Nadirdən F. Kərimovaya sərt sözlər: "Bundan sonra mənə sataşan bütün ifaçılar..."

Nadirdən F. Kərimovaya sərt sözlər: "Bundan sonra mənə sataşan bütün ifaçılar..."Xalq artisti Flora Kərimova ilə müğənni Nadir Qafarzadə arasında qalmaqal yaşanıb.

Televiziya verlişlərinin birində Flora Kərimovanın "Sənə çörəyi mən vermişəm" sözləri sənətçini özündən çıxarıb:

"Flora xanıma hər zaman hörmətlə yanaşmışam. Amma bu o demək deyil ki, mənlə duet oxuduğunu başıma vurmalıdır. Hər dəfə müsahibəsində "Sənə çörəyi mən vermişəm" deyərək, məni pərt etməməlidir. Yetər artıq. İnsana çörəyi Allah yetirir. Bizlər sadəcə vasitəçiyik. Mən də bu həyatda saysız-hesabsız xeyriyyə işləri görmüşəm. İndi durub hamısını bir-bir deməliyəm? Mənim 44 yaşım var. Səbr kasam dolub. Bundan sonra barəmdə danışan olsa, layiqli cavablarını alacaqlar. Hələlik isə bəzi yaşlı nəslin nümayəndələrindən xahiş edirəm ki, biz cavanları rahat buraxın. Elə edin ki, hər zaman hörmətli olasınız.

Bu o demək deyil ki, mən Flora Kərimova ilə küsülü qalacam. Əsla... Harda görsəm salamımı verəcəm. Alsa da, almasa da sağ olsun. Bu sənətə hələ 80-ci illərin əvvəlində öz zəhmətimlə gəlmişəm. Allah da məni mükafatlandırıb. Xalq tərəfindən sevilmişəm. Azərbaycanda 5 oxuyandan biri mənəm. Heç kimlə işim yoxdur. Başımı aşağı salıb, öz sənətimlə məşğulam. Xəbərdarlıq edirəm: "Bundan sonra yaşından aslı olmayaraq, mənə sataşan bütün ifaçılar öz cavablarını pis formada alacaqlar".

N.Qafarzadə F.Kərimovaya belə ifadələri yaraşdırmadığını da bildirib:

"Mənim onunla işim yoxdur. Hər zaman kiçiklik etmişəm. Hər şeyin bir sonu var. Kişi müğənniləri mənim paxıllığımı çəkəndə anlayıram, amma qadınları başa düşə bilmirəm. Bəlkə Azərbaycandan köçüm? Azərbaycanda kimin yerini dar etmişəm?".

Xatırladaq ki, hər iki müğənni "Darıxmışam sənin üçün", "Dözmür ürək" adlı mahnıları duet oxuyub.

Xəbərlər     Baxılıb: 1535   Tarix: 05 oktyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərin diqqətinə, bu xərçəng növü sürətlə artır

Dünyada kişilərdə ən çox rast gəlinən xərçəng növü olan prostat xərçəngi gün getdikcə artmağa davam edir. Hazırda bu növ xərçəngdən ölüm nisbətinə görə dünyada 4-cü yerdədir.   -a istinadən bildirir ki, prostat xərçəngi

.

Hansı çay COVID-19-un qarşısını alır?

Corciya Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, süd və şəkərsiz çay tüpürcəkdə SARS-CoV-2-ni təsirsiz hala sala bilər ki, bu da virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olur. Bəşəriyyət üçü

.

Mandarinin zərəri faydasından çoxdur – Həkim

Noyabr-dekabrın ən populyar meyvəsi mandarin - narıngi sən demə, qaraciyərə zərərli imiş. "Medicina"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Nataliya Lazurenko danışıb. "Hər gün mandarin yeyənlə

.

Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?

Həyatın müasir ritmi həmişə qida qəbuluna, xüsusilə səhər yeməyinə lazımi diqqət yetirməyə imkan vermir. Bir çoxumuz səhər yeməyini atlayırıq və ya yolda yeyirik. Ancaq bu yanaşmanın sağlamlığımız və çəkimiz üçün mənfi nəticələr

.

Yaşıl bananın faydaları nələrdir?

Bananın hər növünün fərqli dadı var. Yetişməmiş, yaşıl banan lif baxımından daha zəngindir. Xüsusilə şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olunur.   -a istinadən yaşıl bananın bilinməyən faydalarını təqdim edir:

.

Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlanıb

Antipsikotiklərin (antipsikotiklər və ya əsas trankvilizatorlar) qəbulu demensiyalı insanlarda insult, qan laxtalanması, infarkt, sınıqlar, pnevmoniya və kəskin böyrək zədələnməsi riskini artırır.   -a istinadən xəbər veri

.

Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun

Limon və sarımsaq sağlamlıq üçün ən faydalı qidalardandır. -a istinadən xəbər verir ki, zərərli vərdişləri olan fərdlər bədənlərini təmizləmək, bərpa etmək və sağaltmaq üçün bu iki qidadan faydalana bilərlər. Təzyiq dərmanın

.

Mədə ağrısı. Səbəbləri və ev üsulu ilə müalicəsi

Mədə ağrısı hər kəsə tanışdır: Bəzən tez öz-özünə yox olur, bəzən isə şiddətli ağrıları həm gündüz, həm də gecə narahatçılıq yaradır. Hansı hallarda təcili tibbi yardım axtarmaq lazımdır və nə vaxt öhdəsindən gələ bilərsiniz

.

Bu balıq növü xərçəngə səbəb olur

Mütəxəssislər xərçəngə səbəb olan ən təhlükəli balıq növünü açıqlayıblar. -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, həftədə ən azı iki dəfə pəhrizinizə balıq daxil etmək lazımdır. . Balıq sağlamlığı qorumaq üçü

turlar.az

sonxeber.az geyim dəbləri maskalar toy makiyaji sekilleri gelinlikler korpenin cekisi hamiləliyə hazırlıq meslehetler kosmetika baldiz birlik haqqinda gülməli hakıştalar uzeyir hacibeyli xanim.az