Kişi bir qadına bağlı olanda...

Kişi bir qadına bağlı olanda...Kişi bir qadına, qadın da bir kişiyə bağlı olarsa - bu onların psixikası, uğur və rahatlığı üçün əlverişli olur. Qadın və kişi arasındakı əlaqə yarandıqda, onlar iki yox, bir insana çevrilirlər. Onlar arasında qarşılıqlı enerji mübadiləsi baş verir, onlar bir bədən halına gəlirlər.

Nəyə görə insan ona xəyanət olunmasını sevmir? Çünki insan həmin enerjidən məhrum olur, sanki onun bir hissəsini qoparırlar.
Normal qadın xəyanət etmir, o çiçəklənir, öz qadınlığını yalnız bir kişiyə həsr edir, bir kişiyə məxsus olduğu üçün özünü xoşbəxt hiss edir.
Kişi də bir qadına sadiq olanda ağıl, dərrakə, kişi gücü və uğur əldə etmək quvvəsi hiss edir.

Çoxları sadiqliyin gücünü, əxlaqın gücünü indi anlayır. Əgər keçmişdə belə əlaqələr olubsa və bu əlaqələr sizə indi normal, harmonik əlaqələr qurmağa imkan vermirsə, bəs nə etməli?

Ən başlıcası bütün münasibətləri düzgün bitirməkdir. Münasibətlər bitən zaman insan ağrılı emosiyalar keçirir. Çalışmaq lazımdır ki, bu ağrını özündə saxlamayasan, onu danışasan. Yaxşı olar ki, ağrı və incikliklər barədə sizi dəstəkləyən yaxınlarınıza, dostlarınıza, qohumlarınıza danışasınız.

Yoxsa bu yara qaysaqlanmaz, ürəkdə ağrılı çöküntü qalar.

Ən vacib məqamlardan biri də sevgi və bağışlamaqla ayrılmaqdır.

Əksər insanlar ayrılarkən xoş olmayan məqamları xatırlayaraq mənfi emosiyalarla qapılırlar. Amma ürək ancaq sevgini bərpa edir.

Ayrılıqdan sonra mütləq özünə bərpa olunmaq üçün zaman vermək lazımdır. Çoxları, ayrılıqdan sonra əzab çəkməmək üçün dərhal yeni münasibətlər qururlar. İnsanlar yaralarının sağalmasına imkan vermirlər. Bundan isə yaxşı nəticə əldə etmək olmur, əvvəlki münasibətlər bu münasibətə keçir, çünki yaddaşda başqa insan haqqında xatirələr var. Ayrılıqdan sonra bərpa olunmaq üçün ən azı bir il vaxt keçməlidir.

Nəyə görə bir çox münasibətlər, nigahlar ayrılıqla bitir. Əksər hallarda bu, münasibətlərin düzgün vaxtda qurulmaması ilə əlaqədardır. Çünki insan əvvəlki münasibətindən sonra bərpa olunmayıb, öz daxilini təmizləməyib, incikliklərin öhdəsindən gələ bilməyib.

Buna görə də əgər möhkəm, harmonik münasibətlər qurmaq istəyirsinizsə, bərpa olunmaq, daxilən təmizlənmək üçün, özünüzə ən azı bir il vaxt verməlisiniz.

Ailə və Uşaq     Baxılıb: 4003   Tarix: 29 iyul 2015
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Bu səbəbdən hər il 65 min uşaq 5 yaşına çatmamış ölür

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrd

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

.

Uşaqlıq travmalarınız var? - Cəmi 10 SUALA cavab verməklə öyrənə bilərsiniz

 . İnsanlar üçün emosional travmalarını tanımaq və qəbul etmək çətin ola bilər. Sosial şəbəkələrdə məşhurlaşan pediatr Pete uşaqlıq travmaları ilə bağlı maraqlı açıqlama verib. Həkim bildirib ki, cəmi 10 suala cavab verməkl

.

Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir

Türkiyənin Şanlıurfa Siverek İlçe Dövlət Xəstəxanasının Ortopediya və Travmatologiya şöbəsində çalışan m ütəxəssis həkim Ahmet Yiğitbay yeni doğulmuş körpələri bələməyin fəsadlarından danışıb. Onun sözlərinə görə, bu inkişafd

.

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südü həm körpə, həm də ana sağlamlığı üçün ən əhəmiyyətli qida qaynağıdır. Bununla əlaqədar türkiyəli professor Nalan Karabayır məlumat verib:. "Ana südü körpələr üçün ən sağlam qida mənbəyidir. Əmizdirmə ana-uşa

turlar.az

sonxeber.az qis geyimləri 2024 geymler 2024 qadın geyimi hepatitlər seks pozasi yuxa tortu plovlar kosmetika kahfe kali vətənə aid bayatılar englishdilində qulaq fitat veten