Mətanət: "İstəyirəm ki, həyatımdakı kişi çox pul qazansın..."

Mətanət: "İstəyirəm ki, həyatımdakı kişi çox pul qazansın..."Teleaparıcı Mətanət Əliverdiyeva övladlarından danışıb. Musavat.com xəbər verir ki, film təqdimatına qatılan aparıcı jurnalistlərin suallarına cavab verib. Övladlarından bəhs edən Əliverdiyeva onlarla dost olduğunu deyib:

"Övladlarımla hər şeyi bölüşürəm. Biz dostuq. Hər münasibətdə sevgi çox vacibdir. Sevgi öləndə həyat ölür. Heç vaxt övladlarımın sevdiyi şəxsə qarışmaram. Kimi sevsə, onunla evləndirəcəyəm. Gəlini bəyənməsəm də, etiraz etmərəm. Onu özüm üçün deyil, oğluma alıram. Bəzən analarla qızları arasında problem olur, qız evdən gedir. O hadisədə günahkar anadır. Qızı ilə vaxtında doğru münasibət qursa, onunla dost olsa, qız üz çevirməz".

- Qadın-kişi münasibətləri barədə hər zaman fərqli fikirlər səsləndirmisiniz. Necə düşünürsünüz, kişilər hansı qadına xəyanət etmir?

- Özündən çox ağıllı olan, çox pul qazanan qadına xəyanət etmir. Çünki o qadının hökmü olur, iradəsi güclü olur. Kişilər ağıllı qadından çəkinir. Kişi görür ki, qadın onun dediyinin qarşısında 5 söz deyir. Ağıllı cavablar verir, məntiqli addımlar atır. Kişi düşünür ki, o qadın dəhşətlidir, onunla yola gedə bilməzlər. Kişilər güclü deyil. Onlar zəif məxluqdur. Söhbət fiziki gücdən getmir. Qadının zehni kimi güclü həyatda heç nə yoxdur.

- Bəs qadınlar hansı kişilərdən ayrılmır?

- Qadın diqqəti, sevgini sevir. İstəyirlər ki, onlara yaxşı baxsınlar. Düşünürlər ki, mən yaxşı qazanıramsa, kişi də qazanmalıdır. Niyə özüm qazanıb, niyə özüm xərcləməliyəm? O da mənim üçün xərcləsin. Həyata real baxaq. Mən də istəyirəm ki, həyatımdakı kişi yaxşı qazansın, mənə yaxşı baxsın. Özüm qazanıb, özüm xərcləyirəmsə, kişini nə edirəm?

- Siz necə kişiləri bəyənirsiniz?

- Maddiyyatı kənara qoyuram. Kişi psixoloji cəhətdən məndən 10 qat yüksək güclü olmalıdır. Məni qorumağı bacarmalıdır. Mən güclü qadınam . O da çox güclü olmalıdır ki, mən onun gücünü hiss edim. Hər qadının psixologiyasının pozulduğu küncə qapandığı vaxtlar olur. Mənim də ağladığım zamanlar olur. Həyatımdakı boşluğu hiss edirəm. O zaman güclü insan axtarıram.

- Son illərdir ki, xarici görünüşünüz heç dəyişməyib. Özünüzə necə qulluq edirsiniz?

- Mən heç vaxt su içmirdim. Mənə dedilər ki, günə 3 litr su iç. Dedim ki, başınız xarabdır? O qədər suyu necə içim? Amma son 2-3 ildir ki, su içirəm. Qidalanmağıma diqqət edirəm. Hər şeydən az-az yeyirəm. Ekranda olan xanımam, formada olmalıyam. Ona görə diqqətli yanaşıram özümə. İmicimi də dəyişmirəm, deyirlər ki, belə yaraşır. Lap yaşlananda, nənə olanda dəyişəcəyəm.

Xəbərlər     Baxılıb: 2089   Tarix: 29 yanvar 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ayaq barmaqlarınız şişib göyərirsə ürəkdən şübhələnin

Ayaqları şişənlər, barmaqları qabarıb deformasiya olanlar, ayaq ucları soyuq və göyərmiş olanlar ürək-damar sistemindən şübhələnib müayinəyə getməlidir. medicinaya istinadla xəbər verir ki, britaniyalı terapist Con Kammin

.

Baş nazir qəzəbləndi: Belə uşaqlar "supermarket məhsulu"dur

İtaliyanın baş naziri Corciya Meloni deyib ki, surroqat analıq uşaqlara "supermarket məhsulları" kimi yanaşıldığı "qeyri-insani təcrübə"dir. -a istinadən xəbər verir ki, bu barədə "Reuters" məluma

.

Soğan doğrayanda gözlərin sulanmasının qarşısını almaq üçün 3 SADƏ ÜSUL

Soğan doğramaq əksər hallarda göz yaşı ilə nəticələnir.   -a istinadən xəbər verir ki, soğan doğrayarkən gözlərin sulanmasının qarşısını almaq üçün onu dondurucuda 30 dəqiqə saxlamaq lazımdır. Soyuq temperatur fermentləri

.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır.   -a istinadən xəbər verir ki, yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:

.

Bu kartof yeməkləri daha zərərlidir: Heç kim bilmir

Kartof yaxşı kimyəvi tərkibə malik, kifayət qədər sağlam məhsul hesab edilə bilər. -a istinadən bildirir ki, sobada bişmiş kartof ən sağlamdır. Mağazada satın alınan yeməyin zərərli olması, bir müddət istifadə olunan yağd

.

Orqanizmdə iltihabı azaldan qidalar

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir. -a istinadən xəbər verir ki, dietoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb

.

Ağcaqanadlar bu qan qrupundan olan insanları "sevir"

Malyariya qansoran həşəratların daşıdığı yeganə xəstəlik deyil. Digər təhlükələrə sarılıq və qanaxmaya səbəb olan sarı qızdırma və Zika qızdırması daxildir. Xüsusilə hamilə qadınlar üçün təhlükəlidir, çünki bu, hamiləliyi

.

Kimlərə portağal yemək olmaz? - MÜTƏXƏSSİS AÇIQLADI

Portağal son dərəcə sağlamdır, lakin bəzi insanlar bu meyvəni yeməməlidir. -a istinadən bildirir ki, endokrinoloq Elena Syuraşkinanın fikrincə, mədə və bağırsaq xəstəlikləri olan şəxslər portağal istehlak etməməlidir. Onu

.

Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?

Həyatın müasir ritmi həmişə qida qəbuluna, xüsusilə səhər yeməyinə lazımi diqqət yetirməyə imkan vermir. Bir çoxumuz səhər yeməyini atlayırıq və ya yolda yeyirik. Ancaq bu yanaşmanın sağlamlığımız və çəkimiz üçün mənfi nəticələr

turlar.az

sonxeber.az geyim və ayaqqabılar reseptler makiyaj instagram baş gicəllənməsi sağlamlıq haqqında milli yemek yoğun bağırsaq xəstəlikləri kosmetika oğlaq hakista novruz bayramına aid hakıştalar tanisliq statuslar