İtkin düşən neftçinin atası: "Mənim üçün artıq həyat bitib..."

Əsədovların evindən çıxıb, Qafarovlar ailəsinə gəlirik.

Ələtdə beşmərtəbəli binalarda yaşayan Qafarov İlhamgilin həyətinə çatanda gördük ki, SOCAR-a məxsus maşınlar, avtobuslar binanın qarşısında dayanıb. Məlum oldu ki, Qafarov İlhamın cəsədi tapılıb və dəfn edilib. Olduğumuz digər evlərdən fərqli olaraq burada rəsmi şəxslər də var idi.

İlhamın bacısı oğlu Elvin Hətəmov hadisə barədə bizə danışır: "Səhər saat 07:00 radələrində zəng gəldi ki, dənizdə estakada uçub. Dayıma zəng etdik. Telefon sönülü idi. Orada işləyən digər dayım Davuda zəng etdik. Davud dayım dedi ki, estakada uçub, İlham da dənizə düşüb".

Elvin bildirdi ki, dayısının cansız bədəni 15 dekabr gecə saat 03:00 radələrində tapılıb və bu gün dəfn edilib.

Qafarov İlham ailəli idi, 3 övladı var.

İlham Qafarovun iş yoldaşı Nəcəfov Ramil Əliş oğlu ilə söhbət edirik. Ramil bildirir ki, hadisə günü evdə idim. Xəbər gəldi ki, Qorxmazgil suya düşüb. Elə bildim ki, bir Qorxmaz suya düşüb. Sonradan xəbər gəldi ki, 10 nəfər qəzaya uğrayıb.

Ramil deyir ki, həmin gün iş günüm deyildi. İş günüm olsaydı indi mən də dənizdə batmışdım. Söz tapa bilmirəm...

Qafarov İlham qardaşı Davudla həm də iş yoldaşı olub. Hadisə olan gecə Davud da növbədə olub.

Qafarov Davud danışır: "27 ildir ki mən, 25 il idi də qardaşım İlham neftçi işləyir. İlham estakadaya çıxırdı, mən isə arxada işləyirdim. Axşam saat 23:30 radələrində İlham mənə zəng vurdu. Dedi, ehtiyatlı ol, külək əsir, külək daha da güclənəcək.

Mən də ona dedim ki, qardaş, sən də ehtiyatlı ol. Son danışığımız bu oldu. Səhər saat 04:30 olardı. İlhamın işlədiyi estakadanın işığı həmişə görünürdü, ancaq gördüm ki, işıq yoxdur. Şübhələndim. Hava işıqlaşandan sonra bir nəfər mənə zəng edib dedi ki, qardaşın olduğu estakada uçub. İlhama zəng etdim, gördüm telefon söndürülüb. Xilasedicilər gəldilər, axtarışa başladılar. Bir müddət sonra qardaşımı sudan tapdılar. Məni apardılar ki, görüm həqiqətən həlak olan qardaşımdırmı. Getdim gördüm ki, qardaşım ölüb..."

Davud bir qədər fikrə gedir. Sonra əlavə edir ki, əynində jileti, ayağında çəkmə olub, kaska da başından düşüb.

Davud deyir ki, estakada təmir edilirdi: "Hər tərəf təmir edilmişdi, qardaşım işləyən tərəf də təmir ediləcəkdi".

"Qardaşımı dəfn etdik. SOCAR rəhbərliyi, işlədiyimiz şirkətin rəhbərliyi köməklik edirlər. Mənim başım qarışıq idi, gəlib gördüm ki, yas mərasimi ilə bağlı hər şeyi təşkil ediblər", - deyə Davud Qafarov dedi.
Sonda Davud Qafarov bildirdi ki, itkin düşənlərin də tapılmasını arzu edirəm. Heç kimin gözü yolda qalmasın.

Ələt qəsəbəsindən ayrılıb Hacıqabul rayon Atbulaq kəndinə yola düşürük.

Kənd sakini Rüstəmov Qorxmaz da Xəzərdə batanlar arasındadır. Qorxmazın atası Rüstəmov İsbat Qara oğlu deyir ki, Qorxmaz dekabrın 11-də işə getmişdi.

"Bala, heç nə bilmirəm, heç nə demirəm. Bir onu bilirəm mənim başıma daş düşdü", deyib, siqareti siqaretə calayır.

"Bu hadisədən bir neçə il əvvəl 7 nəfəri qəbrə qoymuşam, mənim də alnıma bu yazılıb", deyərək yenidən siqaret yandırır. Sanki siqaretdən heyif çıxır.

