Prezidentdən mühüm FƏRMAN: 2017-ci il yanvarın 1-dən etibarən...

Prezidentdən mühüm FƏRMAN: 2017-ci il yanvarın 1-dən etibarən...Prezident İlham Əliyev Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Qadinsayti.az xəbər verir ki, fərmanda deyilir:

-Son dövrlərdə Bakı şəhərində iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi, xüsusilə də böyük sayda fərdi yaşayış evlərinin inşası şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırmışdır.

Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış kanalizasiya sistemlərinin hazırkı inkişaf vəziyyəti və şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün təkmilləşdirilməsi, bəzi məhdudlaşdırma tədbirləri də daxil olmaqla əlavə və uzunmüddətli işlərin görülməsini tələb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın.

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin.

3. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti 2017-ci il martın 1-dək Bakı şəhərinin ərazisinin peyk təsviri vasitəsilə ortofotolarının hazırlanmasını təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Xəbərlər     Baxılıb: 6731   Tarix: 30 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

İki həftədə bir dəfə pəhrizi pozmaq olar - Zərərsizdir

Sağlam qalmaq üçün yağlı, şirin və çox duzlu yeməklərdən imtina etmək yaxşıdır. Ancaq iki həftədə bir dəfə zərərli yemək sağlamlığa o qədər də böyük zərər verməz. -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinolo

.

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brai

.

Niyə hər gün darçın istehlak edilməlidir?

Darçının tərkibində sümük toxumasının saxlanmasında mühüm rol oynayan kalium, kalsium, vitamin A və K kimi faydalı elementlər var. Darçın təkcə əhvalınızı yüksəltmir, həm də sağlamlığınıza faydalı təsir göstərir.   -a istinadən xəbə

.

Qan şəkərini aşağı salan və xolesterolu "parçalayan" meyvə

Həkimlər meyvələri pəhrizinizə mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Bu da orqanizmi xolesteroldan təmizləməyə, qan şəkərinin səviyyəsini aşağı salmağa və hətta daha sürətli arıqlamağa kömək edir.   -a istinadən xəbə

.

Təhlükəli virusun yeni ştammının yayılması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri insanlar üçün böyük təhlükə yaradan H5N1 "quş qripi"nin yeni ştammının yayılması ilə bağlı həyəcan təbili çalır.   -a istinadən xəbər verir ki, tədqiqatçılar bildirirlə

.

Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT

Ürəyi gücləndirmək üçün uzun illərdir bu sadə və təsirli reseptdən istifadə olunur. sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:. Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT 

.

Bu xəstəliyi olanlar banan yeməlidir

a istinadən bananın faydalarını təqdim edir:. - Banan qan şəkərini balanslaşdırmağa kömək edir. - Ürək sağlamlığını qoruyur. - İnsulin müqavimətini artırmaqda təsirlidir. - Hüceyrələri oksidləşdirici stresdən qoruyaraq yaşlanm

.

Hansı kosmetik prosedurlar təhlükəlidir? - AÇIQLAMA

Endokrinoloq Yuliya Krivovyaz məşhur kosmetik prosedurların ciddi təhlükələrini açıqlayıb.   -a istinadən bildirir ki, mütəxəssisin fikrincə, qadınların çox sevdiyi bir sıra prosedurlar sağlamlıq üçün ciddi risklər yarad

.

Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü

Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı xəstə (kişi) ölüb. report-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Bildirilir ki, kişi 2022-ci ili

turlar.az

sonxeber.az qadin dunyasi geyim necə seçməli qadin sayti əl işlərinin hazırlanması süni doğuş imam sadiq laminat parket kosmetika ariqla sevda tərəzi yumurta rus dilini oyrenek 2ci ders