DİQQƏT! Beş marşrut xətti sərnişindaşımadan kənarlaşdırılır - SƏBƏB...

DİQQƏT! Beş marşrut xətti sərnişindaşımadan kənarlaşdırılır - SƏBƏB...Son bir həftə ərzində Bakı şəhərinin inzibati ərazisində 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının iştirakı ilə ağır nəticələrə səbəb olan 5 yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qurumun baş direktoru Vüsal Kərimlinin göstərişinə əsasən, baş vermiş yol nəqliyyat hadisələri ilə bağlı dərhal aidiyyəti şöbələr müvafiq araşdırma və təhlillər aparıb. Bu tədbirlər çərçivəsində BNA-nın mütəxəssisləri 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların istehsalat bazalarına baxış keçirib. Baxış zamanı sözügedən marşrutlar üzrə xidmət göstərən daşıyıcıların əksəriyyətinin istehsalat bazalarının Nazirlər Kabinetinin 71 nömrəli qərarının tələblərinə (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası) uyğun qeydiyyatın aparılmadığı müəyyənləşdirilib. Belə ki, avtoparkların bir çoxunda avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının qeydiyyatı jurnalı yoxdur, eyni zamanda, yol nəqliyyat hadisəsi törədən sürücülərə verilən yol vərəqəsində qeydlər müvafiq qaydada aparılmayıb. Həmçinin, baxış zamanı müəyyən olunub ki, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsinin qeydiyyatı jurnalı yoxdur.

Baxış zamanı aşkar edilən bütün çatışmazlıqlar qeydə alınaraq BNA-da müzakirə edilmiş və sərnişin avtobuslarının iştirakı ilə baş verən və ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi ilə bağlı təcili tədbirlərin görülməsi qərara alınıb. Qərara əsasən, istehsalat bazasında aşkar edilən ciddi nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcılara sonuncu dəfə xəbərdarlıq edilməklə vaxt verilib. Bildiririk ki, hazırda istehsalat bazalarının qanunvericiliyin tələbinə uyğunlaşdırmayan və yenidənqurma işləri aparmayan daşıyıcılar sərnişindaşımadan kənarlaşdırılacaq. Onların müvəqqəti istismarında olan 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri açıq müsabiqəyə təqdim ediləcək.

Həmçinin, müvafiq ekspertizanın rəyinə əsasən, ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisələrinin məhz sürücünün səhvindən baş verdiyi müəyyənləşərsə, o halda həmin şəxsin birdəfəlik sürücülük hüququndan məhrum edilməsi ilə haqqında təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.

Xəbərlər     Baxılıb: 1998   Tarix: 26 dekabr 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kimlərə portağal yemək olmaz? - MÜTƏXƏSSİS AÇIQLADI

Portağal son dərəcə sağlamdır, lakin bəzi insanlar bu meyvəni yeməməlidir.   -a istinadən xəbər verir ki, endokrinoloq Elena Syuraşkinanın fikrincə, mədə və bağırsaq xəstəlikləri olan şəxslər portağal istehlak etməməlidir

.

Baş nazir qəzəbləndi: Belə uşaqlar "supermarket məhsulu"dur

İtaliyanın baş naziri Corciya Meloni deyib ki, surroqat analıq uşaqlara "supermarket məhsulları" kimi yanaşıldığı "qeyri-insani təcrübə"dir. -a istinadən xəbər verir ki, bu barədə "Reuters" məluma

.

Qaraciyərimiz bu 5 qidanı sevir

Pəhrizinizə müəyyən qidaları daxil etməklə qaraciyərin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz. -a istinadən bildirir ki, araşdırmalara görə, bu 5 qida qaraciyərin sağlamlığında xüsusi rol oynayır. Mal əti

.

Acqarına hansı içkiləri qəbul etmək olmaz? - Təəccüblənəcəksiniz

Bəzi içkilər sağlamlığımıza mənfi təsir göstərə bilər. -a istinadən bildirir ki, mədə probleminiz yoxdursa, səhərinizi südlü yaşıl çay, hətta bəzən südlü qəhvə ilə başlaya bilərsiniz. Amma kompot, soda, şirə və şirin çayda

.

Yazda xəstələnməmək üçün bu vitaminləri qəbul edin

Fəsil dəyişkənliyi səbəbindən insanlar daha çox yaz və payız fəslində viruslara yoluxur. Dəyişən hava və zəifləmiş bədən infeksiyalar və digər viruslar üçün münbit zəmindir. .   -a istinadən bildirir ki, bu zaman xəstələnməmə

.

Bu qidaları uşaqlarınıza verməyin - Qızlarda sinə vaxtından tez böyüyür, oğlanlarda isə

Erkən yetkinliyin sürətlə artmasının səbəblərini öyrənmək üçün mütəxəssislər tərəfindən geniş araşdırmalar aparılıb. -a istinadla bildirir ki, araşdırmaların nəticəsinə görə, xüsusilə gənclər tərəfindən çox yeyilən qidaları

.

Bu kartof yeməkləri daha zərərlidir: Heç kim bilmir

Kartof yaxşı kimyəvi tərkibə malik, kifayət qədər sağlam məhsul hesab edilə bilər. -a istinadən bildirir ki, sobada bişmiş kartof ən sağlamdır. Mağazada satın alınan yeməyin zərərli olması, bir müddət istifadə olunan yağd

.

Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?

Həyatın müasir ritmi həmişə qida qəbuluna, xüsusilə səhər yeməyinə lazımi diqqət yetirməyə imkan vermir. Bir çoxumuz səhər yeməyini atlayırıq və ya yolda yeyirik. Ancaq bu yanaşmanın sağlamlığımız və çəkimiz üçün mənfi nəticələr

.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır.   -a istinadən xəbər verir ki, yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:

turlar.az

sonxeber.az hamilelikde qidalanma donlar 2024 aksessuarlar balıq yeməkləri ayaq dirnaqlarina qulluq dunyanin gozellikleri peraski cudu kosmetika rus dilin nece orenek mekteb novruz hakistalari qu quşu faydalı məsləhətlər