Peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.s)-in vida xütbəsi

Peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.s)-in vida xütbəsiBismilləhir-rahmənir-rahim

"Ey insanlar! "

Sözümü yaxşı dinləyin! Bilmirəm, bəlkə bu ildən sonra sizinlə burada bir daha görüşməyəcəyəm.

"Ey Insanlar! "
Bu günləriniz necə müqəddəs bir gün isə, bu aylarınız necə müqəddəs bir aysa, bu şəhəriniz (Məkkə) necə mübarək bir şəhərsə, canlarınız, mallarınız, namuslarınız da elə müqəddəsdir, hər cür təcavüzdən qorunmuşdur.

"Səhabələrim! "
Şübhəsiz Rəbbinizə qovuşacaqsanız. Allah sizi etdiyiniz hər bir şeydən sorğuya çəkəcəkdir. Əsla, məndən sonra yolunuzu azmayın və bir-birinizin boynunu vurmayın! Bu vəsiyyətimi, burada olanlar olmayanlara çatdırsın. Ola bilər ki, burada olan kimsə bunları daha yaxşı anlayan birinə çatdırmış olar.

"Səhabələrim! "
Kimin yanında bir əmanət varsa, onu dərhal sahibinə versin. Bilin ki, faizin hər cürü aradan qaldırılmışdır. Allah belə hökm etmistir. Ilk ortadan qaldırdığım faiz də Abdulmutallibin oglu (əmim) Abbasın faizidir. Lakin əsl pulunuz sizə aiddir. Nə zülm edin, nə də zülmə məruz qalmayın.

"Səhabələrim!"
Diqqət edin, cahiliyyətdən qalma bütün adətlər aradan qadırılmışdır, ayagımın altındadır. Cahiliyyət dövründə güdülən qan davaları da tamamilə aradan qaldırılmışdı. Qaldırdığım ilk qan davası Abdulmuttalibin nəvəsi Ilyas bin Rəbiyənin qan davasıdır.

"Ey insanlar! "
Şübhəsiz ki, şeytan bu toprağınızda özünə itaət etmədən tamamilə ümidini kəsmiştir. Lakin siz bunun xaricində xırda hislərinizlə də ona uysanız, bu da onu məmnun edəcək. Dininizi qorumaq üçün bunlardan da çəkinin.

"Ey insanlar! "
Qadınlarin haqlarını qorumanız və bu barədə Allahdan qorxmağınızı tövsiyə edirəm. Siz qadınları, Allahın əmanəti olaraq aldınız və onların namusunu özünüzə Allahın əmriylə halal qıldınız. Sizin qadınlar üzərində haqqınız, qadınların da sizin üzərinizdə haqqı vardır. Sizin qadınlar üzərindəki haqqınızı; yatağınızı heç kimsəyə çiynətməmələri, xoşlanmadığınız kəsləri icazəsi olmadiqca evlərinizə almamalısınız. Əgər gəlməsinə icazə etmədiyiniz bir kimsəni evinizə alarsınızsa, Allah, sizə onları yataqlarında tək buraxmanıza və yenə əməl etməzsə yüngülcə döyüb çəkindirməyinizə icazə vermiştir. Qadınların da sizin üzərinizdəki haqları, bütün adət və ənənəyə görə yemək və geyəcəklərini təmin etmənizdir.

"Ey möminlər! "
Sizə iki əmanət buraxıram, onlara sarılsanız heç yolunuzu itirməyəcəksiniz. O əmanətlər, Allahın kitabı Quranı Kərim və Peyğəmbərin (S.A.V) sünnəsidir (Əhli-Beytimdir).

"Ey Möminlər! "
Sözümü yaxşı dinləyin və yaxşı yadda saxlayın! Müsəlman Müsəlmanın qardaşıdır və beləcə bütün Müsəlmanlar qardaşdırlar. Bir Müsəlmana qardaşının qanı da, malı da halal olmaz. Lakin malını könül xoşluğu ilə vermişsə o başqadır.

"Ey insanlar! "
Cənabı Haqq hər haqq sahibinə haqqını vermiştir. Hər insanın mirasdan hissəsini ayırmıştır. Mirasçıya vəsiyyət etməyə lüzüm yoxdur. Uşaq kimin döşəyində dogulmuşsa ona aiddir. Zina edən kimsə üçün məhrumiyyət vardır. Atasından başqasına aid soy iddia edən soysuz yaxud sahibindən başqasına itaət edən kölə, Allahın, mələklərinin və bütün insanların lənətinə ugrasın. Cənabı Haqq, bu kimi insanların nə tövbələrini, nə də ədalət və şəhadətlərini qəbul edər.

"Ey insanlar! "
Rəbbiniz birdir. Atanız da birdir. Hamınız Adəmin övladlarısınız, Adəm isə torpaqdandır. Ərəbin Ərəb olmayana, Ərəb olmayanın da Ərəb üzərinə üstünlüyü olmadigi kimi; qırmızı bədənlinin qara üzərinə, zəncinin də qırmızı bədənli üzərində bir üstünlüyü yoxdur. Üstünlük ancaq təqvada, Allahdan qorxmaqdadır. Allah yanında ən qiymətli olanınız ONDAN ən çox qorxanınızdır. "Əzası kəsik zənci bir kölə başınıza komandir olaraq təyin edilsə, sizi Allahın kitabı ilə idarə etsə, onu dinləyin və itaət edin. "Günahkar öz günahından başqası ilə günahlandırılmaz. Ata, oglunun günahı üstündə, oglu da atasının günahı üstündə günahlandırılmaz.

