Milli Məclisdən jurnalistlərə QADAĞA : "Yeməkxanada və foyedə..."
Milli Məclisə akkreditə olunan kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin parlamentin foyesində sərbəst hərəkəti qadağan edilib.
BiG.AZ-ın verdiyi məlumata görə, Milli Məclis Sədrinin müavini Bahar Muradova və mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bununla əlaqədar iclas keçirərək, jurnalistlərə bir sıra təlimat və tövsiyələr verib.
İclas zamanı qeyd olunub ki, bəzi jurnalistlər deputatlar əyləşən foyedə və yeməkxanada görünürlər. Buna görə jurnalistlərə irad bildirilib.
Eyni zamanda tövsiyə olunub ki, jurnalistlər deputatlara qəfil yaxınlaşıb sual verməsinlər, əvvəlcədən mətbuat xidmətini xəbərdar etsinlər.
Bir qrup jurnalist isə Milli Məclisin əməkdaşı Akif Məmmədzadədən şikayətləniblər. Bildirilib ki, jurnalistlər Milli Məclisdə deputatlara yaxınlaşıb müsahibə almaq istəyən zaman Akif Məmmədzadə onlarla kobud rəftar edir, müsahibə almağa əngəl yaradır.
İclasda jurnalistlərin kompüterlə təmin olunması məsələsi də qaldırılıb.
mənbə: olke.az
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Anam yaddaşını itirib, məni belə xatırlamır
Neçə dəqiqəyə günəş yanığı yaranır?
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
Özcan 'Qardaşım 1 milyard pulumu yedi' dedi - Qardaşını məhkəməyə verdi
Flora Kərimovanın səhhəti neçədir?
Ürəktutmasından vəfat edən aktrisanın dəfn yeri bəlli oldu
Cənubi azərbaycanlı müğənnidən Əməkdar artistə sərt tənqid - 'Mesajlarıma cavab yazmır
Keyfiyyətli kərə yağı necə seçilir?
Mədəniyyətimiz bazar olub, kim nə istəyir, satır' - Xalq artisti
Diddi vaxtından tez azadlığa çıxacaq