Əgər sizə heç bir pəhriz kömək etmirsə..

Əgər sizə heç bir pəhriz kömək etmirsə..Qadinsaytı.az Lent.az-a istinadən endokrinoloq Nadirə Ağazadənin məqaləsini təqdim edir.

Artıq çəkiniz varsa, amma tutulan pəhrizlər sizə kömək etmirsə, bu vəziyyətdə mütləq hormonal pozğunluqları araşdırmaq lazımdır. Artıq bundan sonra tutulan düzgün pəhriz kilo verməyi daha da sürətləndirəcək. Piylənmədən əziyyət çəkən insanların çoxunda endokrin sistemdə bir problem olduğundan bunu nəzərdən qaçırmamalıdırlar.
Artıq çəkiyə səbəb olan və çəki verməyi əngəlləyən hormonal pozğunluqlar hansılardır?

- HİPOTİREOZ (Qalxanabənzər vəz yetməzliyi) - orqanizmdə metabolizm yavaşlayaraq artıq çəki yığmağa səbəb olur. Əsasən menopauzada olan qadınlarda tiroid yetməzliyi də varsa, arıqlamaq daha da çətinləşir. Artıq çəkidən başqa halsızlıq, yorğunluq, yaddaşın zəifləməsi, quru dəri, saçların tökülməsi, qəbizlik, menstrual pozğunluq və s. kimi şikayətlər üzə çıxır.

- İNSULİN DİRƏNCİ - mədəaltı vəzdən kifayət qədər insulin ifraz olunmağına baxmayaraq təsirini göstərə bilmədiyindən qlükozanı hüceyrə daxilinə sala bilmir, zaman keçdikcə mədəaltı vəz insulin ehtiyacını qarşılamaqda çətinlik çəkir və xəstələrdə prediabet və şəkərli diabet 2-ci tip əmələ gəlir.

- PCOS (Yumurtalıqlarin polikistoz sindromu) - artıq çəki ilə yanaşı tüklənmə, menstrual pozğunluq, polikistik yumurtalıqlar bu kimi şikayətləri özündə birləşdirən kompleks bir xəstəlikdir. Əgər qadında sadaladığımız şikayətlər varsa, vaxtında diaqnoz dəqiqləşdirilməli və müalicə edilməlidir.

- HİPERPROLAKTİNEMİYA (Prolaktin yüksəkliyi) - artıq çəkili qadınlarda süd vəzilərindən süd gəlmə, tüklənmə, baş ağrıları, menstrual pozğunluq, sonsuzluq kimi şikayətlər də yanaşı gedirsə, prolaktin yüksəkliyini törədən səbəb araşdırılmalıdır.

Bəzi xəstəliklərdə istifadə olunan dərman preparatları kilo artımına səbəb ola bilərlər:
- Şəkərli diabetdə - insulin, antidiabetik dərmanlar
- Epilepsiya əleyhinə istifadə olunan (antiepileptik)
- Antidepressantlar, hipertoniya əleyhinə istifadə olunan (b bloker)
- Steroid hormonlar və s.

Xəbərlər     Baxılıb: 1547   Tarix: 19 yanvar 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır.   -a istinadən xəbər verir ki, yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:

.

Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?

Mövsümi dəyişikliklər ürək sağlamlığına təsir edən mühüm amillərdən biridir. Mütəxəssislər xüsusilə yaz aylarında infarkt, ürək çatışmazlığı və insult risklərinin artdığına diqqət çəkirlər. -a istinadən xəbər verir ki, kardioloq

.

Bu balıq növü xərçəngə səbəb olur

Mütəxəssislər xərçəngə səbəb olan ən təhlükəli balıq növünü açıqlayıblar. -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, həftədə ən azı iki dəfə pəhrizinizə balıq daxil etmək lazımdır. . Balıq sağlamlığı qorumaq üçü

.

Qamətinizə zərər vermədən hər gün yeyə biləcəyiniz YAĞLI QİDA

Hər gün bir avokado yemək natrium qəbulunuzu azaltmağa və daha sağlam yağlar yeməyə kömək edə bilər. -a istinadən xəbər verir ki, avokado sağlam yağlar və antioksidantlarla zəngindir, lakin yüksək yağ və kalorili olduğun

.

Qanın tünd rəngdə olması nəyin əlamətidir?

Qan rəngi bədəndəki oksigen miqdarını göstərir. bildirir ki, əgər qanın rəngi açıqdırsa tərkibindəki oksigenin miqdarının kifayət qədər olduğunu göstərir. Əgər qanın rəngi tünddürsə, bu qandakı oksigenin az olduğunu bildiri

.

Baş nazir qəzəbləndi: Belə uşaqlar "supermarket məhsulu"dur

İtaliyanın baş naziri Corciya Meloni deyib ki, surroqat analıq uşaqlara "supermarket məhsulları" kimi yanaşıldığı "qeyri-insani təcrübə"dir. -a istinadən xəbər verir ki, bu barədə "Reuters" məluma

.

Piylənmənin uşaqlar üçün yaratdığı yeni təhlükələr açıqlanıb

"Lids" Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bu vəziyyət diqqət

.

Çay içərkən bu səhvə yol verməyin

Azərbaycanda ən çox istehlak edilən mayelər arasında yer alan çay tək başına istifadə edildikdə zərərli içki sayılmır. Lakin çay içərkən edilən bir səhv mədə və böyrəklərinizə ciddi zərər verə bilər. . -a istinadən xəbə

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?. -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

turlar.az

sonxeber.az toy makiyajlari makiyaj instagram donlar 2024 bayatilar vetene aid şirniyyat resepti badimcan murebbesi hazirlanmasi kesəriyyə kosmetika qiz evi haxista gəncə bayatilar gulmeli hakista buga burcu