Qonşular bildirir ki, İsbat kişi bir neçə il əvvəl qızını, oğlunu, nəvəsini avtoqəzada itirib. İsbat kişinin bir tək övladı Qorxmaz qalmışdı, o da dənizdə batıb. Rəhmətə gedən oğlunun evinin qapısı bağlıdır. Bir ata üçün bundan ağır dərd nə ola bilər, bilmirəm.

Qonşuların sözlərinə görə, heç bir rəsmi şəxs gəlib maraqlanmayıb.

İsbat kişi əsəbləşib kənara çəkilir. Qonşulardan biri deyir ki, görəsən sağ qalan olar orada? Bunu eşidən İsbat kişi deyir ki, ola bilməz, ölüb. Mümkün deyil sağ qalsın...

İsbat kişi deyir ki, heç kimdən də heç nə istəmirəm. Guya mənə bir şey versələr yaram sağalacaq? Mənim üçün artıq həyat bitib...
İtkin düşən neftçinin atası: "Mənim üçün artıq həyat bitib..."İtkin düşən neftçinin atası: "Mənim üçün artıq həyat bitib..."İtkin düşən neftçinin atası: "Mənim üçün artıq həyat bitib..."İtkin düşən neftçinin atası: "Mənim üçün artıq həyat bitib..."İtkin düşən neftçinin atası: "Mənim üçün artıq həyat bitib..."İtkin düşən neftçinin atası: "Mənim üçün artıq həyat bitib..."

Xəbərlər     Baxılıb: 1599   Tarix: 17 dekabr 2016
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cavan dərinin bir nömrəli sirri

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanı

.

Həkim: "Estetik əməliyyat etdirənlər öncə psixiatra müraciət etməlidirlər

"Ruhi xəstələrin arasında kriminal hadisələri törətmək üzrə birinci yerdə baş beyində üzvi xəstəlik olan insanlar dayanırlar. Bunlar kimlərdir? Birinci növbədə nə vaxtsa kəllə-beyin zədələnməsi keçirmiş insanlar. İkinc

.

Müxtəlif yemək çeşidlərinin verdiyi fəsadlardan necə qorunaq? - AÇIQLAMA

"50 yaşdan yuxarı insanlar balıq yeməlidirlər, çünki bu yaşda bədənin əzələ kütləsini və gücünü saxlamaq üçün daha çox proteinə ehtiyacı var". Bu barədə -a Tibet təbabəti üzrə menecer Günay Seyfullayeva Novruz Bayram

.

Təzyiqiniz bu qədər olduqda dərman İÇMƏYİN – Həkim AÇIQLADI

Həkim Elena Malışeva təzyiqi azaltmaq üçün spirtdən imtina etməyi tövsiyə edib. -a istinadən xəbər verir ki, o bu mövzuda "YouTube" kanalında yer alan videoda danışıb. "Təzyiqiniz 130-dan 140-a, 80-dən 90-

.

İnsan hər gün ağlasa nə olar?

Duyğularınızı daim nəzarətdə saxlamaq və ağlamağa imkan verməmək son dərəcə zərərlidir. Ancaq hər gün uzun müddət ağlamaq sağlamlığa zərər verə bilər. İnsan hər gün ağlasa nə olar?. -a istinadla xəbər verir ki, tez-tez ağlama

.

Necə qidalansaq, mədəmiz də bayram edər?

Baharın gəlişinin rəmzi olan Novruz bayramının süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatsız, çərəzlərsiz təsəvvür etmək mümkün deyil. Amma bu süfrəsini zənginləşdirməyə çalışarkən qidalanmada yol verdiyimiz bəzi səhvlə

.

Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR

Xorlama xərçəng də daxil olmaqla bir neçə xəstəliklərin mövcudluğunu göstərə bilər. . -a istinadən xəbər verir ki, bunu tanınmış nevroloq Olqa Zinçeva deyib. . Həkimin sözlərinə görə, bəzən xoruldama endokrin xəstəliklərlə

.

Qarın yağlarını əridən 6 QİDA

Daha çox oturaq həyat tərzi, balanssız qidalanma vərdişləri və genetik faktorlar qarın nahiyəsində yağlarına səbəb ola bilər. Ancaq bu yağları sağlam qidalanma ilə əritmək mümkün ola bilər.   -a istinadən qarın yağını azald

turlar.az

sonxeber.az toy makiyajlari gelinlikler reseptler qonaq otağı üçün pərdələr pehriz saxlamaq qaydalari hakışta xınayaxdı gozalti qaralar ucun kosmetika mekteb sperma qurd xəstəliklərinə qarşı mualicə novruz hakışdaları xanim.az