Metro sərnişinlərinin nəzərinə: ayın 23-dən sonra...

Metro sərnişinlərinin nəzərinə: ayın 23-dən sonra..."İnşaatçılar" stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq.
"Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, 1986-cı ildə istifadəyə verilmiş "İnşaatçılar" stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olub.
"Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb".
"Bakı Metropoliteni" QSC sərnişinlərə xəbərdarlıq edir ki, "İnşaatçılar" stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar 2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül ("20 Yanvar" tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.
Qeyd edək ki, I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.
2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunub və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilib. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq.

Xəbərlər     Baxılıb: 4292   Tarix: 18 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Soğan doğrayanda gözlərin sulanmasının qarşısını almaq üçün 3 SADƏ ÜSUL

Soğan doğramaq əksər hallarda göz yaşı ilə nəticələnir.   -a istinadən xəbər verir ki, soğan doğrayarkən gözlərin sulanmasının qarşısını almaq üçün onu dondurucuda 30 dəqiqə saxlamaq lazımdır. Soyuq temperatur fermentləri

.

Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?

Həyatın müasir ritmi həmişə qida qəbuluna, xüsusilə səhər yeməyinə lazımi diqqət yetirməyə imkan vermir. Bir çoxumuz səhər yeməyini atlayırıq və ya yolda yeyirik. Ancaq bu yanaşmanın sağlamlığımız və çəkimiz üçün mənfi nəticələr

.

Bayramlarda salat hazırlayanların nəzərinə - Soyuducuda saxlamağın təhlükələri açıqlandı

"Yeni il tətilləri ərəfəsində xanımlar bayram süfrəsinin təmtəraqlı görünməsi üçün əlindən gələni edir. Nəticədə bir gündə yeyilə bilməyən çoxlu çeşiddə salatlar hazırlanır. Onları soyuducuya qoyarkən istifadə müddət

.

Dişlər üçün çox zərərli olan 7 QİDA

Mütəxəssislər ağız və diş baxımının əhəmiyyətinə diqqət çəkir, ortaya çıxan problemlərin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ağız və diş sağlamlığını pozan diş çürükləri, diş əti xəstəlikləri geniş yayılıb. Qidalanm

.

Gecələr kivi yesək, orqanizmdə nə baş verər?

Kivinin faydaları haqqında hər kəs eşidib, lakin az adam bunun yatmazdan əvvəl qəlyanaltı üçün əla seçim olduğunu bilir.   -a istinadən bildirir ki, yatmamışdan əvvəl kivi yemək yuxusuzluğu aradan qaldırmağa kömək edir. Səhərlə

.

Pişiyin xəstə olduğunu necə başa düşmək olar? - Burnuna toxunmayın

Bir çox pişik sahibləri ev heyvanlarının quru və isti burnundan narahatdırlar. Əslində, bu, şübhəli bir əlamətdir, çünki heyvanlar yuxuda olduqda, burunları tez-tez quruyur. Bundan əlavə, evdə rütubətin səviyyəsini nəzər

.

Ət alanda bunlara DİQQƏT EDİN

Mütəxəssislər bazardan ət alarkən nələrə diqqət etməli olduğunu açıqlayıblar. -a istinadən bildirir ki, bazardan ət alarkən satıcıların malların təzəliyi ilə bağlı verdiyi zəmanətlərə etibar etməməlisiniz. Satıcıların ə

.

Piylənmənin uşaqlar üçün yaratdığı yeni təhlükələr açıqlanıb

"Lids" Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bu vəziyyət diqqət

.

Unutqanlığın əsas simptomları: Beynimiz qocalır?

Yəqin ki, çoxumuz "görəsən, nə edəcəkdim, "mətbəxə nə üçün gəlmişdim, "açarlarımı haraya qoymuşam?" kimi sualları tez-tez eşidir, hətta çox zaman özümüz də veririk. Bəzən hətta hansısa bir əşya əlimizd

turlar.az

sonxeber.az maskalar kosmetik vasiteler adlarin menasi cavanlasdirici maskalar gavalının faydaları nişanlılıq xinayaxdi ucun bayatilar kosmetika salatlar birlik haqqinda kahfe falı sirniyatlar atalar sözləri