Hansı müğənnilər toya dollarla gedir? - "Deputatın pulunu saymırıq ki..."

Hansı müğənnilər toya dollarla gedir? - "Deputatın pulunu saymırıq ki..."Millət vəkili Çingiz Qənizadə Milli Məclisdə büdcə müzakirələri zamanı bir sıra müğənnilərin toylara dollarla getməsi məsələsini gündəmə gətirib.

Qadinsayti.az qafqazinfo-ya istinadla xəbər verir ki, çıxışında "qara bazar" probleminə toxunan deputat sənətçilərin məclislərə dollarla getməsinə etiraz edib.

"İş o yerə çatıb ki, hətta müğənnilərdən biri deyib ki, "biz toya dollarla gedirik". Milli valyutamız manatdırsa, niyə dollarla gedirlər? İstənilən halda biz manatın dəyərinin özünə qayıtmasına çalışmalıyıq", - deyə millət vəkili bildirib.

Müğənnilər xarici ölkələrdə toya dəvət olunarkən qonorarı dollarla tələb edirlər.

Faiq Ağayev

"Xarici valyuta ilə toylara gedən müğənnilərin kimliyindən xəbərsizəm. 96-97-ci illərdən toylara gedirəm. Təbii ki, qazancım milli valyuta ilə olur. Başqa ölkələrdə özəl tədbir və məclislərə gedəndə xarici valyuta ilə qonorar alırıq. Mən bildiyimə görə, Azərbaycanda xarici valyuta ilə toya gedən müğənni yoxdur".

Könül Kərimova

"Hər şey bitdi, yeni mövzu ortaya atıldı. Allah toy nəsib etsə, manatla gedirik. İndi heç toy da yoxdu. Dollar var? Kimdə dollar var? Olsa, xəbərin edin".

Nadir Qafarzadə

"İndi toy var ki? Ölkədə başqa problem yoxdu? Hər şey düzəlib, bir bu problem qalıb. Milli Məclisdə belə səsləndirirlər. Birinci böyük problemləri həll etmək lazımdır, daha sonra müğənniləri müzakirə etməlidirlər. Müğənninin özü bilər, istəyir manat, istəyir dollar, istəyirsə yapon puluyla toya gedər. Biz heç bir məmurun, deputatın pulunu saymırıq ki... Onlarda bizi müzakirə etməsinlər. Bizi xalq dolandırır. Onlar ciddi işlə məşğul olsunlar".

Xatirə İslam

"Toy var ki, mən də valyuta deyəm? Fərqi yoxdur, kim nə versə razılaşırıq. Oxuyan çoxalır, toy azalır".

Manaf Ağayev

"O qədər toy-toy dedilər, o toyu da qurutdular. Şou-biznesdə heç bir müğənni əvvəlki kimi toya getmir. Toya dəvət olanda da, yalnız dollarla danışırıq. Maddi məsələlərə əksər hallarda mən qarışmıram. Amma çalışıram ki, insanları da başa düşüm".

Səməd Səmədov

"Toylardan manatla qonorar alıram. Ancaq əvvəlki kimi məclislərə getmirəm. Qiymət məsələsinə mən qarışmıram, prodüserim bu işə nəzarət edir. Ona da demişəm ki, yalnız manatla toya gedirik".

Rəşad İlyasov

"Allah bərəkət versin. Bizim üçün fərqi yoxdur. İstəsələr, lap yapon yeni olsun".

Günay İbrahimli

"Hər müğənninin standart toy qiyməti var. Əlbəttə, biz Azərbaycanda yaşayırıq, milli valyutamız da manatdır. Toy qiymətini manatla deyirik".

Namiq Qaraçuxurlu

"Toya milli valyuta ilə gedirəm".

Səidə Sultan

"Toyu ev sahibi ilə dollarla danışmaq ayıb olar. Deyərlər ki, buna bax, dollar qalxıb deyə görməmişlik edir. Dövlətin əsas valyutası manatdır. Dollar manata qurban olsun ( gülür)".

Elnarə Xəlilova

"Hər kəs bilir ki, mən toya nadir hallarda gedirəm. Çox yaxşı tanıdığım, qonaqlarına azdan-çoxdan bələd olduğum toylarda iştirak edirəm. Manatın dollara qarşı müqavimətini itirməsindən sonra toya getməmişəm. Amma gedərəmsə, milli valyutaya üstünlük verərəm. Çünki Amerikada toya getmirəm, Azərbaycanda gedirəm. Mən ümumiyyətlə ölkədaxili bütün alış-verişlərdə manata üstünlük verilməsinin tərəfdarıyam. Özümüz öz manatımızın dəyərini bilməliyik".

Mənzurə Musayeva

"Təbii ki, manat dəyərdən düşür. Ancaq hamı bilir ki, mən toy danışığında maliyyənin miqdarını demirəm. Nə verirlərsə, min bərəkət deyirəm".

Xəbərlər     Baxılıb: 1521   Tarix: 09 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Sarımsaq qoxusundan necə qurtulmaq olar?

Sarımsaq mətbəximizin əsas məhsuludur. Demək olar ki, hər gün qabığını soyub doğrayıb bişiririk. .   -a istinadən bildirir ki, əllərdən sarımsaq qoxusunu aradan qaldırmaq üçün ən çox tövsiyə edilən məhsullardan biri də paslanmaya

.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. -a istinadən bildirir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadını

.

Ağcaqanadlar bu qan qrupundan olan insanları "sevir"

Malyariya qansoran həşəratların daşıdığı yeganə xəstəlik deyil. Digər təhlükələrə sarılıq və qanaxmaya səbəb olan sarı qızdırma və Zika qızdırması daxildir. Xüsusilə hamilə qadınlar üçün təhlükəlidir, çünki bu, hamiləliyi

.

Yaşıl bananın faydaları nələrdir?

Bananın hər növünün fərqli dadı var. Yetişməmiş, yaşıl banan lif baxımından daha zəngindir. Xüsusilə şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olunur.   -a istinadən yaşıl bananın bilinməyən faydalarını təqdim edir:

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. -a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, xroniki başgicəllənmə hallarının 65-70%-i qulaq xəstəliklər

.

Qaraciyərimiz bu 5 qidanı sevir

Pəhrizinizə müəyyən qidaları daxil etməklə qaraciyərin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz. -a istinadən bildirir ki, araşdırmalara görə, bu 5 qida qaraciyərin sağlamlığında xüsusi rol oynayır. Mal əti

.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur

.

Ayaq barmaqlarınız şişib göyərirsə ürəkdən şübhələnin

Ayaqları şişənlər, barmaqları qabarıb deformasiya olanlar, ayaq ucları soyuq və göyərmiş olanlar ürək-damar sistemindən şübhələnib müayinəyə getməlidir. medicinaya istinadla xəbər verir ki, britaniyalı terapist Con Kammin

.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometaboli

turlar.az

sonxeber.az hamiləlik hamilelikde qidalanma reseptler goyemin faydasi hakistalar ulduzların gözəllik sirləri aloy gulunun faydasi kosmetika burclerin uygunlugu uzeyir hacibeyli baldiza aid hakisda bahar oxu az