"Diqqət edin! Bu dörd şeyi qətiliklə etməyəcəksiniz: Allaha heç bir şeyi ortaq qoşmayacaqsınız. Allahın haram və toxunulmaz qıldığı canı, haqsız yerə öldürməyəcəksiniz. Zina etməyəcəksiniz. Oğurluq etməyəcəksiniz. "
Insanlar La ilahə illəllah (Allah birdir) deyənə qədər onlarla cihad etmək üzrə əmr olundum. Onlar bunu söylədikləri zaman qanlarını və mallarını qorumuş olarlar. Hesabları isə Allaha aiddir.

Ey Insanlar! "Sabah məni sizdən soruşacaqlar, nə deyəcəksiniz?" Sahabələr hamısı bir agızdan dedilər: "Allahın elciliyini layiqincə yerinə yetirdiniz, vəzifənizi haqqıyla yerinə yetirdiniz, bizə vəsiyyət və nəsihətlər etdiniz, deyə şəhadət edərik!"

Bunun üzərinə Rəsulu Əkrəm Əfəndimiz (S.A.V.) şəhadət barmağını qaldırdı, sonra da camaatın üzərinə çevirib endirdi və belə buyurdu: "Şahid ol, ya Rəbb! Şahid ol, ya Rəbb! Şahid ol, ya Rəbb!"

    Baxılıb: 4152   Tarix: 24 oktyabr 2015
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı..

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıc

.

CÜTLÜKLƏRİN NƏZƏRİNƏ - Tez-tez ayrılıb barışmaq sağlamlığa zərər verir

Davamlı olaraq ayrılıb barışmaq bugünkü münasibətlərdə olduqca tez-tez rast gəlinən haldır. Əlbəttə, bu ayrılıqların iki insanı daha da yaxınlaşdırdığına, münasibəti gücləndirdiyinə də inanırıq. Amma aparılan araşdırmalar

.

Səidə Sultan yenə dəyişdi - FOTOLAR

Müğənni Səidə Sultan imicində dəyişiklik edib. xəbər verir ki, hər zaman fərqli saç rəngində görünən ifaçı bu dəfə də saçlarını boz rəngə boyayıb. Səidə yeni imici ilə fətəlarını sosial şəbəkədə paylaşıb. Onun saç rəngi izləyicilə

.

Zibillikdən sərvət tapdı, görün nə etdi

Türkiyənin Bursa şəhərində zibil qabına tullanmış çantanın içində təxminən 9-11 min manat (20-25 min lirə) dəyərində qızıl tapan mühafizəçi çantanı polis məntəqəsinə təslim edib. BİG.AZ Sputnik Azərbaycan-a istinadən bildiri

.

Bakıda universitetdə maraqlı evlilik TƏKLİFİ – VİDEO

Bu barədə "Facebook" sosial şəbəkəsində "Azerbaycan Universitetleri" adlı səhifə yayıb. Bildirilib ki, hadisə Mədəniyyət və İncəsənət Universitetinin həyətində baş verib. "Mədəniyyət və İncəsənə

.

Leyla Əliyeva oğulları ilə "Jara"da - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Jara" musiqi festivalının açılış mərasimi olub. Qafqazinfo-ya isinadən xəbər verir ki, musiqili gecənin təşkilatçısı bəstəkar-müğənni Emin Ağalarovdur. Mərasimdə E. Ağalarovu

.

Necə çox pul qazanmaq olar?- YƏHUDİLƏRİN İNANILMAZ SİRLƏRİ

Bütün dövrlərdə yəhudi millətinin nümayəndələri pul qazanmaq və var-dövlətlərini artırmaq bacarıqları ilə seçiliblər. Bu barədə dillərdə minlərlə əfsanə və lətifə dolaşır. "Forbes" jurnalının siyahısında da il

.

Könül Kərimovanın növbəti arxiv görüntüləri yayıldı - TANINMAZ HALDA - VİDEO

Əməkdar artist Könül Kərimovanın növbəti arxiv videosu yayılıb. xəbər verir ki, ifaçının əməliyyatsız görütüləri böyük müzakirələrə səbəb olub. Toyların birində lentə alınan video izləyicilər tərəfindən birmənalı qarşılanmayıb

.

ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏR DÜNYA MƏDƏNİYYƏT MÜSAHİBƏ DƏB FOTO KLİP Həftənin ilk iş günü 42 dərəcə isti olacaq

9 iyulda Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu gec

turlar.az

sonxeber.az toy makiyaji sekilleri hamiləlik kosmetik vasiteler sifahi xalq ədəbiyyatı qis salatlarinin hazirlanmasi badam balaca qablarda keks kosmetika qz eviyçun hakışta burcler haqqinda novruz hakisdalari big.az azerb clpaq qadinlari