Murad Hüseynov

Hüseynov Murad Eldaroğlu 1984-cü ildə Rusiya Federasiyasında anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsini bitirmiş və həmin il M.C.Cavadzadə adına uroloji klinikada Urologiya ixtisası üzrə interna tura keçmişdir. 2007-ci ildən RKUX-da uşaq uroloqu kimi işə başlamışdır. 2008-2009-cu illərdə Türkiyənin Ankara şəhərində Ankara Eğitim və Araşdırma xəstəxasında uşaq urologiyası üzrə təlim və tədris keçmişdir. 2010-cu ildə Almanyanın Berlin şəhərində Hofenshain klinikasında uşaq urologiyası üzrə tədris və təlim almışdır. 2013-cü-ildə Almanyanın Erfurt şəhərində Viktorian klinikasında ümumi urologiya və cərrahi andrologiya üzrə təhsil almış. 2014-cu ildə Uşaqlarda Hidronefrozadlı kitabı çap olunmuşdur. 2015 və 2016-cı illərdə Azərbaycan Urologiya və Andrologiya Assosiyalarının simpoziumu konfransında Hipospadiyanın əməliyyat metodları və Qadınlarda stress sidik saxlamamazlığının cərrahi müalicəsinin çıxışları olmuşdur. 2009-cu ildən bəri cinsiyyət üzvünun doğuş anomaliyaları üzrə cərrahi müalicəsində Azerbaycanda ilk dəfə 8 yeni üsulla tətbiqinə başlamış. İşlədiyi illər ərzində bir çox elmi konfransda iştirak və çıxışlar etmişdir. Bu illər ərzində sadəcə Hipospadiya və Epispadiya üzrə 420 əməliyyat həyata keçirmişdir.

Ünvan: Cavadzadə adına Respublika Uroloji Klinika

Telefon: 0502553098

İş vaxtı: 09:00 - 14 :00

Facebook: Hekimuroloq

Instagram: op.dr.murad_huseynov

mp3 yukle
Mp3 yukle sayti


turlar.az
avia biletler