavali murebbesi 2024 hicab geyimləri kosmetika qiz evi ucun qurd xəstəliklərinə qarşı mualicə gozde olar bayraq xərçəng bürcü