Eldar Rəhimov

Eldar Fərziəli oğlu Rəhimov 1954-cü ildə Yardımlı rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Tibb Universitetinin məzunu olub. 1983-cü ilə qədər Yardımlı rayon Yolocaq kənd xəstəxanasında fəaliyyət göstərmişdir. Terapevt-Qastroenteroloq kimi fəaliyyət göstərdikdən sonra 1990-cı ildə Ukrayna Həkimləri Təkmilləşdirmə İnstitutunun Xarkov şəhərində Qastroenterologiya və Hepatologiya kursu keçib. 1991-ci ildə Rusiya Federasiyasının Novokuznes şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunun Endoskopiyanın aktuallığı, diaqnostikası və müalicəsi seminarı və ixtisasartırma kursu keçmişdir. 1991-1992-ci ildə Ukraynanın Zaporoje şəhərində Həzm orqanlarının diaqnostik və müalicəsi üzrə Həkimləri Təkmilləşdirmə kursunda olmuşdur. 1993-cü ildə İran islam Respublikası Təbriz Universiteti Xəstəxanasında Mədə-onikibarmaq bağırsaq xora xəstəliyi və bu xəstəliyin əsas yaradıcı səbəbi olan Helikobakteri Pilori mikroorqanizmində yeni müalicə aspektləri mövzusunda aktiv seminara qatılmış və məruzəçi olmuşdur.
Türkiyə Qastroenteroloqlar və Hepatoloqlar Cəmiyyətinin üzvüdür.
Məşğul olduğu xəstəliklər: qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri, öd kisəsi və mədəaltı vəz xəstəlikləri (pankreatitlər), Hepatitlər (virus, alkoqol və s.), İltihabi bağırsaq xəstəlikləri və Malabsorbsiya sindromu (bağırsağın sorulma pozulması və disbakterioz).

Ünvan: AYSMED klinikası

Telefon: 050 385 81 50

İş vaxtı: Həftə içi 6 gün saat 09:00 - 13:00

mp3 yukle
Mp3 yukle sayti


turlar.az
avia biletler