İntihar xəbəri yayılan şəhidimizin ƏMİSİ: "Ürəyindən güllə yarası ..."

Silahlı Qüvvələrin mərhum əsgəri Xanəli Fəttayevin ölümü ilə bağlı müəmmalar hələ də müzakirə olunur. Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Fəttayev şəhid olmayıb, intihar edib.

"Qafqazinfo"nun əməkdaşları da əsgərin yaşadığı Binə qəsəbəsindəki evində olub və qohumları ilə görüşüblər. Mərhumun əmisi İslam Qəribov bildirib ki, əsgərin hansı şəraitdə vəfat etməsi hazırda ailəyə də məlum deyil. Onlar açıqlama vermək üçün ekspertiza rəyini gözləyirlər:

"Dünən saat 12-də hərbi hissədən zəng ediblər. Biz də Gəncədən tabutu gətirib bu gün dəfn etmişik. Sadəcə ekspertiza aparılır və biz hələ ki, cavabı gözləyirik. Hər şayiəyə inanmaq lazım deyil. Əsgərimiz hərbi hissədə yox, səngərdə həyatını itirib. Orada da adam çox olmayıb, iki-üç əsgər olub. Həmin əsgərlər də prokurorluq tərəfindən dindirilir. Ürək nahiyəsindən bir güllə yarası alıb və ballistik müayinələrin cavabı gözlənilir. Güllənin arxadan, ya qabaqdan vurulduğunu ekspert təyin edəcək. Hər şey ekspertiza rəyindən asılıdır. Rəylə razılaşsaq heç, razılaşmasaq, yuxarı instansiyalara müraciət edəcəyik.

Biz balamızı vətən uğrunda böyütmüşük. Hansı şəraitdə olur, olsun. O, torpağa qurban gedib. Arxasınca şayiələr yayıb şəhidlərin ruhunu incitmək olmaz. Mətbuatdan xahiş edirik ki, yanlış informasiyalar yayılmasın. Deyirlər ki, guya, əsgərimiz intihar edib. Başqa bir şayiə yayılıb ki, erməni snayperi vurub və yaxud döyüş şəraitində olub. Biz bunların heç birini konkret olaraq bilmirik. Nə vaxt bizə Hərbi Prokurorluğun rəyi təqdim olunacaq, həmin rəydən sonra biz öz fikrimizi bildirəcəyik".

Mərhumun əmisi onu da bildirib ki, 19 yaşlı Xanəli savadlı gənc olub. Oktyabrda hərbi xidmətə çağırılıb, Tovuzda vəzifəsini icra edib. Ötən il universitetə qəbul olsa da, ailəsinin illik təhsil haqqını ödəməyə imkanı olmadığı üçün oxuya bilməyib. Hər hansı bir xəstəliyi də olmayıb.

İntihar xəbəri yayılan şəhidimizin ƏMİSİ: "Ürəyindən güllə yarası ..."İntihar xəbəri yayılan şəhidimizin ƏMİSİ: "Ürəyindən güllə yarası ..."İntihar xəbəri yayılan şəhidimizin ƏMİSİ: "Ürəyindən güllə yarası ..."

Xəbərlər     Baxılıb: 2653   Tarix: 30 yanvar 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər yeməyindən əvvəl idman edin, yoxsa

Səhər yeməyindən əvvəl idman etmək daha sürətli arıqlamağa kömək edir.   -a istinadən bildirir ki, səhər saat 7-9 arasında acqarına fiziki fəaliyyət sürətli və effektiv arıqlamağı təmin edir. . Səhər yeməyində hansı qidala

.

Çiyələk bu xəstəliyin qarşısını alır

Çiyələk sağlam ağıl və güclü yaddaşı qorumağa kömək edir. "Unikal"a istinadən xəbər verir ki, bu barədə Cincinnati Universitetinin Akademik Sağlamlıq Mərkəzinin alimləri araşdırma aparıblar. . Bağırsaq üçün ƏN FAYDAL

.

Bu xəstəliyi olanlar banan yeməlidir

a istinadən bananın faydalarını təqdim edir:. - Banan qan şəkərini balanslaşdırmağa kömək edir. - Ürək sağlamlığını qoruyur. - İnsulin müqavimətini artırmaqda təsirlidir. - Hüceyrələri oksidləşdirici stresdən qoruyaraq yaşlanm

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

İnsanlar arasında maral zombi xəstəliyi yayıla bilər

Amerikalı elm adamları insanlarda xroniki arıqlama xəstəliyinin (CWD) şübhəli iki halının müəyyən edildiyini bildirdilər. Bu prion xəstəliyi maralların beyninə və sinir sisteminə təsir edərək, onları zombiyə bənzər canlılar

.

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Bəzən kartof qızardarkən dilimlərin bir hissəsi yanır, digər hissəsi isə çiy qalır .Ən çətin şey, xoş bir rəngin iştahaaçan görünüşə nail olmaqdır. Bəs, biz dadlı və xoş görünüşlü kartofları necə hazırlaya bilərik? .   -

.

Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT

Ürəyi gücləndirmək üçün uzun illərdir bu sadə və təsirli reseptdən istifadə olunur. sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:. Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT 

.

Nəyə görə üzü sabunla yumaq olmaz? - 72%-li sabunun zərərləri

Tualet sabunu ilə üzü yumaq dəriyə təsiri baxımından tövsiyə edilmir.   -a istinadən xəbər verir ki, dermatoloq Tatyana Yeqorova sabunun dəriyə neqativ təsirini açıqlayıb. "Gigiyenik sabunda əsas maddədən əlavə müxtəli

.

Niyə hər gün avokado yemək lazımdır? - Mütəxəssislər AÇIQLADI

Alimlər hər gün avokado yeməyin orqanizmə təsirlərini açıqlayıb.   -a istinadən bildirir ki, araşdırmalara görə, avokado yemək həzmi yaxşılaşdırır. Alimlər avokadonun abdominal piylənmədən əziyyət çəkən insanlarda sağlamlığ

turlar.az

sonxeber.az maskalar geyim seçimi yemek reseptleri seksual qadinlar parket döşəmələr cinsi münasibət sızanaqlara qarşı kosmetika novruz hakisdalari maraqlı janrlar qadin saglamlig əfsanələr