Elnur Eldaroğlu

1986-cı il doğumlu Elnur Eldaroğlu Rəhimov Azərbaycan Tibb Universitetinin məzunudur. Tələbə dövründə (2003-2009) həm Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü, həm də iki şer kitabı (İllərin Həsrəti və Ardı var…) müəllifi olmuşdur.
Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada tamamlayıcı tibb bölümünə aid fitoterapiya və apiterapiya kursları keçmişdir. 2009-2010 cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində terapevt olaraq çalışmışdır. 2010-2012 ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olmuşdur. 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlamışdır. Bir neçə kompleks təsirə malik bitki tərkibli dərmanların (Dr. Eldaroğlu markası adında) tərkibinin müəllifidir. Avropa Təbiət elmləri Akademiyasının və Türkiyə Apiterapiya Dərnəyinin fəxri üzvüdür. Həmçinin Azərbaycan yazıçılar Birliyinin eləcə də Avrasiya Yazarlar Birliyinin üzvüdür. 2014-cü ildən Apiterapevt olaraq araşdırmalara başlamışdır. Həmin ildən Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında Həkim-terapevt olaraq fəaliyyətə başlamışdır. 2017-ci ildə Həmmüəllifi olduğu "Dekorativ Bitkilər Xalq Təbabətində" kitabı çap olunmuşdur. 2016-2018-ci illərdə Türkiyə, Ukrayna və Hindistanda elmi çıxışları ilə fərqlənmişdir. İlk dəfə olaraq Azərbaycanda arı havası ilə (apiair) müalicə metodunu tətbiq etmişdir. www.fito.az Layihə rəhbəridir.

Ünvan: Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalı

Telefon: 070 304 26 53

İş vaxtı: Həftə içi 5 gün, saat 10:00 -13:00

Facebook: facebook.com/fitoterapevt.az

Instagram: dr.eldaroglu

mp3 yukle
Mp3 yukle sayti


turlar.az
avia biletler