Dəhşətli ağrıların bir səbəbi - Boyun miqreni necə yaranır?

Dəhşətli ağrıların bir səbəbi - Boyun miqreni necə yaranır?Onurğanın boyun hissəsinin ətrafında yerləşən sinirlərin sıxılması ilə meydana çıxan xəstəlik Barre Leu sindromu adlanır.
Milli.Az xəbər verir ki, bu patologiya ilk dəfə keçən əsrdə aşkarlanıb və "boyun miqreni" adlandırılıb. Səbəbi isə ağrının miqren ağrısı kimi birtərəfli olmasıdır.
Boyun miqreni 1, 2 və 3-cü boyun fəqərələrinin zədələnməsi nəticəsində onurğa beyninin onurğa arteriyalarını sıxması nəticəsində inkişaf edir. Bu zaman arteriya damarlar sıxıldığına görə, boyun hissənin qan təhcizatı pozulur.
Boyun miqrenininin səbəbləri:
1.Boyun fəqərələrinin osteaxandrozu, yəni boyun fəqərələri arasında yerləşən qığırdaq toxumasının zədələnməsi.
2.Anadangəlmə boyun patologiyası.
3.Boyun fəqərələrinin zədələnməsi.
4.Boyun fəqərəsi arteriyalarının aterosklerozu.
5.Əzələ spazmı.
6.Boyun limfa düyünlərinin iltihabı.
Əlamətlər
Boyun miqreni fasilələrlə meydana çıxır. Əgər heç bir tədbir görülməzsə, o zaman fasilələr arasındakı müddət azalmağa başlayır. Xəstəliyin başlıca əlamətlərindən biri ənsə nahiyyəsində müşahidə olunan güclü ağrı hissidir. Vaxt keçdikcə ağrı boyunun digər hissələrinə və hətta başa da yayıla bilər.
Boyun miqreni eşitmənin və görmənin zəifləməsinə, başgicəllənmə, ürək bulanma, qulaqlarda küyə səbəb olur.
Boyun miqreni zamanı hündür yastıqda yatmaq olmaz. Problemli zonanı isti saxlamaq lazımdır. Bunun üçün parça kisənin içinə isti qum və ya duz tökərək boyuna bağlamaq kifayət edir.
Boyun miqreni zamanı pəhriz saxlayaraq rasiona zülal tərkibli və liflərlə zəngin qidalar, meyvə, tərəvəz əlavə etmək lazımdır. Rasiondan kofeinli içkiləri, karbohidratları, yağlı qidaları çıxarmaq məsləhətdir. Bundan əlavə, orqanizmdə duz saxlayan üzüm, əvəlik, süd və kartof kimi qidalardan uzaq durmaq məsləhətdir.
Boyun miqrenini müalicə etmək üçün mütəxəssisə müraciət etmək lazımdır. Bu xəstəliklə nevroloq, fizioterapevtlər məşğul olur. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1917   Tarix: 07 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

donlar 2026 maskalar yay geyimləri 2026 biskvitli tort resepti moda bolqar biberinin faydasi gavali haqqinda kosmetika novruz hakista qoğalın nağlı tapmacalar rus dilini oyrenek 2ci ders balıq